hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: SURXAY ƏLİBƏYLİ XOŞBƏXT ADAMMIŞ Adalet.az | Faiq QİSMƏTOĞLU: SURXAY ƏLİBƏYLİ XOŞBƏXT ADAMMIŞ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: SURXAY ƏLİBƏYLİ XOŞBƏXT ADAMMIŞ

Çünki dostları onu unutmurlar

7557    |   2019-03-04 13:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən hələ indiyə qədər xoşbəxtliyin tərifini və düsturunu tapa bilməmişəm. Və hərə də xoşbəxtliyi bir cür yozur. Mənim də xoşbəxt illərim, günlərim, aylarım olub. Ən xoşbəxt günlərim atalı-analı, qardaşlı günlərim idi. Elə ki atamı itirdim, elə ki qardaşım dünyasını dəyişdi, elə ki anam Allahın dərgahına qovuşdu, bununla da mənim xoşbəxtliyimə bir nöqtə qoyuldu. Mən naşükür adam deyiləm ha! Gözəl ailəm, balalarım, nəvələrim var. Buna min şükür! Amma xoşbəxtliksə tam başqa bir şeydi. Onun nə rəngi var, nə dadı var, nə də tamı. Sadəcə olaraq, hər insan qismət olsa bu anı yaşayır...

Yazımın sərlövhəsində qeyd elədim ki, Surxay Əlibəyli xoşbəxt adammış. Bunu elə-belə, təsadüfən işlətmədim. Surxay Əlibəyli çox istedadlı jurnalist, publisist olub və çox da vətənpərvər bir ziyalı idi. Əgər insan dünyasını dəyişirsə və hər an doğmaları deyil, dostları tərəfindən xatırlanırsa, elə bu özü çox böyük xoşbəxtlikdir. Sağ adamlar sağ olsa da, onun sağlığıyla ölümü bilinmir. Yəni belələri sağ olsa da ölü kimidir. Çünki onlar nə xeyirdə görünürlər, nə də şərdə. Amma Surxay Əlibəyli kimi ziyalılar hər an, hər dəqiqə doğmaları və dostları tərəfindən xatırlanırsa, deməli, o yaşayır. Və deməli, Surxay 69 il ömrünü elə-belə başa vurmayıb. Bu dünyaya gəlib və öz sözünü deyib, izini qoyub, Allahın dərgahına dönüş edib...

Jurnalist dostumuz Həşim Həsənoğlu ötən şənbə, yəni mart ayının 2-də gəlib dedi ki, ayın 3-ü Surxayın dostları bir yerə yığışacaq və onu yad edəcəklər. Sən də ora dəvətlisən. Çünki rəhmətliklə dostluq eləmisən, duz-çörək kəsmisən və hətta "Ədalət”də bir yerdə işləmisiniz. Oğlu Altay dedi ki, məclis həmişə Surxayın yeyib-içdiyi yeməkxanada olacaq.

Şənbə günü axşam gözəl ziyalı və gözəl də jurnalist Surxay müəllimin oğlu Altay Əlibəyliyə telefon açdım. Ancaq nədənsə cavab vermədi. Bazar günü səhər saatlarında ondan mənə zəng gəldi. Dedi ki, mənim nömrəmə zəng vurmusunuz, kimdi? "Faiq Qismətoğludu” – dedim. Onun çox yorğun səsini eşitdim. Və adımı eşidəndə səsinin şirinliyi bir qədər artdı. Dedi ki, mən atama çox şey eləyə bilmədim. Gərək onun qədrini yaxşı biləydim. Düzdür, müəyyən yerə su çəkdirmişəm, yol düzəltdirmişəm. Bunu ona görə elətdirmişəm ki, qoy atamın ruhu şad olsun və mənim də ürəyim sakitləşsin. Qayıdıb dedim ki, Altay müəllim, təki bütün oğullar sizin kimi atasına belə bir dəyər verisin. Siz həm Surxayın sağlığında, həm də dünyasını dəyişəndən sonra bir oğul kimi çox işlər görmüsünüz. Hər oğul bunu eləmir. Allah üzünü ağ eləsin!

Bazar günüdür. Surxay Əlibəylinin qələm dostları: tanınmış jurnalistlər Süleyman Qaradağlı, Asif Talıboğlu, Elşən Əliyev, Qələndər Xaçınçaylı, Həşim Həsənoğlu, Surxayın qardaşı Etibar Toğrul və bu sətirlərin müəllifi deyilən yerə gəlmişik. Qardaşı Etibar bizi çox böyük sevgiylə qarşılayır. Masa arxasında əyləşirik və rəhmətlik Surxayın ruhunu bir dəqiqəlik sükutla yad edirik. Sonra süfrəyə müxtəlif təamlar gəlir. Amma hamının ürəyi Surxay barədə doludur. İstedadlı jurnalist Süleyman Qaradağlı Surxayla olan son günlərini xatırlayır. Deyir ki, rəhmətə getməmişdən bir gün əvvəl telefonla danışdım, həmişə görüşdüyüm yerə dəvət elədim. Hiss etdim ki, səsi də zəifdi, heyi də yoxdur. Biz burda onunla çox çörək kəsmişik. Surxay çörək kəsməli, dostluq eləməli adam idi. Necə idisə elə də görünürdü. Yəni başqaları kimi ciliddən-cilidə girməzdi...

Şair-publisist Asif Talıboğlu Surxay Əlibəyli ilə bağlı kövrək xatirələrini yada saldı. Dedi ki, mən Surxayla çox yerdə olmuşam. Onu vətən dərdi öldürdü. Ağdamdan danışanda həmişə ağlayardı. Heç bilməzdim ki, onun ürəyi bu qədər yumuşaqmış. Təsəlli olaraq deyirdim ki, Surxay, darıxma, bir gün özümüz ora gedə bilməsək də, ruhumuz Ağdama, Qubadlıya gedəcək.

Şair Qələndər Xaçınçaylı Surxaya olan sevgisindən söhbət açdı. Dedi ki, Surxay mənə çox çörək verib. Çibimdə pulum olmayanda cibimə pul qoyub, yeməkxanaya aparıb qonaqlıq verib. Ağdamda, Yevlaxda, Ağcabədidə Surxayla çox gözəl günlər yaşamışıq. İndi o günləri yada salanda qəlbim göynəyir. Amma mənə təsəlli olan odur ki, Surxay kişi kimi adam idi. Başqaları kimi qeybət eləyən, badalaq atan deyildi. Sonra Qələndər Xaçınçaylı bir şeir də oxudu.

Surxayın yaxın dostu Elşən Əliyevsə onunla bağlı xatirələrini dilə gətirdi. O xatirələr ki, Elşən müəllim danışanda bizi də kövrəltdi. Və qəribədir ki, Elşən müəllim onun heç kəsin bilmədiyi xarakterindən söhbət açdı. Təbii ki, dostların hamısı öz sevgilərini ona bildirirdilər.

Surxayın yaxın dostlarından biri də Həşim Həsənoğlu olub. O Həşim Həsənoğlu ki, Surxayla birlikdə kitab yazıb, məqalələr hazırlayıb və oxuculara çatdırıb. Həşim müəllim də Surxayla bağlı şirin xatirələrini dilə gətirdi. Və gördüm ki, Surxay haqqında danışanda gözləri dolur. Hər halda, bu, Surxaya olan dost sevgisiydi, dost məhəbbətiydi.

Surxay Əlibəyli müxtəlif vəzifələrdə çalışıb, hətta rəhmətlik Əbülfəz Elçibəylə çox yaxın dostluq eləyib. Surxay istəsəydi çox şey qazanardı. Yəni başqaları kimi bəydən nəsə xahiş eləyərdi, bəy də onu yerinə yetirərdi. Ancaq Surxay öz təmizliyi, öz saflığıyla Elçibəyin böyük sevgisini qazanmışdı. Elçibəy də bilirdi ki, Surxay təmiz adamdı, elə ona görə də onunla dostluq eləyərdi. O, Ağdamda Mədəniyyət evinin müdiri və parkın direktoru olanda da həmişə dostlarına sədaqətli olub. Kimsə onun yanına getsəydi, Surxay onu heç vaxt yedirdib-içirtmədən buraxmazdı. Çünki onun dünya boyda ürəyi vardı. Surxay müəllim bir tikə çörəyini beş-altı yerə bölməyi bacaran kişi idi. O heç vaxt masaya qoyulan yeməyi yeməz, öz qabağına çəkməz, birinci yoldaşına təklif edərdi.

1990-cı ilin əvvəllərində Aqil Abbas bərk xəstələnmişdi. Daha doğrusu, fəqərə yırtığı olduğuna görə, neyrocərrahiyyə xəstəxanasında yatırdı. Həkimlər nə qədər ona iynə vursa da, ağrısı kəsmirdi. Bir gün Surxay səhər-səhər ona xaşla tut arağı gətirmişdi. Aqil müəllim də xaşla tut arağını yaxşı-yaxşı vurdu və Lətif Süleymanlıdan alıb çarpayının başına bağladığı qalstukdan yapışaraq durub oturdu. Bu vaxt həkim otağa girdi, hiss etdi ki, tut arağının iyi gəlir. Aqil Abbas həkimi qabaqladı, dedi ki, həkim, sizin iynələrdən çox bu arağın mənə xeyri dəydi. Ona görə durub yerimdə oturmuşam. Həkim də bir söz deməyib gülüb getdi. Sabahı gün Aqil Abbası qucağımıza alıb maşına əyləşdirərək Semaşkaya apardıq. Orda rəhmətlik Elçin Kazımov onu manuel-terapeya, yəni xalq dilində demiş olsaq, masaj elədi. Aqil müəllim ayağa qalxdı, yerdi və maşına əyləşib işə gəldi. Elə o masajla da Aqil müəllim sağaldı.

Surxay Əlibəyli yaşadığı 69 il ərzində heç kim deyə bilməz ki, kiməsə pislik eləyib. O, qarışqanı da basdalayıb keçməzdi. Onun öz dünyası vardı və öz dünyasında da öz dostları olardı. Dünya malında gözü olmazdı, əlində beş-on manat pulu olsaydı, həmin dostlarını çağırıb elə bu yeməkxanada qonaqlıq verərdi.

Bu gün çərşənbə günüdür. Daha doğrusu, od çərşənbəsidir. Bu çərşənbə günü yazımı qələmə aldım. Deyirəm ki, bu gözəl gündə qoy Allah-Təala onun ruhunu şad eləsin, məzarını nurla doldursun!

Sonda onu demək istəyirəm ki, Surxay Əlibəyli böyük Ramiz Rövşənin "Qara paltarlı qadın” şeirini çox sevirmiş. Elə həmin şeiri də oxucuların diqqətinə təqdim edirik. Qoy bu şeir də Surxayın ruhuna bir sığal çəksin:

Kişlər bir olmur, atam balası,

qorxağı var,

igidi var.

Amma hər kişinin öləndən sonra

qəbri üstə ağlayası

Bir qara paltarlı gözəl qadına

ümidi var.

Sən öləndə

kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq?

Yadmı olacaq?

Bu dünyada

bəlkə sənə ən çox ağlayan

Ən çox ağlatdığın qadın olacaq.

Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb

deyəcəksən, İlahi,

İllər boyu ağlatdığım bu qadın

görən necə saxlayıb

bu qədər göz yaşını?!

Bircə kərə

nə saçını oxşamışam,

nə gözünü silmişəm,

Gözlərimə batır indi

saçlarının hər dəni.

İllər boyu

bu qadına mən axı dərd vermişəm,

İndi görən niyə çəkir dərdimi?!

Bu qadın

baş daşımı

öpüb sığallamaqdansa,

Yumruğuyla döysə, döysə yaxşıdı,

Qəbrimin üstündə ağlamaqdansa,

Məni söysə yaxşıdı.

Yeri, yeri, qara paltarlı qadın,

Kiri, kiri, qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridi,

baş daşımı bəsdi basdın bağrına

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri, qəbrim damır, ağlama!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK