ANA SƏHİFƏ / ŞOU-BİZNES

Zahidin Sabirabadlının başdaşısız məzarı, Ağakərimin xəstə canı... - İntiqam VALEHOĞLU yazır

64566    |   2019-02-27 15:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zahid Sabirabadlının dəfnindəki izdiham kimin yadındadır? Ən azı 3-4 min insan olardı həmin mərasimdə. Xatırladınızmı? Ötən ilin dekabr ayı idi. Bütün saytlar, televiziyalar həmin izdihamdan yazırdı, çəkirdi, göstərirdi. Cəmi bir neçə gün sonra həyat yoldaşı və oğlu Hikmət Zaurun verilişinə çıxdılar. Verilişdə ipoteka borcu bağlandı, ailəsi belə demək mümkünsə, mənzillə təmin edildi. Yəqin düşünürsünüz ki, üstündən üçaya yaxın vaxt keçib, indi bunları xatırlatmağın nə mənası var? Haqlısınız, amma azacıq da səbr edin, izah edəcəyəm.

Elə indicə qarşıma bir video çıxdı və məni az öncə oxuduğunuz cümlələri düşünməyə vadar edən də həmin video idi. Tanınmış klarnet ifaçısı Zahid Qubadlı həmkarı Zahid Sabirabadlının qəbrini ziyarət edirdi. Amma qəbir hələ də götürülməmişdi. Bilməyənlər üçün xatırladım ki, Zahid Sabirabadlı dekabrın 18-də vəfat edib. Yəni, fevralın 18-də iki ayı tamam oldu. Lakinələ də qəbirüstü abidəsi hazır deyil. Dostu Elşənlə danışdım, dedi ki, qardaşı ilə məsləhətləşib cavab verəcək. Əslində, qardaşının nə deyəcəyini də təxmin etmək çətin deyil. Deyəcək ki, vəziyyətimiz yaxşı deyil, kasıbçılıqdı...

Bəs Zahid vəfat etdiyi günlərdə məzarı başından selfi çəkdirib paylaşanlar, dəfn mərasimində mərsiyyə deyən həmkarları hardadır? Axı məzarüstü abidə nə böyük şeydir? Hər həmkarı çox yox, on manatdan "atışsa" düzəlməzmi bu iş? Tələbəsinə zəng vurmuşdum, o da deyir ki, niyə götürülmədiyindən xəbərim yoxdur.

Doğrudanmı, sənət aləmi bu qədər iyrəncdir? Gerçəkdənmi Zahid üçün deyilən həmin sözlər boğazdan yuxarı idi, bir günlük dozası var idi. Əslində, bundan daha betər mənzərəni mən Hüseyn Dərya vəfat edəndə görmüşdüm. Hüseynlə duet oxumaq üçün növbəyə düzülənlər dəfn mərasimində qeyb olmuşdular. Axı Zahid bu ölkədə ən üzdə olan sənətçiləri müşayiət edib, hətta belə demək mümkünsə, bəzilərinə çörək verib.
Yəqin ki, normal məzar daşı 2-3 mindən yuxarı başa gəlməz. Üç aya üç min manatlıq xərci bu qədər dost-tanış, həmkar çəkə bilməzdimi? Sabah Zahidin məzarı başında dediyiniz sözlər hardasa qarşınıza çıxsa, vicdanınız sizi boğmayacaqmı?

Şübhəsiz ki, qəbirüstü abidənin götürülməsi ailənin məsuliyyətidir. Amma əgər ailə imkansızlıqdan verilişə çıxırsa, deməli, yük Zahidin çörək kəsdiyi, çörək verdiyi, dost dediyi insanların çiyninə düşür.
Yaxşı, Zahidi qoyuram bir kənara. Meyxanaçı Ağakərim iki ildir yarımcan vəziyyətdədir, hələ ki sağdır. Eşitdiyimə görə Ağamirzədən başqa heç bir həmkarı ona kömək etmir. Amma inanıram ki, Allah eləməsin, sabah Ağakərimin başına bir iş gəlsə, indi yoxa çıxan həmkarlar telekanallara müsahibə vermək üçün növbəyə düzüləcəklər.

Bilirsinizmi ki, Ağakərimi klinikaya aparıblar, lazımi məbləğ olmadığına görə on gündən sonra evə qaytarıblar. Hansı ki o məbləğ bir "sponsorun" bir müğənniyə bir gecədə xərclədiyi pulun yanında qəpik-quruşdur. O məbləğ bəlkə də hansısa müğənninin, meyxanaçının, sənətçinin iki dəfə restoranda verdiyi hesabın yarısı qədərdir. Deyək ki, müğənnilər pisdir, etibarsızdırlar. Axı meyxanaçıların hər iki kəlməsindən biri "yaxşı oğlan", "etibarlı dost", "dar günün dayağı" kimi söhbətlərdir. Hansı meyxanaçını danışdırsan, müğənniləri bəyənməyəcək, musiqiçilərə ağız büzəcək. Amma indiki halda meyxanaçıların etdiyinin ən yumşaq adı etibarsızlıq, naxələflikdir. Sabah sizin hansı vəziyyətə düşəcəyiniz, hansı xəstəlikdən əziyyət çəkəcəyiniz özünüzə məlumdurmu? Əlbəttə, yox!

Zahidin başdaşısız məzarı, Ağamirzənin xəstə canı yolunuzu gözləyir. Tələsin, gec deyil...




İmza:

Cem Yılmaz dəbdəbəli villasını satışa çıxarıb - FOTO

Cavidan Novruz həyat yoldaşına səsləndi: “Toyuq doğramağı öyrən, xahiş edirəm”

Nazpəri: “Silvester Stallonenin bağına getmişdim”

Mənzurə Musayeva: “Söhbət edə-edə plastik əməliyyat etdirdim” - VİDEO

Nadir Qafarzadə canlı efirdə qəzəbləndi: “Toysuz qalan müğənnini bağına çağırıb, oxutduracaq” - VİDEO

Ancelina Coli və Bred Pitt arasında buzlar əriyir

Məşhur “plus-size” model kameralar qarşısında uşağına süd verdi - FOTO

Onurğa iflicindən əziyyət çəkən Xalq artisti: “Xəstəlik dizimə qədər gəlsə, əl arabasında gəzəcəm” - VİDEO

Billi Ayliş onu tənqid edənlərə cavab üçün soyundu - VİDEO

Nüşabə acınacaqlı vəziyyətə düşən Nurlanı qınadı: “Toy müğənnilərini bəyənmir, bizdən yardım istəyir” - VİDEO

Aygün Kazımova: “Bu işdə özümə qadağalar qoyuram”

Kərim Abbasov: “Maddi sıxıntılarım olanda bankir bacanağıma zəng vururam”

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK