Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qalın deyil, qalan kitab - Vüqar Abbasov yazır Adalet.az | Qalın deyil, qalan kitab - Vüqar Abbasov yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qalın deyil, qalan kitab - Vüqar Abbasov yazır

11120    |   2019-02-21 10:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Diaspor mövzusunda yazılmış və əldə edə bildiyim bütün kitabları, məqalələri oxumağa çalışıram. Zamanı gəldiyini hiss etdiyimdə diaspor barədə kitab, yaxud da xatirələrimi yazmağı da düşünürəm. Zaman-zaman bu mövzuda məqalələr yazmışam və yazmağa da davam edirəm. Elə bu yazım da diaspor mövzusundadır, ancaq bu mövzuda yazılmış bir kitab barədə.

Bugünlərdə Dr. Orhan Arasın "Avropadakı Azərbaycan diasporu və lobbisi” kitabını oxudum. Adətimdir, artıq illərdir ki, kitab oxuyanda xoşuma gələn, "sarı simə” toxunan məqamları mütləq bir yerə qeyd edirəm. Bu kitabdan da qeydlər etmək istədim, ancaq baxdım ki, bu gedişlə hardasa bütün kitabın üzünü köçürtmüş olacam. Odur ki, qələmlə kitabda qeydlər etməyə və ayrıca bir kağızda da işarələdiyim səhifələrin nömrələrini yazmağa başladım və sonda baxdım ki, kağızda az qala kitabın bütün səhifələrinin nömrəsini yazmışam.

"Kölnün məşhur katolik kilsəsi Domun arxasındakı meydanda Almanca yazılı bildirişlər paylayırdıq. Əlimdəki bildirişlərə tərs-tərs baxan əlli yaşlarında olan bir alman qadın: "Yalanlarınızla Qarbaçovu bizim gözümüzdən sala bilməzsiniz” deyə bağırdı...

...1990 – cı ilin fevral ayında, Azərbaycandakı 20 yanvar qırğının üstündən sadəcə 14 gün keçmş yüzlərlə insan Kölndəki meydanda əllərində Azərbaycan və Türk bayraqları etiraz mitinqi keçirdir...

...Ertəsi gün maraq və həyacanla bizim yaxınlığımızda terləşən bir qəzet kisokuna gəldim. Almaniyanın ən çox satılan qəzetlərindən "Bild” qəzeti olmaqla bütün qəzetlərə baxdım və heç birində bizim mitinqin xəbərinə rast gəlmədim.

...Başqa bir mitinq alman radiosu "WDR” in binasının qarşısında keçrilmişdi. Buna baxmayaraq xəbər radioda da çatdırılmamışdı. ”

Kitabın əvvəllindən verdiyim bu seçmə diasporumuzun hansı şərtlər daxilində fəaliyyət göstərdiyinin və yerli insanlardan nə kimi təpki aldığının, fəaliyyət göstərdiyimiz ölkələrdə mətbuata çıxmağın nə qədər çətin olduğunun bariz nümunəsidir və durum indi də bir o qədər fərqli deyil. İndi də yerli insanların diqqətinini yaxşı mənada öz tərəfimizə çəkmək, fəaliyyətimiz barədə mətbuata yazılar vermək olduqca çətin məsələdir.

Kitabda daha sonra, yuxarıda sözünü etdiyim mitinqədən 26 il sonra, 2016 – cı ildə "erməni soyqrımı” məsələsi Alman Parlamentində müzakirəsindən bəhs edilir. İllərdir Almaniyada yaşayan minlərlə Türk parlament binası qarşısında etiraz edir və hər kəs də bu qədər insanın etirazının nəzərə alınacağına ümid edir. Ertəsi gün parlament üzvləri yenidən yığılır və qərar layihəsini müzkirə etməyə başlayır və bu da Alman tv – ləri ilə canlı nümayiş olunur. Ara-sıra da bu hadisəni səssizcə izləyən bir qrup erməni ekranlara gətirilir. Nəhayət ləyihə bir "əleyhinə” olmaqla qəbul edilir. Kitabdan bu sətirləri oxuyan istənilən oxucu üçün qəbul edilmiş bu kimi qərarların hansı səbəbdən qəbul edildiyinin anlamaq çətin olmayacağını düşünürəm. Hər iki xalqın diasporunun fəaliyyəti də, onlara göstərilən münasibət də kitabdan burda verdiyim örnəklərlə aşkar görmək mümkündür.

Kitabdan daha bir seçmə:

"Almaniyanın Frankfurt şəhərində yaşayarkən, Amsterdamda keçriləcək bir "diaspor toplantısı”na dəvət almışdım. Toplantı Amsterdamın ən gözəl və ən bahalı otellərindən biri olan "Avropa”otelində keçriləcəkdi. Taoplantıya qatılan hər diaspor təmsilçisi söz aldı və istədiyi qədər danışdı. Üç saat sürən toplantıda Qarabağ hadisələrini, Xocalı msələsini, Avropadakı diasporarın qurduğu dərnəklərin maddi problemlərini uzun-uzadı müzkirə etdik...

...Oteldən çıxanda saat 10 – a az qalmışdı. Hava soyuq və yağmurlu idi. Avtomobil parkına doğru gedərkən yolda bir döngədə iki kişi ilə rastlaşdım. Əllərində ingiliscə, almanca, fransızca iki səhifəlik broşüraları yoldan gəlib keçənlərə paylayırdılar...

... Maşına minən kimi cibimdəki broşüranı çıxarıb baxdım. Orda 1915 – ci il erməni hadisələri qısa, amma çox təsirli bir şəkildə dərc edilmişdi...

... Bir müddət maşında oturdum və düşündüm. Bizim "Avropa” otelindəki toplantımız üçün bəlkə də minlərcə avro xərclənmişdi. Orda danışılanların bir çoxu qısa bir zamandan sonra unudulacaq və ya təmənna, arzu olaraq qalacaq. Amma bu iki kişinin gördüyü bu iş ən çoxu bir bir neçə yüz avroya başa gəlmişdi və ən azı 200 adamın hafizəsində yer alacaqdı. "

Əlavə şərhə ehtiyac varmı? Bu yerdə qeyd edim ki, ötən illərdə ayrı-ayrı yazılarımda mən də dəfələrlə bu mövzuya toxunmuş, bu kimi məsələlərə diqqət çəkməyə çalışmışam. Orhan Arasın sözünü etdiyim kitabında bu kimi faktlar, örnəklər çoxdur. Ancaq diaspor fəaliyyətimizdə buraxdığımız səhvlər o qədər çoxdur ki, onları bir deyil, bir neçə kitaba ancaq sığdırmaq mümkündür.

Qeyd etdiyim kimi, kitab məlumatlarla, konkret misallarla o qədər zəngnindir ki, seçmə vermək və hər seçmə haqqında ayrıca şərh yazmağa başlasam gərək kitabın az qala hamısını bura yazım. Kitabda Qərbli iş adamlarının, siyasət adamlarının digər ölkələrdəki insanların, millətlərin xarakterlərini, xüsusiyyətlərini, adətlərini necə ustalıqla öyrənmələri və bütün bunları eyni ustalıqla öz xeyirlərinə necə dəyişməyə çalışmaları çox gözəl təsvir olunub.

Kitab ümumilikdə üç bölümdən ibarətdir. Birinci bölümdə diaspor və lobbiçilik tarixindən, dünyadakı önəmlli lobbi fəaliyyətlərindən örnəklər yer alır. İkinci bölümdə isə bizim diaspor tariximizdən və bugünkü diasporumzdan söhbət açılıb. Üçüncü bölümdə isə müəllif nələr etməli olduğumuzu çox aydın surətdə qeyd edib. Hər bölüm də ayrı-ayrılıqda məlumatlarla, konkret faktlarla zəngnindir.

Dünyadakı önəmli lobbi fəaliyyətləri barədə oxuduqca adam daha çox işlər görmək və onlara çatmaq istəyir. Bu kitabda yazılanların bizlərin diaspor fəaliyyətində daha çox uğur qazanmağımız üçün faydalı olacağına şübhə etmirəm.

Yazıma Z.Yaqubun aşağıdakı misraları ilə nöqtə qoymaq istəyirəm:

Oğul, elə saxla qəlbi, ürəyi,
Göy kimi boşalıb dolandan olsun.
Bir qalın kitab var, bir qalan kitab,
Yazanda elə yaz kitabını sən,
Qalından olmasın, qalandan olsun.

Sözü gedən kitab da çox qalın deyil, ancaq qalan kitab olacağına inanıram.

Vüqar Abbasov.




İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK