Adalet.az | "EŞŞƏK" SÖZÜNÜN ÇALARLARI Adalet.az | "EŞŞƏK" SÖZÜNÜN ÇALARLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"EŞŞƏK" SÖZÜNÜN ÇALARLARI

20288    |   2009-06-12 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zamin Hacı (adamın dilinə yatmır ey, Hacı Zamin daha sanballı səslənirdi) dünən yazır ki, Türkiyədə eşşəyə "eşək" deyirlər, yəni bir "ş"yla yazılır. Görünür, Zamin Hacı Türkiyədə az olub. Bizdə olduğu kimi Türkiyədə də "eşşək" sözünün çalarları var.
   
   "Eşək" də deyilir, "eşşək" də deyilir, "eşşşək" də deyilir.
   
   Məsələn, bizim Qarabağda bərk hirslənəndə belə deyirlər: "Sən üç "ş"yla eşşşəksən".
   
   Bundan başqa Türkiyədəki dilçi alimlərin araşdırmalarına görə, "eşşək" sözünün kökü "eş" sözündəndir. "Eş" sözünün də bizim türkcədə qarşılığı "tay" deməkdir. Türkiyə türkləri deyir ya, "bu mənim eşimdir". Bir millət olaraq eşşəkləri də çox sevdiyimizdən, doğma bildiyimizdəndir ki, eşşəyə "eş" deyiblər.
   
   Zamin Hacı inanmırsa Mahmud Kaşğarlının "Divani-lüğəti türk" kitabını tapıb oxusun. 47-ci səhifə, yuxarıdan aşağı 8-ci söz.
   
   Srağagün də Aqil Abbas qəzetdə məni təhqir edib. Guya mən Aqil Abbasa telefon açıb demişəm ki, bizim Fatmanisə mənə "eşşək oğlu eşşək" deyir. Bu böhtandı və iftiradı. Fatmanisədə o hünər nə gəzir ki, mənim atamı təhqir eləyə, vallah, dədəsini belinə şəlləyərəm. Fatmanisə bərk hirslənəndə uzaqbaşı maa "eşşək" deyir.
   
   Və sonda. Mən ölüm, doğrudan Almaniyadan 41 min dollara eşşək almışıq?!
   
   Bir də ay başınıza dönüm, bu nemes məşqçidən çox yarıdıq ki, indi nemes eşşəyindən yarıyaq?
   
   Və çox qəribədi ki, bizim türk qardaşlarımız ATƏT-in həmsədrləri olan Brayza, Fasye, Merzlyakov üçlüyünə "eş başkanlar" deyirlər...


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-08-14


VİDEO