warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən: Yanğına cavabdeh olmamışam Adalet.az | Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən: Yanğına cavabdeh olmamışam Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən: Yanğına cavabdeh olmamışam

8221    |   2019-02-11 15:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə sərbəst ifadə verən təqsirləndirilən M.Abdullayev Narkoloji Mərkəzdə baş verən yanğında heç bir günahı olmadığını deyib: "Əmək müqaviləmdə üzərimə düşən vəzifələr yazılıb, onların arasında yanğın təhlükəsizliyinə cavabdehlik məsələsi yoxdur. Lakin hadisədən sonra Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin müdiri məni çağırıb, yanğın təhlükəsizliyi ilə bağlı təlimata qol çəkməyimi istədi. Mən də imtina etdim. Çünki sonradan quraşdırılmış iş idi. Sənədə qol çəksəydim, avtomatik günahkar olduğumu üzərimə götürmüş olacaqdım. Düzdü, mənə ittiham irəli sürülüb, amma mən heç vaxt yanğın təhlükəsizliyinə cavabdeh şəxs olmamışam”.

M.Abdullayev qeyd edib ki, həmin gün çox güclü külək olub: "İki qıfıllı təhlükəsizlik qapısı olub. Əgər dəhlizin o biri başındakı qapı da açıq olsaydı, ümumiyyətlə, oradan heç kim sağ çıxmazdı. Hər gün növbətçi kim olurdusa, açar da ona verilirdi. İkinci təhlükəsizlik qapısının açılması yanğın vaxtı təhlükəli olardı. Külək hər iki tərəfdən yanğının şiddətini artırardı".

Sualları cavablandıran M.Abdullayev deyib ki, Mərkəzin həyətində 6 ton su tutumu olan böyük bir hovuz vardı, lakin oranı qamış basmışdı: "Biz də dəfələrlə "Azərsu”ya müraciət etmişdik ki, hovuz təmizlənsin, amma heç bir tədbir görülmədi".

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.




İmza:

Elina ölən məktəbin direktoru haqda məhkəmə qərarı verildi - Ev dustağı olacaq

Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib

Cahangir Hacıyevin müavini məhkəmədə üzünə durdu: “İstəməsəm də imzalayırdım”

Məhkəmələrdə problemli kreditlərin icraatı ilə bağlı işlərə baxılması təxirə salınıb

Azərbaycanda elektron qaydada məhkəmə işlərinin sayı 58,5 faiz artıb

Ali Məhkəmənin sədri: “Azərbaycanda məhkum edilən şəxslərin sayı azalıb”

Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb

"Reket" baş redaktorun məhkəməsində zərərçəkmiş: 300 manat verib yazını sildirdim

"Jurnalistlər açıq məhkəmə iclaslarını sərbəst şəkildə işıqlandıra bilərlər"

Anar Bağırov: “Məqsədimiz odur ki, bu il vəkillərin sayı 2000-ə yaxınlaşsın”

Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb

"Reket" baş redaktorun məhkəməsində zərərçəkmiş: 300 manat verib yazını sildirdim

Anar Bağırov: “Məqsədimiz odur ki, bu il vəkillərin sayı 2000-ə yaxınlaşsın”

"Jurnalistlər açıq məhkəmə iclaslarını sərbəst şəkildə işıqlandıra bilərlər"

Məhkəmələrdə problemli kreditlərin icraatı ilə bağlı işlərə baxılması təxirə salınıb

Azərbaycanda elektron qaydada məhkəmə işlərinin sayı 58,5 faiz artıb

Ali Məhkəmənin sədri: “Azərbaycanda məhkum edilən şəxslərin sayı azalıb”

Elina ölən məktəbin direktoru haqda məhkəmə qərarı verildi - Ev dustağı olacaq

Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik qüvvəyə minib

Cahangir Hacıyevin müavini məhkəmədə üzünə durdu: “İstəməsəm də imzalayırdım”

Sədr: Azərbaycan Vəkillər Kollegiyasına qəbulda məhdudiyyət yoxdur

SON XƏBƏRLƏR
2019-04-21
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK