deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Faiq QİSMƏTOĞLU: ÖLÜMÜNƏ İNANMADIĞIM ADAM Adalet.az | Faiq QİSMƏTOĞLU: ÖLÜMÜNƏ İNANMADIĞIM ADAM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ÖLÜMÜNƏ İNANMADIĞIM ADAM

Yaxud eldən getmiş Həsən Ərşad oğlu

5619    |   2019-01-30 13:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə insanlar var ki, onlar doğulduğu gündən Allaha dönüşə qədər öz nurlarını, işıqlarını ətrafdakılarına paylamaqdan yorulmurlar. El dilində demiş olsaq, bu adamlar bir çörəyini və hətta bir tikəni belə neçə yerə bölməyi bacarırlar. Bir tikəni, bir çörəyi bölməyə isə böyük ürək, böyük qəlb lazımdır. Və Allah-Təala da bu böyük ürəyi, bu böyük qəlbi hər adama bəxş eləmir. Ulu Yaradan təmiz ürəyi, təmiz qəlbi də, əməli-saleh insanlara verir. O insanlar ki, nəinki doğmalarına, hətta yadlara belə böyük sevgi və məhəbbətlə yanaşırlar...

Həsən Ərşad oğlu Əliyev də sözün həqiqi mənasında belə bir ağayana, ağsaqqal, işıqlı bir ziyalı olub. Ziyalı sözünü xüsusilə vurğulamaq istəyirəm. Çünki əsl ziyalı tutduğu vəzifə, qazandığı var-dövlətlə deyil, haqq-ədaləti, düzgünlüyü sevməyi ilə tanınır.

O, 1972-ci ildə Füzuli rayonundakı Böyük Bəhmənli kənd orta məktəbini bitirib Bakıya gəlmişdi. Şin zavodunda fəhləlikdən başlayıb sahə rəisi, sex rəisi və uzun müddət də zavod direktorunun müavini və zavod direktoru olmuşdu. Dəfələrlə bir qohum olaraq onun yanına getmişdim. Həmişə fəhlələr deyirdilər ki, biz belə direktor görməmişik. Bizimlə fəhlə işləyəndə necə sadə idisə, sex rəisi olanda da, direktor kreslosunda əyləşəndə də elə həmin Həsən müəllimdir. Kim onun yanına gedirsə, dərdini deyə bilirdi. Və dərdini deməmişdən də o sadə və zəhmətkeş insanların hansı çətinliklərlə üzləşdiyini duyurdu və onlara da əl tuturdu.

Mən çox imkanlı, vəzifəli insanlar tanıyıram. Onların da arasında yaxşı insanlar var. Amma vəzifəsi və imkanı olan, sadəliyi, səmimiyyəti ilə seçilən Həsən müəllim kimi el-obaya yaxın olan adam az tanıyıram. Qohum-əqrəbaya, dost-tanışa elə yaxşılıq eləyərdi ki, onun yaxşılıq elədiyi adamdan savayı heç kəs bilməzdi və bir adamın yanında da deməzdi ki, mən filankəsə bu yaxşılığı elədim; işini aşırdım, cibinə pul qoydum...

Heç vaxt kiməsə borclu qalmağı sevməzdi. Kimsə iynənin ucu boyda yaxşılıq eləsəydi, Həsən müəllim bu yaxşılığı yüz dəfə geri qaytarandan sonra özünü rahat hiss eləyərdi. Və elədiyi yaxşılığın əvəzini heç vaxt ya doğmalardan, ya da yadlardan qətiyyən gözləməzdi. O, bu dünyada özünə çox böyük əməli-saleh işlər qazandı. İnanın, onun elədiyi yaxşılıqlar hamısı bir-bir övladlarına, nəvələrinə qayıdacaq. Və həmişə də deyərdi ki, mən yaxşılığı kimin üçünsə deyil, axirətim üçün eləyirəm...

O, qohum kimi, eloğlu kimi, yaxşı insan kimi bəhmənlilərin qəlbində sağlığında özünə çox böyük heykəl qoyub. Bəhmənlidə elə bir xeyir-şər olmazdı ki, Həsən müəllim orda iştirak eləməsin. Hətta xəstə olub yas yerlərinə gələ bilməyəndə belə sonradan kəndə gələr, mollanı götürüb qapı-qapı gəzər, rəhmətə gedənlərə "Yasin” oxutdurardı. Özü Bakıda yaşasa da, orda işləsə də ürəyi həmişə bu ellə, bu obayla döyünərdi.

Bizim kənddən Bakıda çox imkanlı adamlar olublar və bu gün də çoxdur. Amma onların arasında kəndin xeyrinə-şərinə yarayan 4-5 ziyalı insan var: rəhmətlik Həsən müəllim, Əyyub həkim, Seyid Əbdürrəhim, Azad müəllim, Kamran müəllim və bir də mənim qardaşım Elxan! Onlar hər biri bu kəndin xeyrində-şərində bütün qapılarda olublar. Düzdür, mən də xeyrə-şərə gedirəm, ancaq onlar qədər hamıya yarıya bilməmişəm.

Həsən müəllim nə qədər böyük imkana və vəzifəyə malik idisə, bir o qədər də sadə və səmimi idi. Heç kimin nöqsanını, çatışmazlığını deməkdən çəkinməzdi. Hətta mənim özümə bir neçə dəfə iradını bildirmişdi. Mən də görürdüm ki, o düz deyir və düz də yol göstərir. Dediklərini də qəbul eləyirdim...

O, çox vətənpərvər, millətini, xalqını sevən ziyalı idi. Meydan hərəkatında öncüllərdən biri idi. Hətta Mərkəzi Komitənin 1-ci katibi Əbdürrəhman Vəzirov bir dəfə onun adını çəkmişdi. Demişdi ki, Füzulidən bir Həsən var, gedib qoşulub müxalifətə və camaatı mənə qarşı qaldırır. Sonradan nə qədər onu incitdilər. Ancaq Həsəni heç kəs azadlıq və müstəqillik yolundan çəkindirə bilmədi. Çünki Həsən hansı yolla gedirdisə, o yol haqqın, ədalətin və Allahın yolu idi...

1990-cı ildə Qarabağda vəziyyət daha da ağırlaşdı. Bax, onda mən Həsən Əliyevin bir daha necə böyük vətənpərvər ziyalı olduğunu gördüm. Elə bir həftə, elə bir ay olmazdı ki, Füzuliyə maddi cəhətdən kömək eləməsin. O, döyüşən hərbçilərimizə, könüllülərə maşın-maşın ərzaq daşıyardı, silah-sursat aparardı. Ancaq bu barədə yenə heç kimə bir söz deməzdi. 1991-ci ilin aprel ayı idi və Füzulinin də ağır günü idi. İcra hakimiyyətinin başçısı Nofəl Qasımovun kabinetində oturub söhbət edirdik. Bu vaxt köməkçi gəldi, başçıya dedi:

- Bakıdan Həsən müəllim çoxlu ərzaq və sursat gətirib, sizin qəbulunuzdadı.

Başçı dilləndi:

- Buraxın, gəlsin içəri!

Həsən müəllin tövşüyə-tövşüyə kabinetə daxil oldu və onu görən kimi hər ikimiz ayağa qalxdıq. Əynində hərbi paltar vardı. Çox yorğun görünürdü, amma bu yorğunluğu qətiyyən bildirmək istəmirdi. Diqqətlə bizə baxdə və sonra sakitcə bildirdi:

- Bilirəm, rayonun ağır günüdür, xeyli ərzaq və sursat gətirmişəm. Dedim sizinlə görüşüm, kimə lazımdırsa verək.

Bayaqkı yorğunluqdan başçının sifətində birdən-birə rahatlıq yarandı:

- Çox sağ ol, elə aparıb həmişə verdiyiniz könüllülərə verin. Onların həm paltarı yoxdu, həm də ərzaqları azalıb. Silah-sursatları da onlara verin. Amma yaxşı olardı ki, gedək səninlə bir tikə çörək kəsək.

Həsən müəllim özünəməxsus bir təmkinlə:

- Təklifinizə görə çox sağ olun! Təcili Bakıya qayıtmalıyam. Dedim elə bir eloğlu kimi mən də bu ağır gündə rayonda olum və kömək eləyim. İndi çiynimdən yük götürüldü. Allah qoysa, ara sakitləşsin, gələn dəfə gələndə əyləşib bir tikə çörək kəsərik.

O, bunu deyib bizimlə xudahafizləşdi və kabinetdən çıxdı. Sonra dəfələrlə yenə Füzulinin ağır günündə Həsən Əliyev döyüşən könüllülərə elə birbaşa səngərdə maddi köməklik göstərdi.

Onun bacanaqları da vardı: Sabir, Məhərrəm, İmran, Hafiz, Veysəl. Sabir müəllim də, Məhərrəm müəllim də, İmran müəllim də çox yüksək vəziflərdə işləyirdilər. Həsən müəllim onların hamısı ilə mehriban idi. Ancaq Hafizlə hamıdan çox dostluq eləyirdi. Hafizin vəzifəsi olmasa da, çox böyük ürəyi var və halal zəhmətlə, əkin-biçinlə təsərrüfatla ailəsini, balalarını dolandırır. Sözümün canı odur ki, Həsən müəllim xeyirdə-şərdə o vəzifəli bacanaqların yanında deyil, həmişə Hafizin yanında əyləşərdi. Və deyərdi ki, Hafiz hər şeyi zəhmətlə, alın təriylə qazanıb. Və mən də onun yanında oturanda özümü daha rahat hiss eləyirəm.

O, çox qəribə adam idi. Nə ağrısını-acısını, nə də dərdini, kədərini heç kəsə bildirməzdi. Cəmi bir dəfə ürəyindən əməliyyat olunanda qardaşım Elxanla Gömrük Hospitalında onun yanına getmişdik. O da yüz dəfə razılıq elədi, "əziyyət çəkmisiniz” – dedi. Özü hamımızın çətin günündə yanımızda olardı və yastığımızın altına da pul qoyub gedərdi. Mən dəfələrlə əməliyyat olunmuşam, hardan xəbər tutub bilməmişəm, bir də görmüşəm başımın üstündədir. Zarafatlaşıb, "yastığın yüngül olsun” – deyib, balışın altına pul qoyub. Özünün isə xəstəliyini heç kəsə bildirməzdi. Mən də hər dəfə ona irad tutardım, "niyə bizə bildirmirsən?” - deyib gileylənərdim. O da özünəməxsus bir ağayanalıqla bildirərdi: "Xəstədən çox onun yanına gələnlər və gözləyənlər əziyyət çəkirlər. Mənim qohum-əqrəbamın bir çoxu elə özü də xəstədir. İstəmirəm ki, həmin insanlar gəlsinlər, stress keçirsinlər və həyəcanlansınlar.

Heç vaxt xəstəlikdən, çətinliklərdən şikayətlənməzdi və heç vaxt da ətrafdakılara mənfi enerji ötürməzdi. Elə ömrünün son günlərində xəstə olarkən belə hərəkət edib. Deyib ki, xəstəliyimi qohum-əqrəbaya bildirməyin. Və biz onun ölüm xəbərini eşidəndə hamımız şok yaşadıq. Çünki Ərşad kişinin oğlu Həsən müəllim təkcə bir evdən, bir tayfadan getmədi. Bəhmənlinin - o böyük elin ocağından getdi və getdi doğmalarını, əzizlərini boynubükük qoydu.

Şükürlər olsun ki, onun yurdunda oğlu Ərşad kimi bir övlad və üç qızı var. Onun qardaşları Tehran, Təbriz, Cəbrayıl deyirlər ki, Həsən müəllim ayağını çəkib, elə bil ki, onun yerində Ərşad kimi bir oğlan gəlib. Eynən atası kimi ağayana, səbrli, camaatın qəlbinə yol tapan bir gəncdir. Ağır gündə Ərşadı dostları da tək buraxmayıb. Bakıdan onlarla yaxın dostu Bəhmənliyə yas məclisinə gəlib.

Həsən Əliyev 64 illik ömrü çox şərəflə, namusla və qeyrətlə yaşayıb. Çünki o, ağlı kəsən gündən ömrünün son anına qədər əməli-saleh işlərlə məşğul olub və Allahın qoyduğu yolla gedib. Allahın qoyduğu yol isə ona sağlığında böyük nüfuz qazandırıb, bəhmənlilərin və dostlarının gözündə ucaldıb.

Və bu ucalıqdan Allahın dərgahına dönüş edib. Onun ölümünə heç cür inanmaq olmur. Düşünürəm ki, Həsən Ərşad oğlu Əliyev ölməyib. Belə ki, yaxşı əməl sahibləri hər an, hər dəqiqə və hər saat yaşayırlar və Həsəni də bəhmənlilərin ürəyində, qəlbində bu yaxşılıqları həmişə yaşadacaq....




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK