warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Aqil ABBAS: MƏHƏMMƏD FÜZULİDƏN KÜSMÜŞƏM Adalet.az | Aqil ABBAS: MƏHƏMMƏD FÜZULİDƏN KÜSMÜŞƏM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: MƏHƏMMƏD FÜZULİDƏN KÜSMÜŞƏM

6145    |   2019-01-30 10:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O qədər də məşhur olmayan bir müğənni aləmi qatıb bir-birinə, sosial şəbəkələr də partlayır. Həftənin qəhrəmanıdı, yəqin bu hadisədən sonra toy qiymətləri də qalxar. Deməli, Nəsiminin bir qəzəlini hind musiqisi üstündə oxuyub. Sonra da deyib ki, Nəsimini gecə yuxusunda görüb ona görə bu mahnını oxuyub. Çox güldüm.

Kənddə bizim bir qohum vardı, atasıyla anasının uyuduğu qəbirlərlə evinin arası heç yüz addım olmazdı. Qardaş-bacıları da Bakıda yaşayırdı. Demək olar ki, hər həftə bir qardaşı, ya bacısı ailəliklə Bakıdan tökülüb gəlirdilər kəndə, bəs, ötən gecə nənəmlə-dədəmi yuxuda görmüşük. Yarım saatlıq bir qəbiristanlıq ziyarətindən sonra iki-üç gün də qalırlar, yemək-içmək. Qohum da ya bir qoyun kəsməlidi, ya da iki-üç hinduşka. Onu da deyim ki, buna imkanı çatırdı.


Bir gün dözməyib deyir:

- Ay qardaşlar, ay bacılar, nənəmlə-dədəmin qəbirləri bizim evin yüz addımlığındadı. Nə təhər olur ki, bu on beş ildə bu bədbəxtlər bu yüz addımlıq yolu keçib burdan-bura bircə dəfə mənim yuxuma girmirlər, amma basa-basa durub gedirlər Bakıya, sizin yuxunuza girirlər?!

İndi Nəsiminin durub Hələbdən Bakıya gəlib onun yaradıcılığından bixəbər bir qızın yuxusuna gəlməsi məni inandırmadı. O yuxusunda yalnız Rasim Balayevi görə bilər. Rasim Balayev də çörəyi qırıq-qırıq edib and içdi ki, mən o xanımın yuxusuna girməmişəm. Ümumiyyətlə, heç onu tanımıram, həm də bir az naxoşam. Belə vaxtımda durub onun-bunun yuxularını gəzməyə halım nə gəzir?

İndini deyə bilmərəm, amma bir vaxtlar Rasim Balayev hər gecə az qala yüz-iki yüz qızın yuxusuna girərdi.


Mən özüm Məhəmməd Füzulinin kəndçisiyəm və Füzulini əzbər bilirəm. Və doğulduğum Bayat kəndində də şairin adına layiq gözəl bir kitabxana tikdirmişəm, önündə də möhtəşəm bir abidəsini qoydurmuşam. Yaşım Füzulinin yaşını xeyli ötüb, amma eloğlum bircə dəfə də olsun gəlib yuxuma girməyib. Füzulidən küsmüşəm. Nə təhər olur, ay şair, bir kənddən ola-ola səni sevən bir adamın yuxusuna gəlib girmirsən, amma Nəsimi ordan durub gəlib onu tanımayan bir qızcığazın yuxusuna girir? Özü də Bağdad Bakıya Hələbdən min kilometr yaxındı.

Nəsimi onun yuxusuna gəlsə də, gəlməsə də əsas odur ki, xanım tutuzdurdu ey, bir anın içində məşhurlaşdı, yuxarıda qeyd etdiyim kimi, toylarının sayını da, qiymətini də artırdı.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK