deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Dumanlı Bakıdan polietilen torbasız Bakıyacan... Adalet.az | Dumanlı Bakıdan polietilen torbasız Bakıyacan... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dumanlı Bakıdan polietilen torbasız Bakıyacan...

7080    |   2019-01-25 22:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

At belində Cənubdan Şimala, ordan da Qərbə tərəf yürüş edən, bir oturuma üç qazan plov yeyən babalarımız deyirdi ki, qışda duman qar gətirər, yazda duman bar gətirər. Biz də lap əvvəllər onların dediklərinə inanırdıq. Ən rahat uçaqla, son model avtomobillə Cənubdan Şimala, ordan da Qərbə tərəf yol gedirdik. Bir toyuq dönəri, bir stəkan ayranla mədəmizi doydura bilirdik. Bir də ətrafa boylanıb gördük ki, babalarımız duman məsələsində bir xeyli yanlışlığa yol veriblər...
Bakının dumanı nə qışda qar gətirirdi, nə də yazda bar, ilboyu ancaq bolluca kabab iyi gətirirdi vəssalam. Elə ki axşam düşüb şər qarışırdı paytaxtda tüstü, duman əlindən göz-gözü görmürdü. Başkəndimizdəki şadlıq saraylarının, restoranların havaya buraxdığı tüstü üzündən hər yanı qatı duman bürüyürdü, bəzən adam öz yaşadığı ünvanı da rahat tapa bilmirdi. Şadlıq saraylarının, restoranların qonşuluğunda yaşayanların üst-başından kabab iyi əskik olmurdu. Şəninə qalaq-qalaq poema, şeir yazılan Bakımız yekə bir kababxananı xatırladırdı.
Yaxşı ki, rəsmi qurumlar paytaxtı bu biabırçılıqdan xilas elədilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemin həlli istiqamətində qısa müddətdə ciddi və təxirəsalınmaz addımlar atdı. Ətraf mühitə, insanların sağlamlığına ziyan vuran və Bakının görünüşünə xələl gətirən şadlıq sarayları, restoran, əyləncə mərkəzləri qarşısında sərt tələblər qoydu. Bu işin vacibliyini başa düşməyən, hətta ərköyünlük edən bəzi müəssisələr qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələndi. Nəticədə Bakının üzərindəki tüstü-duman, kabab iyi çəkilib getdi.
Son vaxtlar ictimaiyyəti, ekologiyanın qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatlarını daha bir problem ciddi narahat edir. Bu da polietilen torbalardan aşırı istifadə ilə bağlıdır. İstər iri ticarət mərkəzlərinə, istərsə də kiçik köşklərə alış-veriş üçün müraciət edən hər kəs tanış mənzərə ilə rastlaşır. Az qala adi kibrit də ayrıca polietilen torbaya bükürlər. Ticarət obyektlərinin belə "səxavəti" üzündən həmin torbalar evlərimizdən, iş yerlərindən şəhərin dörd bir yanına səpələnir. Həm ətraf mühitə ciddi
ziyan vurur, həm də Bakının gözəlliyi üçün xoşagəlməz mənzərə yaradır.
Yeri gəlmişkən, bu gün dünyanın müxtəlif ölkələrində polietilen qablaşdırma ilə problem gündəmə gəlib. BMT-nin Ətraf Mühit üzrə Proqramının açıqladığı məlumata görə, dünyada istifadə edilən 9 milyard ton plastik materialların cəmi 9 faizə yaxını yenidən istifadəyə verilir. Çin, Avropa Birliyinə daxil olan ölkələr, ABŞ plastik tullantıların yaratdığı qlobal çirklənmədən əziyyət çəkir.
Məsələnin aktuallığını nəzərə alan Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik torbalardan istifadənin ətraf mühitə vurduğu ziyanın miqyası barədə həyəcan təbili çalır. Alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılmasını zəruri sayır. Polietilen torbalardan istifadənin tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsü ilə ictimaiyyətdə maraqla qarşılanıb. Nazirlik rəsmilərinin açıqlamalarından belə aydın olur ki, cəmiyyəti narahat edən problemin həlli ilə istiqamətində kompleks tədbirlərin keçirilməsi ilə bağlı təkliflər də hazırlanıb və aidiyyəti qurumlara göndərilib.
Əhali arasında maarifləndirmə işinin aparılması, bu məsələdə medianın gücündən, tanınmış ziyalıların nüfuzundan istifadə edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi işlərin səmərəsini daha da artırır.
İnanaq ki, görülən bu işlər yaxın zamanlarda öz müsbət nəticəsini verəcək. Bakını kabab tüstüsündən, dumanından azad etməyi bacarırıqsa, paytaxtımızı polietilen torbalarsız da görə biləcəyik.



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK