deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: SƏDAQƏT Adalet.az | Faiq QİSMƏTOĞLU: SƏDAQƏT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: SƏDAQƏT

Tələbə dostum və otaq yoldaşım rəhmətlik Xanoğlan Ağayevə

4187    |   2019-01-27 13:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Deyirlər ki, orta məktəb, tələbəlik və əsgərlik dostları heç vaxt yaddan çıxmır. Bu deyimdə və bu fikirdə çox böyük həqiqətlər var. Amma bu fikrə bir düzəliş eləmək istəyirəm: orta məktəbin də, tələbəliyin də və əsgərliyin də yaxşı, sədaqətli, saf insanları adamın yadında qalır. Yəqin ki, bu fikrə kiminsə iradı ola bilməz. İradı olanlar varsa, yazsınlar, bizi inandırsınlar və dediklərimizdən vaz keçək...

... Onda dünyanın ən yaxşı günləri idi. O da, mən də Bakının "Sovetski” deyilən məhəlləsindəki ayrı-ayrı həyətlərdə yaşayırdıq. O, qardaşı ilə qalırdı, mən də mamam oğlu Təbrizlə. Mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurdum, o isə həmin ali məktəbin filologiya fakültəsində təhsil alırdı. Və hər ikimiz həm də paralel oxuyurduq...

... Bizi bir-birimizə yaxınlaşdıran, doğmalaşdıran və sevdirən xasiyyətlər vardı; nə o siqaret çəkirdi, araq içirdi, nə də mən! Nə o boş-boş vaxt keçirər, ora-bura gedər, nə də mən! Sadəcə olaraq, qonşuluqdan çox vaxt bir yerdə universitetə yollanardıq. Xanoğlan Ağayevin məndən fərqli olaraq bir istedadı da vardı: gözəl, məlahətli səs sahibi idi. O vaxt hər adamı universitetdəki bədii özfəaliyyət kollektivinə qəbul eləmirdilər. Onun səsini dinləyib, musiqi duyumunu bilib ali məktəbin ansamblına dəvət eləmişdilər. Ədəbi-bədii gecələrdə o, gözəl mahnılarıyla, ifalarıyla biz tələbələrin qəlbini ovsunlayırdı. Mən də hərdən bu tədbirlərdə tanınmış şairlərin şeirlərini deyirdim. Və beləcə, bir-birimizə bir qədər də yaxınlaşır, doğmalaşırdıq...


Allah-Təala ona gözəl səs verməklə yanaşı, gözəl də sima, görünüş vermişdi. İri gözləri və qapqara sıx saçları vardı. Hər gün saçlarına qulluq eləyər və özünə diqqət yetirərdi. Çox qızlar onun dərdindən dəli idi. Amma maraqlı idi ki, o heç bir qıza reaksiya verməz və hətta qrup yoldaşlarına doğması kimi baxardı. Onun hesabına qəşəng qızlarla biz tanış olurduq və bu qəşəng qızlar da yalvarıb-yaxarırdı ki, sən Allah, o Xanoğlanı bizimlə tanış eləyin. Düzdür, tanış olurdu, ancaq yenə onların heç birinin sevgisinə cavab vermirdi...

...Bir dəfə universitetdə AzTV canlı yayım verirdi. Həmin vaxt da dostumuz canlı yayıma dəvət olunmuşdu, ali məktəbin ansamblının müşayəti ilə gözəl bir mahnı ifa elədi. Səhv eləmirəmsə, o mahnının sözləri belə idi: "Məhsulumuz bol olsun...”. O mahnını o qədər gözəl ifa etdi ki, canlı yayımda bir artıq hərəkətə, xaric boğaza yol vermədi. Hətta bu gözəl ifaya görə universitet rəhbərliyi Xanoğlana bir təşəkkür də bildirdi...

... O, Masallı rayonunun Bədəlan kəndindən idi. O kəndin dəmirçi məhəlləsində anadan olmuşdu. Babası Hüseyn kişi çox varlı, imkanlı, ağayana adamlardan idi. Kimə qızıl lazım idisə, Hüseyn kişini axtarırdı. Hüseyn kişi də elə-belə adam deyildi. Çox fərasətli, müharibə dövrünü görmüş, hər cür çətinliyi dəf eləmiş insan idi. Hətta bir dəfə onu sovet hökumətinin vaxtında təyyarədə üstündəki qızıllarla yaxalamaq istəyiblər. Ancaq o ayaqyoluna girib qızılları da ordan ayaqyolunda yerə buraxmışdı. Dünya malı üçün heç vaxt təəssüflənən kişilərdən deyildi. Əliaçıq idi, imkansız adamlara əl tuturdu. Xanoğlangil həmişə ona baba, ata gözüylə baxmışdı. Öz ataları isə elə bilirdilər ki, onların qardaşlarıdı.

Elə oldu ki, mamam oğlu Təbriz Xalq Təsərrüfatı İnstitutunu bitirib hərbi xidmətə yollandı. Xanoğlanın böyük qardaşı Aağamoğlan da rayona işləməyə getdi. Bax, bundan sonra biz onunla uzun müddət, daha doğrusu, universiteti bitirənə qədər "Sovetski”də müxtəlif küçələrdə yerləşən evlərdə kirayənişin qaldıq. Bir yerdə qaldığımız və oxuduğumuz dövrlərdə onun nə qədər təmiz, əxlaqlı və saf insan olduğunu bir daha yəqin etdim. Heç bir qadına, heç bir qıza getdiyi yerdə başını qaldırıb belə baxmazdı. Əksinə, qadın, qız olan yerdə qıpqırmızı qızarar, utanar və tər onu basardı. Biz onunla çox yaxşı günlər və hətta deyərdim ki, çətin anlar yaşamışıq. Bu anların hər birində onun necə böyük ürək sahibi olduğunu, vucdanlı adam olduğunu görmüşəm. O, murdar suya qoyulub içilməli adam idi. Onun təmizliyi o murdar suyu durulaşdırardı...

... Hərbi hazırlıq dərsləri mənim ən zəif yerim idi. Çünki rus dilini yaxşı bilmirdim. Tək mən deyil, kənddən gələn uşaqların əksəriyyəti hərbi hazırlıqdan imtahan verəndə çətinlik çəkirdi. Mənim də çətinlik çəkdiyimi görən dostum Xanoğlan hərbi kafedrada həmyerliləri olan polkovnik Zaur Rzayevin yanına getdi və məni tapşırdı. Zaur müəllim də heç bir təmənna ummadan imtahanlara kömək etdi. Hətta 3 ay "zborda” olanda da dövlət imtahanından Zaur müəllim məni təmənnasız keçirdi. Qarabağ müharibəsi başlananda Zaur Rzayev Kəlbəcərə göndərildi və korpus komandiri kimi ona general-mayor rütbəsi verildi. Bir dəfə də mən Kəlbəcərdə Zaur müəllimlə görüşdüm, o da məni tanıdı. Dedim, Zaur müəllim, heç bilmirəm sizin yaxşılığınızdan necə çıxım. O da güldü və dedi ki, get, gördüklərini yaz, elə bil ki, mənim yaxşılığımdan çıxmısan. Mən də gəlib gördüklərimi yazdım, o da yazını oxuyub razı qaldı...

Bir gün Xanoğlan mənə dəvətnamə göndərdi ki, rayonda toyumdu. Dəvətnaməni də qardaşı Əfsər gətirdi. 3 gündən sonra qardaşım Elxan, əmimoğlu İnşallahla onların kəndinə - Bədəlana yollandıq. Toydan bir gün qabaq getmişdik. Axşam çağı idi. Soruşduq ki, Xanoğlan müəllimgilə necə getmək olar? Bizə bir yol göstərdilər, biz də o yolla gedib iki mərtəbəli kərpic bir evə çatdıq. Qapının ağzında bir adamdan soruşduq ki, Xanoğlanın toyuna gəlmişik, evdə kim var? O da güldü və dedi ki, bura Baloğlan Əşrəfovun atası Xanoğlan müəllimgilin evidi. Sizin dediyiniz Xanoğlan dəmirçi məhəlləsində yaşayır. Biz də qayıdıb həmin məhəlləyə getdik, evi tapdıq. Bütün qohum-əqrəba bizi böyük sevgiylə qarşıladı. Babası, nənəsi, atası, anası və qohumları bizimlə çox mehribancasına görüşdülər. Axşam qaldıq orda, səhər toy başladı. Toyu da Baloğlan Əşrəfov aparırdı. Çox gözəl toy oldu. Xanoğlanın tələbə yoldaşları, Saleh, Ədalət, Mikayıl, dostları və sinif yoldaşları onu dövrəyə alıb oynatdılar...

Onu mənimlə birləşdirən çox tellər vardı. Biz onunla eyni ildə, eyni gündə anadan olmuşduq. Hətta böyük qardaşlarımız Ağamoğlan və Qürbət də eyni ildə və eyni gündə dünyaya gəlmişdilər. Onlar neçə bacı-qardaş idi, biz də bir o qədər idik. Onların da, bizim də maşınımızın nömrəsi 01-02 idi...

Qardaşım Elxanın toyunda balaca qardaşı Əfsərlə Bəhmənliyə gəlmişdilər. Toyu da Rəhman Məmmədli aparırdı. Amma oxuyanın ağzından horra tökülürdü. Xanoğlan çıxdı səhnəyə, mikrafonu götürdü, elə mahnılar ifa etdi ki, toydakılar məəttəl qaldılar. Dedilər ki, tay bu oxuyandan sonra Bakıdan gələn müğənni əlinə mikrafon götürməsin. Bakıdan gələn müğənni də heç əlinə mikrafon götürmədi. Gecə saat 2-yə qədər oxudu və camaat da axırda öz razılığı ilə toydan getdi...

... O, çox istedadlı adam idi. Sadəcə olaraq, reklamı, pul verib televiziyalara çıxmağı sevməzdi. Deyirdi ki, mən müəllimliyi hər şeydən üstün tuturam. Elə ömrünün son anına qədər də müəllimliyi müğənnilikdən üstün tutdu. Çox yox, bir-iki dəfə televiziyada çıxış etsəydi, toy eləyənlər ondan əl çəkməzdilər. Heç reklam olmamış toy eləyənlər ondan əl çəkmirdilər. O da çox nadir halda yaxın dostlarının, tanışlarının toyunu aparardı. Amma toy aparardı ha! Düz 13-14 saat canlı oxuyardı, xalq, bəstəkar mahnılarını ifa edərdi, yoruldum deməzdi...

Kənddə həm də onu "Ələkbər” deyib çağırardılar. Bu Xanoğlanın ikinci adı idi. Və Xanoğlanın ən böyük və görünən, görünməyən tərəfi onun təmizliyi, sədaqəti, saflığı, duruluğuydu. İnanın, mən onun yerinə Qurana əl basardım ki, o heç vaxt hansısa qadının gözəlliyinə, şirinliyinə, puluna susayıb ailəsinə xəyanət etməyib. O, təpədən-dırnağa işıqlı və nurlu ziyalı idi. Xanoğlan Ağayev dünyasını tez dəyişdi. Amma bizim kimi tələbə dostlarının qəlbində özünə əbədi bir sonməyən sevgi qoyub getdi. Onun çox gözəl ailəsi, övladları var. Səhv eləmirəmsə, iki oğlu artıq ali məktəbi bitirib işləyirlər.

... Onun iki qardaşı – Ağamoğlan və Əfsərlə bu gün də dostluq eləyirəm. Çünki bu ailənin, bu nəslin adamları çox sədaqətli, saf və etibarlı insanlardı. Bu günün özündə də Hüseyn kişinin nəvələri onun qoyduğu yolu – insanlıq və kişilik yolunu ləyaqətlə davam etdirirlər.

Əfsər elə bir bayram olmaz ki, mənə zəng vurmasın və bayramımızı təbrik eləməsin. Hər dəfə zəng eləyəndə ilk növbədə babası Hüseyn kişini, nənəsini, babasını, atasını və Xanoğlanı xatırlayırıq. O kişiləri ki, onlar dostluğa, duz-çörəyə hörmətlə yanaşıblar və böyük dəyər veriblər. Atalar deyib ki, su gələn arxa bir də gələr. Bu gün onların ailəsində, evində yenə bərəkət var, ruzi var və insanlara böyük sevgi var. Sevgi və bərəəkt olan yerdə isə həmişə Ulu Yaradanın nəzarəti duyulur. Qoy Allah-Təalanın heç vaxt nəzəri mənim tələbə dostum Xanoğlan Ağayevin ailəsinin, övladlarının və qardaşlarının üstündən əskik olmasın! Qoy Ulu Yaradan həm də onun ruhunu şad eləsin!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK