hacklink Adalet.az | Nəsimiyə toy tutanlar... - Eminquey Adalet.az | Nəsimiyə toy tutanlar... - Eminquey Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nəsimiyə toy tutanlar... - Eminquey

15813    |   2019-01-24 19:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bəyin oğurlanması” filmində Səməndər Rzayev evyvana çıxıb deyir ha, "Bu kino ki var, həm qəlizdir, həm də ki vacib”. Məlum hadisələr də bir toyun ətrafında fırlanır. İndi elə bir vəziyyətə çatmışıq ki, elə bil adamlar Səməndər Rzayevin sözünü "Bu toy ki, var, həm qəlizdir, həm də ki vacib” kimi başa düşüblər. Elə bir toy bazarı yaranıb ki, bu toy bazarına girişmək üçün adamlar nə desən edərlər.

Mən hər şeyə inanardım, bircə bundan başqa.

Bir neçə vaxt bundan qabaq bir hind musiqisi dəbə mindi. Ki, bəllidir, bizimkilər hind mədəniyyətinə özlərindən də çox bağlıdırlar. Mahnının ən pik nöqtəsi "dın,dın,dın,dın” hissəsidir. Bir aralar bu mahnını eşitməkdən qulaqlarımız mazol oldu. Hiss eləmişdim ki, bunun sonunda bir iş var. Kimsə bu mahnının taleyini bizimkiləşdirəcək.

Elə də oldu.

Afət Fərmanqızı adlı bir qadın mahnı oxuyub. Mahnı həmin məşhur hind mahnısıdır. Sözləri kimin olsa yaxşıdır? Meyxanaçının? Yox. Vüqar Əhmədin? Yox. Bəs, kimin? Möhkəm durun, sarsılmayın! İmaməddin Nəsiminin!

Bu sözü yazanda tüklərim biz-biz oldu, dərim soyulmağa başladı.

Hər çirkabdan, bayağılıqdan, tənqiddən uzaq olan Nəsimi, o cür tale yaşayan, şeirlərində o boyda zirvəyə çatan Nəsimi də bu pulgir toy adamlarının oyununa gəldi. Dərisi soyulan Nəsiminin "Sığmazam” qəzəli ilə toy yiyələrinin dərisini soymağa hazırlaşan Afət Fərmanqızı toy psixologiyası kitabı yazsa, əla olar. Çünki biz "Yanıq Kərəmi”ni də bu cür məhv elədik. İndi bir Nəsimi nə olan şeydir ki?! O da bunu gözəl bilir. Bilir ki, toyda bizim qulaqlarımız, beynimiz yox, ayaqlarımız, qarnımız işləyir.

Təsəvvür edin, oynaq ritmdə "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” oxuyur bu qadın. Adamlar da tullanıb-düşür. Bir insan "Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam” sözlərini oxuya-oxuya gülə, eşidə-eşidə necə oynaya bilər axı?

Bu həddə çatmaq üçün nə çəkmək lazımdır?

Özü də hind ritmində, hind!

Özü də "Nəsimi” ilində, Nəsimi!

Hər şeyin bir həddi var axı. "Can cana”, "Rəna”, "Qaynana” kimi bayağı toy mahnıları yazdırmaq, toy tutmaq bundan daha vicdanlı hərəkətdir, inanın. İndi biri də çıxıb Füzulinin hansısa qəzəlini oxusa, nə olacaq?

Sovet senzurası mənə tövləni bənzədir. Elə bil malları illərlə tövlədə saxlayıb qəfil çölə buraxmısan və mallar özlərini itiriblər, hərəkətlərini bilmirlər. Heç bilməzdik ki, dövr gələcək, Sovet senzurasından ötrü qulağımızın ucu göynəyəcək. Bu bayağı adamlara görə senzura tələb edirəm! Bu Nəsimiyə təhqirdir. Belə hallar cəzasız qalsa daha çox davam edəcək.

Çox xahiş edirəm, əlli cür yeməkdən yeyib, bu mahnıya qol qaldırıb oynayandan sonra, bəlli ki, həmin vaxt düşünə bilmirsiniz, evdə əllərinizi qarnınızın üstündən götürüb başınıza söykəyin, bir fikirləşin.

Fikirləşin, görün, bu mahnıya niyə oynadınız. Fikirləşin, görün, dünyaya çıxara biləcəyiniz şairi niyə bu toyxana divarları arasına salıb işgəncə verirsiniz? Fikirləşin, görün, o şahmı qəddar idi, yoxsa siz? 

Bizim üçün "Nəsimi bazarı” bəsdir.

Nəsimi sığmadığı dünyaya, bu mahnını eşidib sonra mən də sığmazam...

Nəsimiyə toy tutan cəmiyyətin içindən Nəsimiylə toy tutan "müğənni"lərə səslənirəm. Xoşbəxt olmağa sərf etdiyiniz vaxtdan bir azca da vicdanlı olmağa xərcləyin!



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-12-10
2019-12-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK