deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | “Bakıda mitinq keçirməyə icazə verilməməsi üçün vəsatət qaldıracağam” - Paytaxtın polis rəisi Adalet.az | “Bakıda mitinq keçirməyə icazə verilməməsi üçün vəsatət qaldıracağam” - Paytaxtın polis rəisi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Bakıda mitinq keçirməyə icazə verilməməsi üçün vəsatət qaldıracağam” - Paytaxtın polis rəisi

23381    |   2019-01-22 10:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi son günlər paytaxtda baş verənlərə münasibət bildirib.

Adalet.az Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun AXCP sədri Əli Kərimlinin iddiaları ilə bağlı "Report"a verdiyi müsahibəni oxuculara təqdim edir.


- Cənab general, özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun keçirdiyi son mitinqdən sonra əsas təşkilatçılardan olan AXCP sədri Əli Kərimli müsahibə verərək hakimiyyət orqanlarının guya qorxuya düşdüklərini və buna görə də polis naryadlarının paytaxtın hər yerində səfərbər olduğunu iddia edir. Onun bu fikirlərinə Sizin münasibətiniz necədir?

- AXCP sədri və onun tərəfdarları keçirdikləri son mitinqdən sonra eyforiyaya qapılaraq və reallıq hissini itirərək xalqın adından danışmaq səlahiyyətlərini üzərlərinə götürüb hakimiyyət orqanları ilə ultimativ tonda, şantaj dili ilə danışmağa çalışırlar. Vaxtilə on aylıq hakimiyyətləri dövründə AXCP-Müsavat cütlüyünün aparıcı funksionerlərindən olan Əli Kərimlinin və digərlərinin siyasi səriştəsizliyi, təcrübəsizliyi və səbatsızlığı nəticəsində verdikləri yanlış qərarların doğurduğu fəsadların əziyyətini xalqımız bu gün də çəkir. Buna baxmayaraq, həmişə haqqdan, ədalətdən, obyektivlikdən, demokratiyadan dəm vuran, guya insan hüquqlarının pozulmasından danışan, hamıya qanunun aliliyindən dərs keçməyə çalışan Əli Kərimli iqtidarda olarkən vətəndaşlarımızı fəlakətə düçar etdiklərinə görə özündə indiyədək mənəvi güc və cəsarət tapıb xalqdan üzr istəməyib.

Xalqımızın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyev məhz Əli Kərimli və digərlərinin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə yaranmış xaos, anarxiya və cəzasızlıq mühitinin qarşısının alınması üçün çox böyük səylər göstərdi. Ümummilli liderin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq bərpa edildi, insan hüquq və azadlıqları etibarlı şəkildə təmin olundu.

İndi hakimiyyəti mitinqdən qorxmaqda və polisi ölkə paytaxtında guya mitinqçilərə qarşı səfərbər olmaqda günahlandıran Əli Kərimli və onun tərəfdarları bilməlidirlər ki, Azərbaycan dövləti, hüquq-mühafizə orqanları hər zaman öz vətəndaşının yanında olub, onun təhlükəsizliyini, əmin-amanlığını, hüquq və mənafelərini hər cür qanunsuz hərəkətlərdən qoruyub və bundan sonra da qoruyacaqdır.

Bu gün paytaxtda həyata keçirdiyimiz qabaqlayıcı-profilaktiki və əməliyyat xarakterli tədbirlərdə də əsas məqsəd günü-gündən gözəlləşən, dünyanın təhlükəsiz şəhərlərindən birinə çevrilmiş paytaxtımızın sakinlərinin həyatını, sağlamlığını, təhlükəsizliyini, əmin-amanlığını qorumaqdır. Bakı şəhərində sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq, polislə bilərəkdən qarşıdurma yaratmaqla öz antimilli məqsədlərini reallaşdırmaq istəyən müəyyən destruktiv qüvvələrin, o cümlədən, Əli Kərimli və onun tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcəkdir.

- Cənab general, bizdə olan məlumata görə, Milli Şura, yaxın günlərdə yenidən mitinq keçirmək istəyir. Buna Sizin münasibətiniz necədir?

- Sonuncu mitinqlərində, onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam.




İmza:

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

"Azğınlaşmış Ermənistan bizə torpaqlarımızın hərbi yolla azad olunmasından başqa alternativ buraxmır"

Fuad Cəfərli: "Qadın güclü olmasa belə xoşbəxtdir..." - MÜSAHİBƏ

Mircəlal Kazımi: "Orqan transplantasiyası əməliyyatı xəstə üçün..."

Kamal Abdulla: “Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəm” - MÜSAHİBƏ

Azərbaycan vətəndaşlarında sosial-psixoloji güvənlik yaranıb - MÜSAHİBƏ

İlkin Həsəni: "Niyə düşündürücü komediya çəkməliyəm?" - MÜSAHİBƏ

Muradın həbs səbəbi - Xanımı hər şeyi açıqladı

Zahidə Günəş: "Həmin adamın başını kəsərəm" - MÜSAHİBƏ

Orxan Həsəni: "Ədəbiyyatda ulduz olmaq üçün qırmızı kart almağı bacarmaq lazımdır" - MÜSAHİBƏ

Aqil Abbas: "Deputat kütlə içində olmalıdır”

Elektrik enerjisinə tətbiq edilən limitin ləğvi nə vəd edir? - AÇIQLAMA

SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK