deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: HƏR YERDƏ BİR EV Adalet.az | Faiq QİSMƏTOĞLU: HƏR YERDƏ BİR EV Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: HƏR YERDƏ BİR EV

3794    |   2019-01-19 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünya görmüş bir kişi oğlunu yanına çağırıb deyir ki, görürəm böyümüsən, lap saçın da ağarıb. Gərək bu vaxta qədər sənin çox yerdə dostun, evin olaydı. Hələ də gec deyil, get özünə hər yerdə bir ev tik! Oğlan da atasını axıra qədər dinləyir və sonra da dediklərini eləməyə başlayır. Çünki onun atası çox imkanlı, pullu adam olur. Oğlan hər kənddə, hər qəsəbədə, hər yerdə özünə çox yaraşıqlı, geniş və işıqlı evlər tikdirir. Evlərə baxan adam məəttəl qalır ki, hər kişi belə topdağıtmaz ev tikdirə bilməz...

... Oğlan günlərin birində atasının yanına qayıdır və deyir ki, ata, sənin dediklərinə əməl elədim. Kişi oğluna qayıdıb bildirir ki, onda gəl gedək məmləkəti gəzib gələk, görüm nə iş görmüsən. Ata-oğul çıxırlar məmləkətə, o kəndə gedirlər, bu qəsəbəyə gedirlər, kişi baxır ki, oğlu hər yanda yaraşıqlı bir ev tikdirib. Evləri görən kişinin qanı qaralır, qaş-qabağı yer süpürür. Oğlu bunu görəndə təəccüblənir. Deyir ki, ata, qanın niyə qaraldı? Demişdin ev tik, mən də sənin nəsihətinə qulaq asıb hər yanda bir ev tikdim. Bunun nəyi pisdi?! Ata dillənir:

- Mən sənən belə ev tikməyi deməmişdim. Bu evlər nə vaxtsa baxımsızlıq üzündən uçulub dağılacaq. Mən sənə demişdim ki, etibarlı dostun olsun ki, o evdən daha qiymətlidir.

Oğlan barmağını dişləyir və səhv etdiyini anlayır. Yaxşı dostu olan, etibarlı yoldaşı olan insan üçün elə hər tərəfdə bir ev tikmək kimi bir şeydi. Xalq şairi Hüseyn Arif çox duzlu və yumorlu insan idi. Bir gün rayona gedir, camaat onu hörmət-izzətlə qarşılayır. Deyirlər ki, Hüseyn qağa, nə vaxta qədər onun-bunun evində qalacaqsan? Gəl sənə köməkləşib bir ev tikək gələndə ailə-uşağınla orda gecələ. Bir neçə gündən sonra hərə bir köməklik eləyir: biri daş gətirir, biri qum gətirir, biri taxta gətirir, biri sement gətirir, biri şifer gətirir. Ustalar da toplaşır, bir neçə ayın içində böyük şairə ev tikirlər. Şair də o evi görüb çox sevinir və deyir ki, camaat mənə ev tikib. Hər dəfə gələndə o evdə qalır. Elə olur ki, bir neçə il evinə gedə bilmir. Müəyyən müddətdən sonra gəlib görür ki, evin pəncərəsi, qapısı, döşəməsi yerində yoxdu. Heç Hüseyn qağa buna təəccüblənmir. Deyir ki, buna da min şükür! Onların hamısını camaat gətirmişdi, sonra da götürüb aparıblar. Elə hamısından yaxşı qazandığım dostların evində qalmaqdı. O evləri heç vaxt dağıtmaq və sökmək olmaz...

Mənim Təbrizdən çox etibarlı bir dostum var: Məhəmmədrza. O qədər halal və təmiz adamdı ki, heç vaxt elədiyi yaxşılığın əvəzini gözləyən deyil. Deyir ki, mən yaxşılığı kiməsə görə eləmirəm, axirətim üçün görürəm. Bakıdan, Bərdədən, Füzulidən o qədər adam onun yanına gedib. O da bacardığı yaxşılığı təmənnasız eləyib. Özü də deyir ki, əgər bir yaxşılığı eləyirsənsə, o Həccə getmək kimi bir şeydi. Mən o işi çoxdan eləmişəm. Məhəmmədrzanın mənim də boynumda çox böyük haqqı var. Bilmirəm, onu qaytara biləcəm, ya yox?!

Sözümün canı odur ki, bu yaxınlarda Məhəmmədrza Bakıya gəlmişdi. Onu da deyim ki, həyat yoldaşı Bərdədəndi. Nə başınızı ağrıdım, Məhəmmədrzanı qonaq eləmək üçün yaxşılıq elədiyi adamlar növbəyə durmuşdu. Çox çətinliklə bu növbə bizə də çatdı. Mənim də evimdə cəmi-çümmlətanı mamam oğlu Tehranla 2-3 saat oldu. Sonra da yüz dəfə məndən üzr istəyib icazə alaraq başqa bir yerə qonaq gedəcəyini bildirdi. Dedi ki, müəllim, mənim Bakıda 50 yerdə evim var. Hələ rayonları demirəm ha! O dostları sədaqətim və etibarım hesabına qazanmışam. Çox xahiş elədim ki, axşam bizdə qalsın. Ancaq and-aman eləyib bildirdi ki, sizdən sonra dörd dosta dəyəcəm və axşam da 28 Mayda dostumun mənə verdiyi evdə qalacam. İstəmirəm kiməsə yük olum. O evdə gecələyib, sabah da 3-4 dostuma dəyəcəm çörək yeyəcəyik, ondan sonra Bərdəyə gedəcəm,

Məhəmmədrza gülə-gülə dedi ki, bəhmənlilər məndən küsəcək. Çünki özümü də, ailəmi də qonaq dəvət eləyiblər, ancaq çətin ki, vaxt tapım. Bax, maman oğlu Tehran deyir ki, Bəhmənlidə neçə qohumunuz məni gözləyir. Qapıda qoyun, quzu, hiduşka saxlayıblar ki, mən gedəndə kəssinlər. Vallah, onlara əziyyət vermək istəmirəm...

Təbrizli dostumuz bir neçə gün Bərdədə qalıb. Telefonla da əlaqə yaratdım, dedi müəllim, Bakıya gələ bilməyəcəm, Əminə salam söylə, elə burdan Təbrizə gedəcəm. Mamam oğlu Tehran dünən axşam mənə zəng çaldı, dedi ki, Məhəmmədrazanın telefonu bağlıdı, yəqin vətəninə qayıdıb. Amma qohum-əqrəba onu səbrsizliklə gözləyirdi. Gördüm inciyirlər, dedim ki, darıxmayın, dost-tanışı çoxdu, indi vaxtı yoxdu, gələn dəfə yolu düşəndə gələcək, tay küsüb eləməyin. Qohum-əqrəba da mənim səmimiyyətimə inanıb bir söz demədi. İndi onlar Məhəmmədrzanın Bəhmənliyə gələcəyi günü gözləyirlər...

Bax, əsl evi hər yanda Məhəmmədrza tikib. Qazandığı dostlar onun üçün hər şeydən, hətta evdən qiymətlidi. Çünki qazandığı dostların hamısının evinin qapısı onun üzünə həmişə açıqdı...

Mənim bir dostum da var. Bakıda yeddi yerdə evi tikib, amma gözü doymur. Arvad da hirslənib onu evdən qovub. Gedib kənddə qəşəng bir dənə də ev tikdirib. İndi o evdə kef eləyir. Hələ deyir arvadın acığına birini də tikdirəcəm. Hərənin bir hobbisi var. Onun da hobbisi ev tikməkdi. Dostumuz deyir ki, kimi pul yığıb var-dövlət qazanır, mən də qazandığım pulu sementə, daşa verirəm. Tay bilmirəm bunu düz eləyirəm, ya yox! Bu dostumuz da zəhmətkeş adamdı. Başqaları kimi qazandığını "quşa-muşa” xərcləmir. İndi də bir az torpaq sahəsi götürüb, orda üzüm plantasiyası salıb, kartof əkib və beş-on da qoyun-quzusu var. Deyir ki, gedib çayxanada boş vaxt keçirənə qədər düşmüşəm bu qoyun-quzunun dalına. Tay köhnə sənətdən pul qazanmaq mümkün deyil. Allah bərəkət versin torpağa, bir də qoyun-quzuya...

... Hər yanda bir dostun, bir etibarlı sirdaşın olması çox böyük xoşbəxtlikdi. Gərək dost da dost ola da. Tay sənin var-dövlətinə, puluna görə dostluq eləməyə. Dostun da olanda Məhəmməqrza kimi dostun ola: namuslu, şərəfli, dünya malında gözü olmayan və elədiyi yaxşılığın əvəzini ummayan! Onsuz da bu cür saf, təmiz, kamil insanlara Allah öz mükafatını verir. Allahın verdiyi mükafatdan qiymətli heç bir var-dövlət yoxdur...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK