Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Tanınmış karikaturist: Dindarlardan hədə-qorxu mesajları alırıq... - MÜSAHİBƏ Adalet.az | Tanınmış karikaturist: Dindarlardan hədə-qorxu mesajları alırıq... - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Tanınmış karikaturist: Dindarlardan hədə-qorxu mesajları alırıq... - MÜSAHİBƏ

38894    |   2019-01-17 17:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az kirpi.info-nun əməkdaşı, karikaturist Şəhriyar Sarıca ilə müsahibəni təqdim edir.


-Sizi daha çox sosial şəbəkələrdə, karikaturalarınızla tanımışıq. Özünüz haqda məlumat verərsiniz...

-Cəlilabad rayonunun ən ucqar kəndində doğulmuşam. Universitetə qəbul olandan sonra həyatıma paytaxtda davam etmişəm. 33 yaşım var.

-Şəhriyar bəy səhv etmirəmsə ixtisasınız inşaatdır. Karikatura sahəsinə marağınız hardan gəlir?

-Bəli, İnşaat Fakültəsini bitirmişəm. 5 il əvvələ qədər də inşaatçı olaraq fəaliyyət göstərirdim. O dövrə qədər bir dəfə də olsa nəinki karikatura, heç yarpaq şəkli də çəkməmişdim. Ancaq qarşıma çıxan bütün karikaturaları maraqla həmişə oxumuşam. Günlərin bir günü düşündüm ki, bəs mən niyə çəkmirəm? Bu qərarıma ətrafımdakılar xeyli güldülər də, ciddiyə almayanlar da çox oldu. Əvvəl-əvvəl çəkdiklərim uğursuz olsa da hər dəfə daha yaxşı olduğunun fərqində idim. Elə bu, mənə davam etmək üçün stimul oldu. Qısa müddət sonra bu mənim əsas işimə çevrildi. İnşaatda oxumağımın çizimdə mənə çox köməyi oldu, düz xətlərlə işləməyi bacarırdım.

- İlk karikaturanıza oxucuların münasibəti necə oldu?

- İlk dəfə oxucularla paylaşdığım karikatura onlara görə ilk sayılsa da mənə görə yüzüncü idi. Çünki oxuculara təqdim edə biləcək səviyyədə alınması üçün yüzlərlə vərəq büküb tullamışdım. Sizə deyim, yadımdadır ilk paylaşdığım karikatura yaxşı qarşılanmışdı. İnanmırdılar ki mənim işimdir.

-Kirpi.info-da fəaliyyətiniz nə yerdədi? İşləriniz necə gedir?

- Kirpi.info-da fəliyyətimiz yaxşı davam edir. Hər şey qaydasındadır. Bu arada bu peşəyə yiyələnməyimdə kirpi.info-nun çox böyük rolu olub. Kirpi info-da indi daha çox animasiyaya üstünlük veririk. 

- Daha çox hansı mövzulara müraciət edirsiniz? Cəmiyyətimizdə sizi nələr narahat edir?

-Məni daha çox "qara yumor” cəlb edir. Cəmiyyətimizdəki neqativ hadisələr hamını nə qədər narahat edirsə, məni də bir o qədər narahat edir. Və çalışıram bacardıqca bunları karikatura vasitəsilə gündəmə gətirəm. Mən son dövürlərdə bir neçə yaxın ölkələrə səfərim olub və müqayisə üçün deyim ki, bizim cəmiyyət heç də qonşu ölkələrdən geridə qalmır. Təbii çatışmayan cəhətlərimiz də çoxdur amma bunları düzəltmək də öz əlimizdədir. Qaldı ki neqativ hadisələri karikaturalaşdırmaq düşünürəm ki, qismən də olsa buna nail olmuşam. Qalan məsələlər isə oxucuların ixtiyarındadır.


-Mənə elə gəlir, karikatursit mütləq ki, Azərbaycan ədəbiyyatı klassikasından xəbərdar olsun. Mirzə Cəlil, Haqverdiyev, Molla Nəsrəddin juranlı. Siz necə düşünürsünüz?

- Əlbəttə ki, arxasını kitaba söykəməyən heç bir incəsənət növü bir addım sənətçidən uzağa gedə bilməz. Və məncə Cəlil, Haqverdiyev, Axundov və başqa dahilərimiz Azərbaycan mədəniyyətinin ana sütunlarıdır. Onları tanımayan azərbaycanlı kor azərbaycanlıdı. Qaldı ki, sənət baxımından nəinki Azərbaycan mədəniyyəti eyni zamanda Dünya mədəniyyətini, İncəsənətini də bilmək vacibdir. Mən yaxın günlərdə "Molla Nəsrəddin” jurlanı yenidən vərəqlədim, çox təəssüf ki, bir çox məsələlər yüz il əvvəl necə idirsə elə də qalıb, bir addım da irəli getçəmişik. Jurnal olaraq isə böyük məktəb hesab edirəm.

-Karikatura daha çox siyasi konteks daşıyır yoxsa bu bizə belə gəlir?

- Dünyanın düşünən beyinləri artıq bu düşüncədədir ki, 21-ci əsrdə heç bir sənət heç bir idealogiyaya qulluq etməməlidir. Qaldı ki, karikaturanın hər hansı bir sahədə bıçaq kimi kəskin olmasına səbəb insanların tənbəlliyidir. Digərinin bir köşəlik yazıda ifadə etmək istədiyi bir fikri karikatura bir neçə sözlə və görüntü ilə çatdıra bilir.

-Karikatura yeni incəsənət növü olmasa da, digital dünyaya ən çox və ən tez uyğunlaşan sənətə çevrildi. Sizcə bu yaxşıdı ya pis?

- Tək karikatura yox, başqa sənət növləri də, məcburən dijitallaşmış oldu. Dünşünürəm ki, bu karikatura sahəsi üçün yaxşı əlamətdir. Çünki, mən Bakıda ola-ola dünyanın digər ucundakı karikaturistlərin işlərini izləyə bilirəm. Bu da bizim kimi karikaturaçılar üçün böyük məktəb deməkdir. Ölkədə bu sənətə yeni başlayan gənclərin nə zülümlər çəkdiyini bir bilsəz. Heç bir Unversitetdə, heç bir məktəbdə tədrisi olunmur. Bu üzdən də dijitallaşması bizim xeyrimizədir. Hər halda mən belə düşünürəm.

-Azərbaycan reallığını nəzərə alsaq, bəs karikaturçı rəssamlar bu gün hər hansı bir problemlə üzləşirlər?

- Azərbaycanda karikatura mədəniyyəti qədim olsa da, xalqla arasındakı bağın qırıldığını görürük. İnboxda aldığımız oxucu mesajları bunu göstərir. Azərbaycanda karikatura sözünün nə anlama gəldiyini bilməyən kütlə bilənlərdən dörd dəfə çoxdur. Qaldı ki üzləşdiyimiz problemə, problem çoxdur və çoxuda karikaturanın mahiyyətini başa düşməmələridir. Dindarlar tərəfindən çox hədə-qorxu mesajları alırıq. Maddi durumdan da sıxıntılar olur yeni başlayanlar üçün. Bizdə hələ animasiya və karikatura ilə çoxda işlər görülmür. Xarici ölkələrdə nəinki Tv-i reklamlarında hətta küçə reklamlarını da bu işlə görürlər.

- Karikatura qəhrəmanlarının sizinlə əlaqə saxladığı hal olub?

- Çox olur. (gülür)

- Ən çox populyarlıq qazanan karikaturanız hansıdır?

- İndi yadıma gələnlər " Hacı Leylək”, "Rusiyaya gedən azərbaycanlı”, "Çobandan icazə istəyən qoyun”. Bir də karikatura sayılmasa da, çox diqqət cəlb edən "Sonuncu şam yeməyi”. Siyahını uzada bilərəm.

- Gün ərzində neçə karikatura çəkirsiniz?

- Konkret bir say olmasa da, günə beş karikatura çəkdiyim olub, ancaq bu uğur sayılmır. Çünki məsələ kəmiyyətdə deyil, keyfiyyətdədir. Və karikaturanın mahiyyətindən də çox şey aslıdır. 10 günə çəkilən karikaturada olub.

- Dünya karikatura sənətində sözlü rəsmlər artıq dəbdən düşüb. Amma bizim karikaturçılar hələ də sözlərdən istifadə edir. Sizcə, bizim rəssamlar dünya karikatura sənəti ilə ayaqlaşa bilmir?

-Mən deməzdim sözlü karikatura dəbdən düşüb. Hal-hazırda Norveçdə, Fransada çap olunan dərgilərdə və qulağımızın dibi olan Türkiyədə sözlü karikaturalar çoxluq təşkil edir. Sadəcə sözsüz karikaturaya biraz daha çoxt vaxt ayırmaq gərəkir, fikiri daha aydın izah etməkdən ötrü. Biz isə maliyyə məsələlərimizi bu işdən qazandığımız üçün o qədər vaxt itirməyi zaman itkisi hesab edirəm. Bu gündəlik karikaturalara aiddir. Şəxsi yaradıcılıq isə hərənin öz işidir, kim nə çəkir çəkə bilər. Qaldı ki, bizdə sözlü karikaturaların daha çox uğurlu alınmamağına, burda nə karikaturistin, nə də karikaturanın günahı yoxdur. Bu məsələ dil məsəsləsidir. Bizim dil karikatura dili deyi. Biz dilimizin boynuna qalstuk taxıb oturtmuşuq müdür stolunda, biz onu düşündüyümüz kimi kullana bilmirk. Karikaturada isə heç alınmır. Karikatura dili rəsmiliyi heç sevmir, küçə dilini daha çox sevir, di gəl ki, küçə dilini yaz və paylaş. Adamı peşman edirlər. (gülür)

- Yaxşı bir karikaturaçı olmaq üçün daha çox nə etmək lazımdır: çox oxumaq, çox gəzmək, çox düşünmək?

-Dediklərinizin hamısını, amma ən asas da çox çalışmaq. Ümumiyyətlə mən istedaddan çox əziyyətə inanıram. Əziyyətsiz yaxşı işin olacağına heç vaxt inana bilmərəm.


- Sizcə, karikatura üçün hansı mövzu heç vaxt bitməyəcək?

-Bunu dəqiq deyə bilmərəm. Yəqin ki, digər incəsənət növləri üçün tükənməyən mövzular karikatura üçün də tükənməyəcək.

Söhbətləşdi: Oğuz Ayvaz




İmza:

Samir Mustafayev: Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir

Abutalıbov cibindən Quran çıxarıb dedi ki... - MÜSAHİBƏ

"Cavanşir Yusiflinin yazdıqlarını başa düşmürəm" - MÜSAHİBƏ

Əli Əhmədov: “İstefaya getmək məmurun cəzalandırılması deyil” - MÜSAHİBƏ

Şəfəq Şahməmmədova: Azərbaycan Dillər Universitetinə maraq ildən-ilə artmaqdadır

VAQİF ƏSƏDOV: MƏNZİL BAŞINA SALAMAT ÇATMAQ İSTƏYİRSİNİZSƏ...

“Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...”

Sevqi birlikdən yaranır, birliyə aparır - PSİXOLOQLA SÖHBƏT

Şəhid pilotun xanımı: “Oğlum dedi ki, axı haqsızlıqdır, atamı qoxulamaq istəyirəm...”

Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ

"Məhərrəm hüzn, kədər və matəm ayıdır"

İnsan dünya planetini özü ilə yüksəldə bilər

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK