ANA SƏHİFƏ / YAZARLAR

ÖMRÜM ÖMRÜNÜN DAVAMI...

Mən bu haqqı yaşayıram

52983    |   2013-04-20 08:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxdandır ki, ürəyim qəribə duyğuların, hisslərin əlində qalıb. Nə qədər çalışsam da o duyğuların, o hisslərin əlindən təkcə ürəyimi deyil, bütövlükdə yaxamı da qurtara bilmirəm. Çünki onlar o qədər doğma duyğular, hisslərdi ki, onlardan qurtulmaq üçün bircə yol var: o da özümdən qurtulmaqdır. Təbii ki, özümdən qurtulmağın yolu da təkcə dünyaya əlvida demək deyil, həm də bu dünyada səninlə olan, sənin olan və sənin olduqlarının bununla razılaşmasıdır. Deməli, ən sonuncu hökm, ən sonuncu qərar RUHundu!

Bəli, mən şaman deyiləmg Bəli, mən sufiliyi də əvvəlindən sonuna qədər zərrə-zərrə, yəni bütünlüklə qavramamışam. Özüm bildiyim qədər, özüm anladığım qədər sufi olmuşam. Ona görə də deyəcəklərim sizə qəribə gəlsə də, onu deməyə bilmərəm. Axı mən nə isə yazmaq istəyəndə o yazının təkcə formasını, məzmununu düşünmürəm, həm də o yazını özümün can köynəyimə çevirirəm, onu əynimə geyinirəm. Əgər yazının içində özümü rahat hiss edirəmsə, onda rahatlıq tapıram. Yox, əgər köynək əynimi sıxırsa, deməli yazı istədiyim kimi alınmayıb. Deməli, yazı hardasa mənim deyil, mənim ola bilməyib, ya da mən o yazıya hopmamışam, o yazıya çevrilməmişəmg

Bax, bu təqdim etdiyim son pıçıltıların içərisində demək istədiyim mətləbin üzərinə gəlirəm. Xatırladıram ki, şamanlığı da sevirəm, sufiliyi də. Onlardakı vəhyi özümə daha doğma bilirəm. Çünki o vəhy məni havalandırırg məni yerdən qoparırg məni mənim içimdən alıb mənim olmayan yerlərə aparır. O yerlərə ki, orada yalnız sən varsan. Mən sənə qonaq gəlirəmg mən səninlə danışmaq, səninlə dərdləşmək, sənə olanları çatdırmaq üçün gəlirəm. Bilirəm ki, sən onsuz da bütün bunlardan xəbərdarsan. Çünki sən məndən ayrılıb heç yerə getməmisən, gedə bilməzsən dəg sənin getməyə gücün də çatmazg çünki sən mənim özümsən. Mənim özümsə elə sənəm! Odur ki, bir-birimizdən ayrı qala bilmərik, necə də ki, qalmırıqg

Mən o vəhyin içərisində sənin ruhunu görürəm, sənin ruhuna sarılıram. Və ruhunun istiliyi, hərarəti məni bütün olanları bir-bir xatırlamağa, bütün vərəqləri bir-bir çevirməyə vadar edir. Özüm özümdən xəbərsiz çevirirəm həmin vərəqləri vəg

...Hə, onda əl boyda uşaq idimg onda dünya mənə güllü-çiçəkli, barlı-bərəkətli, bülbül səsli, şeh nəfəsli görünürdü. Elə bilirdim ki, dünya ancaq səndən və məndən ibarətdir. Elə bilirdim ki, özümü uşaq saymağım heç kimin, xüsusilə sənin qəlbinə toxunmayacaq. Axı sən məni nəvazişlə, sevgi ilə öz övladını, öz qızını qoruyan, böyüdən bir varlıq kimi saxlayırdın, böyüdürdün, yaşadırdın. Sən məni dünyanın ən xoşbəxt varlığına çevirmişdin. Ona görə də mənə səndən doğma, səndən əziz, səndən yaxın, səndən güclü, səndən savadlı, səndən qabiliyyətli, səndən şəxsiyyətli, səndən böyük, səndən müdrik bir kimsəni tanımırdım. Sən yaxşıların yaxşısı, sən layiqlilərin layiqlisi idin və mən də yalnız sənin üçün doğulmuşdum!

...Mən əl boyda qızcığaz idim... Atam Məmməd İsa oğlu, anam Səriyyə Həsən qızı 1948-ci il may ayının 10-da Dərələyəz bölgəsində dünyaya gəlişimi ürəkdən qeyd edə bilmədilər. Çünki yurd-yuvamızdan didərgin düşdük. Dadını-tamını bildiyimiz, havasını, suyunu qanımıza, canımıza hopdurduğumuz qaim - qədim ellərimizdən Şimali Azərbaycana, onun Muğan bölgəsinin bir parçası olan Saatlı rayonuna pənah gətirdik. Mən burda o əl boyda qızcığazın uşaqlığını yaşadım. 6 yaşında orta məktəbə ayaq basdım. Yaşıdlarımdan fərqli olaraq Ana sözünü, Vətən sözünü rus dilində yazası oldum. Çünki rus bölməsində təhsil alırdımg

...Mən əl boyda qızcığaz idim. Oxuduğum məktəbdə də bəxtim gətirmədi. Saatlıda yaşayan ruslar köçüb getdikləri üçün məktəbin rus bölməsi fəaliyyətini dayandırdı. Atam məcbur olub məni o vaxtkı Xanlar, indiki Samux şəhərinə apardı. Qohumların himayəsində orta məktəbi başa vurdumg

...Mən əl boyda qızcığaz idim. Samuxdan Saatlıya qayıdıb valideynlərimin xeyir-duasını almaq, təhsilimi davam etdirmək istəyirdim. Birdən səninlə qarşılaşdımg Birdən elə bil ki, kimsə mənim ürəyimdəki həmin o oxumaq arzumu, istəyimi ovcuna götürdü. Bir əlinin içində saxlayıb, ikinci əli ilə də ürəyimin o boşalmış yerinə sənin sevgini qoydug Nağıllarda olduğu kimi, sanki birdən-birə ömrümün sirdaşı, ömrümün ikinci parası, cismimin ikinci yarısı mənimlə üz-üzə dayandı. Nə edəcəyimi, nə deyəcəyimi qərarlaşdıra bilmədim. Çünki mənim əvəzimə də sən danışdın, sən qərar verdin. Tək bircə kəlmə dedin:

- Sona, narahat olma, ailə quraq, özüm səni oxudacam!

Bəli, mənim əvəzimə elə mənim istədiyimi dedin. Sən də öz dediyindən dönə bilmədin, dönməyə gücün də çatmadı, heç bu barədə fikirləşmədin də. Oxumaq üçün xeyir-dua almağa gəlmişdim. Onunla qovuşmağımın xeyir-duasını aldım. Adımız qoşalaşdı: - Sona və Çərkəz!

Mən sözünü tutdum. Elə sən də sözünü tutdun. 1966-cı ilin payızında Saatlıda bir toy çalındı. Yenə nağıllarda olduğu kimi bu toyun səs-sorağı hər tərəfə yayıldı. Pərən-pərən düşmüş həmyerlilərimiz, doğmalarımız toy evinə üz tutdu. Valideynlərimizə göz aydınlığı verib bizə Tanrıdan xoşbəxtlik dilədilər. Doğrudan da biz xoşbəxt olduq. Bunu ilk dəfə sən sözünü tutan gün hiss etdim. Çünki sən demişdin ki, "Sona, səni özüm oxudacam". Özün də qoluma girib məni o vaxtkı M.F.Axundov adına Dillər İnstitutuna gətirdin. Sənədlərimi verib rus dili və ədəbiyyatı fakültəsinə qəbul olundum. Bu sevincin ardınca, yəni beş ay sonra ilk övladımız dünyaya gəldi. İkimiz bir damın altında, bu böyük Bakı şəhərində işlədik, oxuduq, uşaq böyütdük. Tələbə ananın qayğıları başdan aşanda böyük bir elm ocağında dərs deyən, tanınan, sayılan, xatiri əziz tutulan ata ona yardımçı oldug körpənin beşiyinin yanında oturdug yüyrüyünü yellətdi. Beləcə, bir ailə möhkəmləndig beləcə övladlar böyüdü.

Mən bir söz adamı kimi, bir yazı-pozuya könül vermiş insan kimi oxuyub, artıq az da olsa məzmunundan xəbərdar olduğunuz yazımın ilk hissəsini vəhylə yazdım - Sona xanımın dilindən yazdım...

Bu vəhyi də mənə təkcə öz xatirələrim gətirmədi, bu vəhyi mənə həm də nə vaxtdan bəri stolumun üstündə olan "Bəxtimə düşən dünya" adlı məktublar toplusu bağışladı. Mən o məktubların təkcə imzalarını gözdən keçirəndə öz müəllimlərimin nə qədər böyük, əzəmətli, namuslu, vicdanlı, həm də işıqlı və əsl azərbaycanlı olduqlarını sanki bütün çılpaqlığı ilə yenidən kəşf etdim. Tam səmimi deyirəm, bu məktublar toplusuna qədər Çərkəz müəllimi, Sona xanımı yalnız universitet dəhlizlərində, auditoriyalarda gördüyüm kimi yadımda saxlamışdım, yaddaşıma köçürmüşdüm. Amma məktublar toplusunu oxuduqca onları daha fərqli, daha müxtəlif prizmalardan gördüm və hər iki əziz müəllimimin barəsində bu qədər az bildiyimə görə həqiqətən üzüldüm! Elə ona görə də həmin topludakı bir-birindən səmimi fikirlərin işığına bürünüb yenidən onlara üz çevirdim. Köməyimə Azərbaycanın tanınmış söz, sənət adamlarının, mətbuat işçilərinin, ziyalılarının fikirləri, pıçıltıları çatdı. Xalq şairi Bəxtiyar Vahabzadənin, görkəmli alimlərimiz Tofiq Hacıyevin, Nizami Cəfərovun, millət vəkili Rəbiyyət Aslanovanın, professor Kamil Vəli Nərimanoğlunun, Mehriban Vəzirin, Telli Pənahqızının, Nüsrət Kəsəmənlinin və daha neçə-neçə dəyərli insanların Sona xanıma ünvanlanmış kövrək və ürəkdən gələn işıqlı fikirləri məni də qoynuna aldı. Həmin o işığın altında Sona xanımın mənə bağışladığı kitabdakı şəkilləri də bir-bir gözədən keçirdim. Baxdığım şəkillərin yaratdığı ovqatı ifadə etmək mənim üçün çətindir. Çünki bu şəkillərin hər biri təkcə ömrün bir anı deyil. Bu şəkillərin hər biri həm də bir ömrün silsiləsidir, zəncirvari şəkildə uzanıb gedir. Və o şəkillər özü ilə birlikdə Çərkəz müəllimi, Sona xanımı tanıyan hər kəsi götürüb aparır - uşaqlıq illərinə, tələbəlik illərinə, universitet illərinə, evdə böyüyən körpələrin qığıltısına, bir sözlə, 1994-cü ilin iyun ayının 3-nə qədər yaşanmış ən doğma günlərə, aylara, illərə qədər.

Düşünməyin ki, ömür qısa olub, xoşbəxtlik barmaqsayı günlərdə yaşanıb. Yox, mən sizinlə razılaşmıram. Çünki mənim tanıdığım Çəkəz müəllimlə Sona xanımın birlikdə olduqları günlərin hər biri gecəli-gündüzlü təkcə 24 saata bərabər deyildi. O günlərin hər biri mənim inancıma görə ən azı 50 il, 100 ilə bərabər idi. Çünki həmin günlər başdan-başa sevgiyə, məhəbbətə, etibara, sədaqətə, səmimiyyətə, halallığa, qarşılıqlı inama, bir-birinə güvəncə, bir-birinə dayaq durmağa, bir-birinin olmağa həsr olunmuşdu. Deməli, bütün bunları həmin günün dəqiqələrinə, saatlarına vuranda görün zamanın ölçüsü nə boyda olur.

Deməli, rəhmətlik Çərkəz müəllim bu dünyada bir müəllim, bir alim kimi sayılıb-seçildiyi kimi, bir şəxsiyyət, bir ömür-gün yoldaşı kimi də çox şərəfli, çox samballı, çox qiymətli tale payı yaşayıb. Özü də hamının həsəd aparacağı tale payı!

Deməli, Sona xanım bu dünyada təkcə müəllim, alim, yazar kimi yox, həm də bir qadın, bir ana kimi də dünyanın ən böyük sevgisinə, etibarına, sədaqətinə, səmimiyyətinə sahib olub. Bax, bu cütlüyün, bu qoşa qanadın birgə həyatları sözün bütün mənalarında həm gözəl bir sevgi dastanı, həm gözəl bir ailə nümunəsi, həm gözəl bir ziyalı ocağı, həm də gözəl bir sədaqət rəmzidir. Bu isə az-az adama nəsib olurg bunu az-az sevənlər yaşaya bilərg bunu Allah ancaq sevdiyi insanlara bəxş edir!

Mən bu yazımı təkcə müəllimliyinə, xanımlığına deyil, həm də bütöv şəxsiyyətinə, dözümünə, sədaqətinə və bir də çəkdiyi ağrıların yükündən sınmadığına görə, böyük ehtiram bəslədiyim dəyərli Sona xanımın ad gününə hədiyyə etmək istəyi ilə qələmə aldım. Bilmirəm necə alındı? Amma inanın ki, bu ailə ilə bağlı yaşantılarımı çox ələdim, yaddaşımın süzgəcindən çox keçirdim. İstədim ki, Çərkəz müəllimin ruhuna, onun Sona müəllimlə birgə yaşayan xatirələrinə bir tələbə ehtiramı ortaya qoyum. Bilmirəm, bacardım, yoxsa yox, amma sonda həmişə könül verdiyim, həmişə özümə sirdaş saydığım, dərdlərimə ünvanladığım bir şeirimi də bu yazıya əlavə edirəm.

Qollarımı açmışam

Dolan, boynuma dərdim!

Canı-dildən deyirəm-

Bəlan boynuma, dərdim!

Üzüyola uşağam

Arx üstündə başağam!

Çox qısnama, çaşaram-

Yalan boynuma dərdim!

Min illərdi köç ötür

Yüyrək ötür, gec ötür!

Sən yaxşını seç, götür-

Qalan boynuma, dərdim!

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK