ANA SƏHİFƏ / YAZARLAR

SİNƏSİ DAĞLI LALƏLƏR

225670    |   2013-04-20 08:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bahar ilıq nəfəsiylə, yaşıllığı, gül-çiçəyi, hətta aramsız yağışıyla ruhu oxşayır. Bu gözəllik içində səs-küydən, problemlərdən uzaqlaşıb, təbiətin qoynuna, sakit bir guşəyə çəkilmək istəyi keçir ürəklərdən.

İşğal olunduqdan sonra geri qaytarılaraq bərpa olunan kəndimizdə yaxınlarımın toy mərasimidir. Başqa vaxt bu, adi bir hadisə kimi qarşılana bilərdi. Amma indi vəziyyət göründüyü kimi deyildi.

Kəndimizin sakinlərinin səksən faizi iri şəhərlərdən, ətraf rayonlardan dəstə-dəstə geri dönüblər. Çoxu kənarda özünə rahat şərait qurmuş olsa da, Vətəndən kənarda yaşaya bilmədiyindən çətin şəraitli kəndimizi üstün tutdular. Yurd həsrətinin acısını dadmayanlar bu ehtiyacı anlamazlar. İçində torpaq təəssübkeşliyi, ulularına, əcdadlarına olan bağlılıq onları bu yurda səslədi. Başqa heç yerdə tapa bilməyəcəkləri daxili rahatlığa, huzura ancaq burada qovuşa biləcəklərini anladıqlarından yurda qayıtdılar. Çox şeylər dəyişsə də, əvvəlki sabitlik pozulsa da, bunları bərpa etmək mümkün olacağını güman edib, qayıtdılar...

Heç nə əvvəlki kimi deyildi. Düşmən hər şeyi yerlə-yeksan etmişdi. Uşaqlıq, gənclik xatirələrimizi süngüylə, tankla, topla silib yox etmişdi. Xatirələri çözmək üçün tutunacaq bir ağac da qalmamışdı...

Kənd yenidən qurulur. İndi ancaq yuxularımızda görə biləcəyimiz, yaxud gözlərimizi yumaraq bu mənzərədən uzaqlaşıb keçmişdə olanları düşünərək, o xatirələrin sorağına düşmək olar. O da ancaq nostalji hisslər, təəssüflər, göz yaşları ilə... Ağsaqqalların, ağbirçəklərin doxsan doqquz faizi yurd həsrətinə dözməyib dünyasını dəyişdi. Müharibədə şəhid olan, itkin düşən oğullarımızın sayəsində cavanlarımızın da sırası pozuldu. Köçkünlük həyatında ətraf rayonların gəncləri ilə ailə quran qızlarımız kəndə dönə bilmədi. Və... "hara sənin üçün rahatdısa, ora vətəndi!", deyənlərin yeri də hər yerdə olduğu kimi, bu kənddə də boş qaldı...

Bunları düşünərək avtomobilin pəncərəsindən bayıra baxıram. Mənzərə içimdəki qüssəni qovur bir anlıq. Bakıdan kəndimizə qədər təbiətin mənzərəsi dəfələrlə gözlərim qarşısında dəyişir. Gah sarı torpaqlı bomboş çöllər, gah qoyun-quzunun ətrafına səpələnərək otladığı yaşıl təpələr, gah da laləli, süsənli otlaqlar bir-birini əvəz edir. Təbiətin möcüzəsinə heyran olmaya bilmirsən - yamyaşıl otların içində qıpqırmızı lalələr necə də gözəl görünür! Quşların cəh-cəhi, günəşin ilıq təbəssümü təbiətə səsləyir - necə deyərlər, ölüb burda qalmaq keçir insanın ürəyindən...

Həmin gün "günəş partlaması"ndan yaranan güclü maqnit qasırğasının məndə yaratdığı başağrısını kəndə çatanadək iynələrin, dərmanların köməyilə özümdən uzaqlaşdırmağa nail ola bilməsəm də, orada qaldığım üç gün ərzində bir dəfə də olsa heç bir ağrını hiss etmədim. Doğulduğun, böyüdüyün, ilk dəfə nəfəs aldığın yerin havası da dərmandı insana. Bunu tibb də təsdiq edir. Və bu təsdiqi o gün bütün mənasında daha dərindən anladım...

Cəbhə zonasındakı kəndimizdə toy mərasimidir. Baxmayaraq ki, iki gün əvvəl toy mağarının qurulduğunu görən düşmən kəndə müxtəlif silahlardan atəş açaraq, əhvalları pozmağa, qoxutmağa çalışıb, amma orada hər kəs öz normal halında idi. Evin kişisi də, qadını da sinif yoldaşlarım olan bir ailənin həyətinə düşən mərmi onların atını yaralasa da, "Qorxmursunuzmu, atın əvəzinə uşaqlar yaralana bilərdi?" sualıma gülümsünərək, cavab verirlər: qorxaqlar Bakıda yaşayır, kəndə dönə bilmirlər - dedilər...Onların canında olan bu yurd sevgisinə heyran qalıram. Və özümlə apardığım qızıma lalə dərmək üçün çıxmağı qadağan etdiyim üçün utanıram.

Nədənsə, lalələr bu il daha çoxdu. Qan rəngli lalələr sanki qan qoxuyan cəbhə zonasının eyibini gizləmək istəyir. Gözəlliyi ilə başqalarına ruh verən, öz sinəsi dağlı olan lalələr... bəlkə deyilənlərdə bir həqiqət var, lalələr doğrudan igidlərin, şəhidlərin qanından yaranıb, qidalanıb, ona görə sinəsi dağlıdı...

Dönərkən kəndimizin qəbiristanlığını ziyarət edirəm. Hər dəfə gedərkən kəndə girməmiş etdiyim ziyarət bu dəfə adətə görə "qəbir üstündən toya getməzlər" nəsihəti üzündən gecikib. Qəbiristanlıqda öz kəndimizin əhalisindən başqa, qaçqın rayonlardan olan çoxlu sakinlərin qəbirləri də var. Buna görə də kənardan kəndi xatırladan qəbiristanlıqda uzun zaman qalmalı oluram. Ulularımız, qohum-əqraba, kəndçilərim, müəllimlərim, bir sözlə burada əksər qəbri ziyarət edirəm. Qəbiristanlıqda insan qəribə hisslər keçirir. Bu səssizliyin, huzurun içində eyni zamanda bir müdriklik, fəlsəfi fikirlər yaranır adamda. Burada dünyanın faniliyini, çalışıb-çapalayıb, yüz dona, min sifətə düşərək var-dövlət, mal-mülk toplamağın mənasızlığını, edilən pisliklərin, özündən səviyyəcə, mənsəbcə aşağılara göstərilən təzyiqin, təkəbbürün yersizliyini və ömrün nə qədər qısa olduğunu anlayırsan. Və indi, qəbirlərin arası ilə addımladıqca qəbir üstə əkilən qızılgülün, yasəmənin və təbiətin xalı kimi döşədiyi yaşıllıqdakı lalələrin, çobanyastığının ətri, gözəlliyi və... səssizliyin harmoniyası ilə ayrılıqların yaratdığı göz yaşları insana bir yüngüllük gətirir.

Yol, toy, həyəcanlı xəbərlər, qəbiristanlıq və yenə yol... Bütün ömrümüz bunlardan ibarət deyilmi...

P.S. Gecə toy evinə kömək üçün gedən kənd sakini Nicat İsgəndərovun qıçını canavar dişlədi. Ona quduzluq iynəsi "yaxşı" məbləğə başa gəldi. Cəbhə zonasında quduz düşmənin və quduz canavarların arasında yaşayanlara hərtərəfli yardım etmək hər bir kəsin - dövlətin, səhiyyənin, icra strukturlarının borcudur.

Fəridə RƏHİMLİ

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK