hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: QARANLIĞA DÜŞƏN İŞIQ Adalet.az | Faiq QİSMƏTOĞLU: QARANLIĞA DÜŞƏN İŞIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: QARANLIĞA DÜŞƏN İŞIQ

Cümhuriyyət qurucuları Rəhman Salmanlı yaradıcılığında

4866    |   2019-01-16 13:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tələbəlik illərindən Rəhman Salmanlını bizdən fərqləndirən bir neçə cəhət vardı. Bu cəhətlərdən biri də onun istedadı və zəhmətkeşliyi idi. Rəhman hələ tələbəlik dövründə tez-tez arxivlərə gedir, axtarışlar aparır və çox şeyi də bizə bildirməzdi. Biz onda müəyyən şeyləri bildik ki, artıq tələbə dostumuz Rəhman Salmanlı cümhuriyyət dövrünün ziyalılarının, şairlərinin və inqilabçılarının üzərinə salınmış qaranlığa işıq tutub. Sonradan zaman-zaman onun araya-ərsəyə gətirdiyi tarixi sənədli oçerklər işıq üzü gördü. Cümhuriyyət şairi kimi tanınan böyük Əhməd Cavadın həyat və yaradıclığını araşdırdı. Bu araşdırmalarla yanaşı, o dövrün istiqlalçıları ilə yaxından oxucuları tanış etdi.

Tədqiqatçı-jurnalist arxivlərdə işlədikcə bu tanışlığın coğrafiyası daha da genişləndi. Və onun cümhuriyyət qurucularından bəhs edən tarixi oçerkləri kitaba çevrildi. "Ramazan oğulları”, "Cümhuriyyət şairi”, "Gizli güllələnən alim” kitabları bax, belə nümunələrdəndir. Rəhman bu kitabları araya-ərsəyə gətirənə qədər çox axtarışlar aparıb, çox əziyyətlər çəkib və axırda da istəyinə nail olub. Yəni Azərbaycan oxucusu bir vaxtlar Şura hökuməti tərəfindən ölkənin müstəqilliyini, bütövlüyünü qoruduğuna görə, hər cür şər-böhtan atılan, zindanlara salınan, sonra da günahsız yerə güllələnən böyük ziyalılarını Rəhman Salmanlı kimi tədqiqatçı-jurnalistlərin arxivlərdə uzun illər axtarışından sonra tanıdı. Azərbaycan oxucusu tanıdı ki, Hüseyn Cavidlər, Əhməd Cavadlar, Mikayıl Müşfiqlər "Azərbaycan” deyə-deyə günahsız yerə güllələniblər.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” prezident İlham Əliyev 16 may 2017-ci ildə sərəncam imzalayıb. Həmin sərəncamda deyilir: "... Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı... "


Bəli, həqiqətən də bu gün cümhuriyyət dövrünün əsasını qoyan ziyalılar, siyasətçilər və inqilabçılar ölkəmizdə böyük sevgiylə qarşılanır. Çünki xalq gec-tez əsl həqiqəti bildi. Rəhman Salmanlının bu günlərdə çapdan çıxmış "İstiqlal mücahidləri” kitabı da məhz belə bir tarixi arxiv sənədləri əsasında qələmə alınmış yaddaqalan bir kitabdır. Kitabın redaktoru "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqovdur. Elmi məsləhətçi isə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.

Əvvəlki kitabların elə bu kitab da davamı sayıla bilər. Çünki Rəhman Salmanlı 40 il bundan əvvəl tarixin qaranlıq səhifələrinə tutduğu işığı bu gün də davam etdirib və nəticədə belə bir maraqlı, orijinal və arxiv sənədləri əsasında dəyərli kitab ortaya qoyub.

Kitabın ilk səhifəsində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı dərc edillib. Kitabı vərəqlədikcə bir-birindən maraqlı və tarixi oçerklərlə üzləşirsən. Həmin oçerklərin dil və üslubu, yazı manerası, orijinal yanaşma tərzi məni bir tələbə dostu olaraq çox sevindirir. Hər yazıdan, hər oçerkdən hiss edirsən ki, Rəhmanın qələmi daha da püxtələşib, düşüncə və təfəkkür tərzi elmi əsaslara, tarixi arxivlərə söykənərək məntiqi nəticə çıxarır.

Kitabdakı "Cümhuriyyət zabiti”, "Azadlıq mübarizəsi”, "Abbasqulu bəy Şadlinski”, "Amur-Dərya sahillərində öldürülən azərbaycanlı”, "Millət təəssübkeşi”, "Qazanpapaq Məhəmməd”, "Milli Ordu qurucularının fəalı”, "İki dəfə ölüm düşərgəsinə sürgünə göndərilən ziyalı”, "Mühacir yazar”, "Cümhuriyyət şairi”, "Cahangir Ağazadəni Bakıda güllələdilər”, "Müşfiq ucalığı”, "Unudulmaz Xəlil İbrahim”, "Sürgün adıyla Bakıda güllələndi”, "Ölüm kamerasında "ürəyi dayanan şair””, "İnam bəslədiyi rejimin qurbanı”, "Əksinqilabçı şair”... və digər arxiv sənədləri əsasında qələmə alınan oçerklər sözün həqiqi mənasında bir tarixi yaddaş, bir tarixi həqiqətdir. O tarixi həqiqət ki, onları sovet hökuməti xalq düşməni elan edib və güllələyib.

Rəhmanın qələmə aldığı tarixi şəxslər gün işığı kimidir.

O gün işığının qarşısını qara buludlar nə vaxt alsa da, amma bu gün işığı o buludun arxasından çıxır və dünyanı öz nuruna bələyir. Əhməd Cavad nur işığıdı, Mikayıl Müşfiq nur işığıdı, Cavad Axundov nur işığıdı, Hacıbala Cəbiyev nur işığıdı, Abbasqulu bəy Şadlinski nur işığıdı, Yusif Ziya Talıbzadə nur işığıdı, Qazanpapaq Məhəmməd (Məhəmməd Məmmədhüseyn oğlu) nur işığıdı, Hüsaməddin Tuğac nur işığıdı... Bu gün işıqlarını zindanlara atıblar, güllələyiblər... Ancaq onların ideyasını, düşüncəsini və vətən sevgisini məhv edə bilməyiblər. Elə Rəhman Salmanlı da bu işığı, bu nuru, bu mübarizəni böyük oxucuya çatdırır və onu düşündürür.

Kitabda "Millət təəssübkeşi Qazanpapaq Məhəmməd” sərlövhəli çox maraqlı bir oçerk diqqətimizi cəlb etdi. O Qazanpapaq Məhəmməd ki, ermənilərə qarşı döyüşür və heç vaxt ölümdən, güllədən qorxmur. Gülləni onun alnına sıxsan belə heç vaxt dediyindən dönən deyil. Belə bir qeyrətli igidi, qoçaq insanı həyat sınağa çəkir. Günlərin bir günü Nuru Paşa Azərbaycana gələndə Qazanpapaqla rastlaşır. Kitabda həmin səhnə belə təsvir edilir: "... Bu yığıncaqlarda Qazanpapaq oğlu Məhəmməd də iştirak edirdi. O, bəylərin, dəstəbaşların oturduğu yerdə əlini qaldıraraq söz alır: "Mən sizinlə razıyam. 115-ə yaxın adamla Bərdə, Ağdam, Tərtər rayonları ərazisində bu işləri öz üzərimə götürürəm...

Nuru Paşa çönüb yanında əyləşən Qarxunlu Əşrəf bəyə:

- Yaman ötkəm danışır – deyib, onun kimliyi ilə maraqlanır.

- Qazanpapaq oğlu Məhəmməddir, özü də çox mərddir...”

Qazanpapaq oğlu Məhəmməd həm ermənilərə qarşı döyüşür, həm bolşeviklərlə vuruşur, həm də haqsızlıq eyləyən qaçaqların qarşısına çıxır. Hətta o, bir dəfə Bərdədə Mircəfər Bağırovu ölümdən xilas edir və Şura hökuməti ondan çox istifadə edir. Yəni çox qaçaqlarla danışığa gedir, kənd camaatını qırğından, ölümdən xilas edir. Axırda da elə Mircəfər Bağırovun qurbanı olur. Yəni əməliyyatların birində onu ruslardan və ermənilərdən ibarət olan bolşeviklər güllələyirlər. Milli qüruru, Vətən sevgisiylə Qazanpapaq oğlu Məhəmməd Azərbaycan tarixinə öz şanlı adını yazmağı bacarır.

Rəhman Salmanlının "İstiqlal mücahidləri” kitabını vərəqlədikcə bir daha biz həmin tarixi günlərə qayıdır, hansı haqsızlıqların, ədalətsizliklərin olduğunu görürük. Kimisə qətlə yetirmək olar, kimisə zindana atmaq mümkündür. Ancaq azadlıq ideyalarını və müstəqilliyi heç vaxt öldürmək, güllələmək mümkün deyil. Bu mənada filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlının tarixi sənədlər əsasında qələmə aldığı bu kitabı çox qaranlıqların üstünə işıq salıb və çox həqiqətləri də bu xalqa, bu millətə çatdırıb. Buna görə bir daha istedadlı tələbə dostum Rəhmana bir yağlı "beş” düşür...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK