deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Azərbaycanlı fotoqraf: “ Afrikada ölənləri vəhşi heyvanlara yedizdirirlər” - MÜSAHİBƏ Adalet.az | Azərbaycanlı fotoqraf: “ Afrikada ölənləri vəhşi heyvanlara yedizdirirlər” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Azərbaycanlı fotoqraf: “ Afrikada ölənləri vəhşi heyvanlara yedizdirirlər” - MÜSAHİBƏ

28878    |   2019-01-14 11:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müsahibimiz əvvəllər yalnız özü üçün gəzib, özü üçün fotolar çəkən, daha sonralar gəzib-çəkdiklərinin başqaları üçün də marağlı olduğunu təqrib edib paylaşımlar edən, Afrika ölkələrini iri meqapolislərə heç vaxt dəyişməyən, jurnalistika fakültəsini bitirən, uzun müddət müxtəlif qəzet redaksiyalarında çalışan, hal-hazırda dövlət qulluqçusu olan, Azərbaycan Fotoqraflar Birliyinin üzvü, fotoqrafiyanı, musiqini, səyahəti, kartof qızartmasını, dovğa və hədiyi dünya mətbəxinin ən ünlü yeməyindən də çox sevən biri Arif Ələkbərovdur.

Adalet.az bu müsahibəni sizə təqdim edir.

- Fotoqraflıq sizdə hobbidir, yoxsa əsl sənətiniz?

- Hobbidir. Mənim sənətim, işim başqadır, fotoları isə özüm üçün çəkirdim, sosial şəbəkədə qapalı səhifədə elə dost-tanış üçün paylaşırdım. Elə onların təkidi ilə sonradan sosial şəbəkədə səhifə açıb yayımlamağa başlamışam.

- Fotoqraflığa nə vaxt balamısınız?

- Bir qədər şablon səslənsə də, hələ məktəb yaşlarından yaranıb. O vaxtlar yeni il gecəsi televiziyada Avropa ulduzlarının çıxışları olurdu. Həm musiqiyə, həm də fotoqrafiyaya olan marağımın sintezindən həvəslənərək, elə televizor ekranından o şoulardan kadrları çəkirdim. Təbii ki, o vaxt hələ rəqəmsal fotoaparatlar yox idi. Keyfiyyətləri çox aşağı olsa da, həmin fotoları hazır edib, qürurla məktəb yoldaşlarıma göstərirdim. Elə o zamanlardan bu günə fotoqrafiya mənim üçün sevdiyim, həzz aldığım, ruhən dincəldiyim sahəyə çevrilib.

- Afrikada yaşayan uşaqlarla fotolarınız var...


- Səhifəmdə uşaqların siması olan fotolar çoxluq təşkil edir. Demək olar ki, hamısının da üzündə gülüş var. Çöhrələrində gülüşü yaradan elə onların özləridir. Səbəb isə onların olduqca təbii olmasıdır. Uşaqlar kamera qarşısında heç hazırlıqlı dayanmırlar. Necə var elə, olduqları kimidirlər. Düzdü, kameranı uzaqdan görüb qaçanları da olur, gəlib onun qarşısında poz verənlər də. Amma əksər hallarda təbii kadrlar alınır.

- Afrikada çox güman ki, insanlarla dialoqlarınız olub. Azərbaycanı tanıyırlar oralarda?

- Afrikaya səfər zamanı insanlardan çox, fauna əhlini görürəm deyə birincilərlə ünsiyyətim o qədər də çox olmur. Zənzibarda olarkən özünün də çox maraq göstərdiyinə görə orada yaşayan birisinə elə okean sahilində qumun üzərində xəritə çəkib Azərbaycanın harada yerləşdiyini göstərmişdim.

- O fotoları çəkəndə hər hansısa bir həyati təhlükə yaşamısınız?

- "Safari”yə səfər zamanı riayət olunası bir neçə tələb var ki, onlardan vaz keçilməzsə, təhlükə də bizdən yan ötər. Bu, əgər piyada gəzintisi deyilsə, gəzintiyə çıxdığımız avtomobili tərk etməmək mütləqdir. Hər zaman yadda saxlamaq lazımdır ki, bura zoopark yox, məhz elə canlı vəhşi təbiətdir və bələdçilərdən fərqli olaraq, turist iki addımlığında olan, məsələn, aslanı görməyə bilər. Bu səsəbdən də təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Bəzən avtomobillə deyil, piyada hərəkət etmək imkanı da olur. Məsələn, Uqandada kərgədanlar yaşayan park və ya Tanzaniyanın Aruşa qoruğa (bu qoruqda, əsasən, cütdırnaqlı heyvanlar yaşayır).


- Niyə məhz Afrika?

- Səfərlərim təkcə Afrika ölkələrinə olmayıb. Ancaq Afrikadakı təəssüratlarım digər ölkələrdən çox fərqlənir. Yaxşı mənada. Sözsüz ki, buna səbəb ilk növbədə Afrikanın zəngin faunasıdır. Sözün əsl mənasında, özünü canlı və vəhşi təbiətin qonağı kimi hiss edirsən. Bunu izah etmək yaşamaqla eyni effekti vermir. Bundan başqa da bir sıra səbəblər var. Məsələn, Afrika məişəti, oradakı insanların yaşam tərzi, müxtəlifliyi… Dünyanın digər ölkələrində belə çalarlarla, fərqliliklə rastlaşmaq mümkün deyil.

Yadıma gəlir, hələ uşaq vaxtlarımda Afrika faunası ilə bağlı sənədli filmlərə çox baxırdım. O vaxtdan maraqlı idi mənim üçün. Elə o vaxtdan da beynimdə "Serengeti" sözü həkk olmuşdu. Serengeti Tanzaniyanın ən böyük, ümumilikdə, Afrikanın ən məşhur qoruğudur. Tanzaniyaya işlə əlaqədar uzun müddətə ezam olunmuş dostumun dəvətini alanda hədsiz sevindim və elə ilk səfərim də buradan başladı. Elə onun sayəsində anladım ki, həqiqətən Afrikanı çox sevirəm. Nəticədə belə-belə Afrikaya səfərlərim davamlı oldu.


- Yerli sakinlərin sizə münasibəti necə olur?

- Düzünü desəm, yerli əhali ilə bağlı heç vaxt xoşagəlməz hadisələr yaşamamışam. İnsanlarda çox qəribə bir stereotip formalaşıb. Hamı elə düşünür ki, kimsə Afrikaya gedibsə, o, mütləq kiminsə hücumuna məruz qalmalıdır. Məsələn, hər hansı vəhşi heyvanla bağlı stress keçirməlisən deyə, bir qanun yoxdur. Çünki həqiqətən mənim səyahətlərimin məqsədi getdiyim yerlədə gördüyüm bütün gözəllikləri çəkib paylaşmaqdır. Əsas da öz yaddaşıma həkk etmək. Buna görə də bilə-bilə hər hansı neqativ nəticələrin ola biləcəyi vəziyyətlərdən uzaq olmuşam. Belə şeylər planlarımda olmayıb. Çünki Afrika bunsuz da öz gözəlliklərini insana peşkəş edir.

- Hər yerdə olduğu kimi Afrikada da qəbilələrin öz mentaliteti, adət-ənənəsi var. Gördüyünüz qeyri-adi rituallar olubmu?

- Hər qəbilənin özünün bir başçısı olur. Məsələn, "Massai”lər qəbiləsi. Bu qəbilənin yüzə yaxın üzvü ola bilər. Hamısı bir yerdə, ailə şəklində yaşayır. "Massai” qəbiləsində əsas yük qadınların üzərinə düşür. Hətta qəbilənin köçü zamanı evin əşyalarının daşınması, eləcə də digər ən ağır işləri məhz qadınlar icra edir. Onlara görə ağır işlər qadınların hesab olunur.

Eşitməmiş olmazsız, amma yenə də bir neçə deyilməsi mümkün olan qeyri-adi adətlərini deyə bilərəm. Məsələn, "Massai” qəbiləsində toy bir başqa cür olur. Bizim toylara qətiyyən bənzəmir. Bizim üçün çox əcaib gələ biləcək qayda-qanunları var. Onlardan ən abırlısını deyim, məsələn, toyda cavanlara verilmiş bəxşişlərin hamısı mütləq təzə bəyin anasına çatmalıdır. Yeri gəlmişkən, onu da deyim ki, bizim xanımların toydan sonra ayrı evdə yaşamaq şansları olur. "Massai” qadınlarında isə belə şans olmur. Çünki bəyin anası ömrünün axırına qədər həmin cütlüklə bir yerdə yaşayıb, ailənin xəzinədarı rolunu oynayır.

Keniya və Tanzaniyada yaşayan "Massai” qəbilələri təbiət qüvvələrinə sitayiş edirlər. Qəbilə üzvlərindən dünyasını dəyişən insanlar vəhşi heyvanların qidalanması üçün istifadə olunur. Onlar öldükdən sonra nəşlərini birbaşa savannaya qoyurlar. Burada yalnız uşaqlar adətdən kənar qalır. Onlar hər birimizin bildiyi kimi adi qaydada dəfn olunurlar.

- Heyvanları çəkdiyiniz fotolar nə qədər vaxta ərsəyə gəlir?

- Hamısı anidən çəkilən fotolardır. "Safari”də olduğum zaman bir neçə qoruğu çıxmaq şərti ilə bütün hərəkət yalnız avtomobil vasitəsilə həyata keçirilirdi. Təhlükəsizlik baxımından ərazilərdə əlavə şərait yaratmaq mümkün olmadığı üçün əksər hallarda bir yerdə uzun müddət dayanmaq imkanımız da olmurdu. Buna baxmayaraq, maşından düşməmək şərtilə bir neçə dəqiqəlik istədiyimiz yerdə avtomobili saxlatdıra bilirdik.



- Fotoqraflıq da yaradıcılıqdır. Məsələn, mən həmişə müharibə bölgələrində reportyor olmağı arzulamışam. Elə bir yer varmı ki, oradan da foto çəkmək arzusundasınız?

- Çox istərdim xəyallarımda da canlandırdığım Çinin Tibet vilayəti ilə bağlı geniş fotoreportaj hazırlayım. Yaxın gələcək üçün planımda da var. Nədənsə, o ab-hava ruhuma yaxındır, fotolarından belə rahatlıq tapıram.

- Fotoqraflıqdan başqa nələrə maraqların var. Məsələn, ədəbiyyata filan. Oxuduğunuz hansı kitablar var, müəlliflər var?

- Fotoqrafiyadan başqa mysiqiyə böyük marağım var. Yeri gəlmişkən, 90-cı illərin əvvəllərində, hələ FM radiostansiyaları olmayanda "Molodyoj Azerbaycana" qəzetində çalışdığım zaman oxucu sorğuları əsasında ölkədə ilk hit-paradı aparmışam. Filmlərə, idmana da həvəsim çoxdur. Mütaliəyə son zamanlar vaxt ayıra bilmirəm, sanki yadırğamışa. Elə ilk səhifələrdən yuxu tutur. Sonuncu oxuduğum Xalid Hüseyninin "Çərpələng uçuran"ı olub.




İmza:Eminquey

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

"Azğınlaşmış Ermənistan bizə torpaqlarımızın hərbi yolla azad olunmasından başqa alternativ buraxmır"

Fuad Cəfərli: "Qadın güclü olmasa belə xoşbəxtdir..." - MÜSAHİBƏ

Mircəlal Kazımi: "Orqan transplantasiyası əməliyyatı xəstə üçün..."

Kamal Abdulla: “Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəm” - MÜSAHİBƏ

Azərbaycan vətəndaşlarında sosial-psixoloji güvənlik yaranıb - MÜSAHİBƏ

İlkin Həsəni: "Niyə düşündürücü komediya çəkməliyəm?" - MÜSAHİBƏ

Muradın həbs səbəbi - Xanımı hər şeyi açıqladı

Zahidə Günəş: "Həmin adamın başını kəsərəm" - MÜSAHİBƏ

Orxan Həsəni: "Ədəbiyyatda ulduz olmaq üçün qırmızı kart almağı bacarmaq lazımdır" - MÜSAHİBƏ

Aqil Abbas: "Deputat kütlə içində olmalıdır”

Elektrik enerjisinə tətbiq edilən limitin ləğvi nə vəd edir? - AÇIQLAMA

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK