hacklink Adalet.az | Avtomobil dövrü 2018-də bitdi: Elektromobillər gəlir Adalet.az | Avtomobil dövrü 2018-də bitdi: Elektromobillər gəlir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Avtomobil dövrü 2018-də bitdi: Elektromobillər gəlir

24701    |   2019-01-07 16:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım davam edib.

Bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Ekspert bildirib ki, 2016-ci illə müqayisədə 2017-ci ildə dünyada elektromobillər 70%-ə yaxın artıb:

"2017-ci ilə nisbətən 2018-ci ildə də bu avtomobil bazarında təxminən 70%-lik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 milyona yaxın olub.

Elektromobil inqilabı artıq sərhədlərimizə də gəlib çatıb. Rusiyada 2018-ci ildə elektromobil satışı 72% artıb. Hazırda ABŞ və Kanadada istifadəyə verilmiş 1 elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür. Rusiyada isə 1 elektrik stansiyasına orta hesabla 6 elektromobil düşür. Maraqlısı isə odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb. Halbuki 1-2 il öncə bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı. Bu o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən ən azı 15-20%-ə çatması mümkün olacaq”.

İqtisadçı 2025-ci ildə elektromobillərin qiymətinin ənənəvi avtomobillərdən ucuz olacağını qeyd edib:

"Nəzərə alsaq ki, neft istehlakının az qala yarısı avtomobil sənayesi ilə bağlıdır, o zaman neftə qlobal tələbatı da bu bazarda baş verənlər əhəmiyyətli dərəcədə həll edəcək”.(axar.az)




İmza:
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK