viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ALTMIŞI AŞIRDIM... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ALTMIŞI AŞIRDIM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ALTMIŞI AŞIRDIM...

Onun 28-i mənə güc gəldi

5705    |   2019-01-06 16:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yəqin sizdə də belədi, yola saldığımız və yaxud arxada qalan hər şey üçün bir qəribsəmək hissi yaşayırıq. Yəni mən ömrümün demək olar ki, son illərində daha çox qəribsəməyə başlamışam. Xüsusilə doğulduğum torpaq üçün... dünyasını dəyişmiş dostlarım, doğmalarım üçün... görə bilmədiyim yerlər üçün... əlaqə qura bilmədiyim həmfikirlərim üçün... bir də təbii ki, itirdiyim zaman üçün... Bax, bu mənada dostlardan, doğmalardan, oxuculardan 60 yaşımla bağlı eşitdiyim, aldığım, oxuduğum bütün xoş sözlər məni bir az da çox kövrəldib, məni bir az da çox qəribliyə çəkibdir...

Hələ orta məktəbdə oxuyanda kəndimizdə yaşca özümdən böyüklərə bir qəribə maraqla, nəzərlərlə baxırdım. Düşünürdüm ki, filankəsin 60 yaşı var, 70 yaşı var, 90 yaşı var... Və düşünürdüm ki, bu 60-ı, 70-i, 80-ni necə yaşayıblar, necə yaşamaq olar? İndi həmin o düşüncəmə, o münasibətimə görə, daxilən özümdən utanıram, öz sadəlöhvlüyümə görə özümü qınayıram. Sən demə, yaşamaq olurmuş. Doğrudur, kəndimdə barəsində düşündüyüm adamlar həqiqətən yaşayıblar o illəri. Mən isə bu 60 ilin düz 28 ilini ağrı-acıyla, xatirələrlə, həsrətlə, nisgillə, necə deyərlər, tikan üstündə yaşadım, daha doğrusu, mövcud oldum. Çünki gözümü açanda gördüklərimin hamısından uzaq düşdüm. Özü də könüllü yox, silah gücünə... yaralarımdan qan axa-axa... Və indi bütün bunları düşünə-düşünə 60-ın necə gəlib keçdiyindən xəbərsizəm deyə bilmirəm. Çünki dediyim həmin zaman kəsiyi səhəri mənə kipriklərimlə açmaq, gecəni dağı arana daşımaq işgəncəsi yaşadıbdı. Hətta elə anlar olub ki, "bu gün sondu, bu gün hər şey bitər!” – deyə düşünmüşəm. Lakin Tanrı iradəsi hər şeydən və hər kəsdən güclü olduğuna görə, mənim çıxardığım qərar, mənim inandığım nəticə havada qalıbdı...

Və mən indi bu 60 yaşın notları üzərində nə qədər özümü kökləsəm də 60-ın içərisindəki 28 daha güclüdür. Onun səsi daha bərk çıxır... onun ötkəmliyi daha çox hiss olunur. Ona görə də:

İndi

əlim çənədə,

gözlərim pəncərədə,

xəyalım uzaqlarda...

səhərdən

çıxıb getmişəm

lap yaxşı etmişəm –

bu şəhərdən...

Tuğdayam

qurşağa qədər

qarın içində -

dağdayam...

istəyirəm

qar kimi

xışmalayam zamanı...

saxlayam

barmaqlarımın arasında!

İstəyirəm qayalardan sallaşan

buz sırasında

yer tutmaq,

unudulmaq

səndən başqa

hamını!

Amma

bir Allah görür

bir də sən

harda olduğumu

bu qarın içində

hıçqırıqlara boğulduğumu...

... şəhərdə

əslində

dörd divardan ibarət

dibçəkdə yaşamaq

mövcud olmaqdı...

Tuğda –

qurşağa qədər

qarın içində

buz-daş olmaq

yaşamaqdı, yaşamaq...

İndi əl çənədə

göz pəncərədə

ad günümdə

süfrə başında

oturub

geri qayıtmağımı

gözləyir

sakitcə uşaqlarım

hələ də...


***

Yeni ilin birinci həftəsi başa çatdı. Əslində bu təqvim dəyişməyidi. Yenə həmin işləri görürük... yenə həmin yollardan keçib gedirik... yenə əlimizdə bazar zənbili, meyvə- tərəvəz köşkünə, çörək dükanına üz tuturuq... Deyəcəksiniz ki, min illərdi bu belədi, belə də olacaq. Amma səbrli olsanız, mənim də, sizin də bildiyiniz həmin o gerçəyə iynə ucu boyda bir əlavə edərdim. Deyərdim ki, min illərin həqiqətinin zamana, cəmiyyətə uyğunlaşması bizə belə bir fikir söyləmək imkanı verir ki, guya heç nə dəyişməyib tarixin təqvim səhifəsindən başqa. Yox, gəlin razılaşaq ki, bu təqvim əhvalımızda da, səhhətimizdə də, lap elə bazar zənbilimizdə də özünü göstərir. Sadəcə, biz eyni harmoniyanın, eyni hadisələrin içərisində yaşadığımızdan bunu hiss etmirik, ya da hiss etmək istəmirik. Bax, ona görə də biz hər birimiz ayrı-ayrılıqda və yaxud toplum halında "nə dəyişib?” sualını etinasızlıqla qarşılayır və yola da veririk... Bütün bu dediklərimi, bu yazdıqlarımı özüm-özümə bir sual olaraq zaman-zaman ünvanlamışam. 60 yaşın tamamında isə onu daha kəskin bir şəkildə özümə tuşladım. Və onda birmənalı şəkildə dərk etdim ki, sən demə, təqvimlərin yuvarlaq olan məqamları, yəni onun insana ötürülməsi həmişə düşündürücü məqamlar qoyur qarşıya. Bax, şəxsən mən 60 illiklə bağlı qurduğum xəyalı, etdiyim duaları, yaşadıqlarımı, gözləntilərimi və bütövlükdə mənə olan münasibəti məhz bu zaman kəsiyində, məhz bu doğum günündə yetərincə gördüm, duydum, yaşadım. Çevrəmdə olanların çevrəsində olduğunu və yaxud olmadığını da gördüm. Diqqət, sevgi yönəltdiyim kəslərin mənə diqqət və sevgilərin olub-olmadıqlarını da aydınlaşdırdım. Ümumiyyətlə, dayandığım müstəvidə cəmiyyət üçün, ailəm üçün, dostlarım üçün, Allah üçün, həm də sənin üçün kim olduğumu dərk etdim. Gördüm və qəbul etdim ki, mənim bu məmləkətdə, bu cəmiyyətdə, bu camiyədə, bu kollektivdə yerim hardadı... mənə olan münasibətin olçüsü nə qədərdi... və ümumiyyətlə, mən bu dediklərim üçün kiməm?! Hər halda, sualın və yaxud da fikrin yozumu hər kəsin öz ixtiyarındadı. Mən tam mənada anladığım isə odur ki, iki ayağın ola-ola bir ayağımın üstündə dayanmaq həm özünün özünə, həm də səni bu formaya, bu şəklə salanlara acı bir gülüşündü, istehzandı. Sən demə, bu həyatın ən böyük mükafatı elə onun istehzası imiş. Ona görə də ilin ilk şeirini yazanda ağlıma bu fikir gəldi.


Bu da bir bəlli tarix –

Bu da dincəldiyim yer...

İllərin ayrıldığı –

Mənim incəldiyim yer...


Arxada çox xatirə

Kim yaza, kim bitirə...

Məni çətin gətirə -

Başda cin gəldiyim yer...


Sevgim haqq verən zülüm

Soyumayıb hələ külüm...

Saxlayan deyil, gülüm –

Mənlə kin gəldiyim yer...


Bəli, həyatın gerçək üzü heç nəyin geri dönməyəcəyidi. Hətta çayın qarşısını kəsib öncədən axmış suları üzü geri qaytarmaq mümkün olmadığı kimi, illəri, ayları, günləri də geri səsləmək mümkünsüzdü. Sadəcə, biz o ötüb gedənləri xatirə şəklində, xatirə biçimində təzələyirik, yeniləyirik. Və hətta hərdən həmin o xatirəni danışanda. gözümüz önünə gətirəndə deyirik ki, "elə bil dünən idi, ağaca dırmaşdığımız, qoyun-quzu dalınca qaçdığımız, dağ çayında çimdiyimiz günlər...”. Dilimizdəki "elə bil” sözü həm təsəllidi, həm də təəssüf. Bununla özümüzü ovuduruq... bununla dünənimizdən möhkəm-möhkəm yapışırıq... Və elə bilirik ki, bunu tutub saxlayacağıq. Amma...

Hər kəsə bəllidir ki, bu günün real mənzərəsi iqtisadi və sosial problemlərdi. Biz o qədər bu problemlə yüklənirik ki, mənəvi aşınmamız hiss olunmur. Bizə elə gəlir ki, hər şey yerindədi. Sadəcə çatmayan maddi ehtiyaclardı. Amma...

Amma düşdüyümüz şərait, qarşılaşdığım həmsöhbətlər bəzən səviyyə baxımından maddiyyatı üstələyə bilir. Və onda maddiyyat uğrunda çarpışmamızdan sıxılırıq, özümüzü qınayırıq. Hətta nələri unutduğumuzu, nələrdən yan keçdiyimizi yaddaşımıza yazıb onlarla məşğul olacağımızı düşünürük. Təəssüf ki, bu da bir an çəkir... təəssüf ki, yenə çax-çax öz işini görür. Mən də elə bu 60 illik məqamın vərəqlərini çevirdikcə həmin o unutduqlarım, yanından keçdiklərim önündə susdum. Bu da bir növ üzrxahlığım idi özümün-özümdən. Nə isə...

Hə, bütün olanların və yaşananların içərisində hər an mənimlə çiyin-çiyinə dayanan, məni tərk etməyən və daha çox sığındığım hisslər var ki, onları mən özüm də zaman-zaman sözə, misraya çevirmişəm. Və beləcə, dərdimi, sevincimi özümlə, qələmimlə bölüşmək istəmişəm. Hətta 60 yaşımın ilk şeirində də o dərdləri, o qəmləri unutmaq ağlıma gəlməyib. Əksinə, yazmışam ki:


Kədərim dil-dil ötür

Ay bitmədən il ötür...

Elə bil bülbül ötür –

Yaralarımın üstə...


Gözün dibi bulanır

Kipriklərim sulanır...

Dərd ilan tək dolanır –

Yaralarımın üstə...


Haqqa açıq əl uzun

Yoxdu yuyan əl, üzün...

Bir qom bənövşə düzün –

Yaralarımın üstə....


***

Bəli, ilin əvvəli və yaxud da ötən ilin sonu... Bütünlüklə bunları üz-üzə gətirib bir müstəvidə görüşdürəndə ilk ağlıma gələn bu oldu ki, yaşadıqlarım alın yazımdı, taleyimdi. Və mən bu alın yazıma, bu taleyimə əsir düşmüşəm. Onun nazıyla oynamaq, onun yükünü çəkmək boynumun haqqıdı. Və deməli, bu taleyin, bu yazının işığı da, zülməti də qaçılmazdı. Və bir də yaşadığım 60 ilin heç olmasa bir həftəsi, lap elə bir günü insanlığa, ətrafımda olanlara yaxşı nəsə veribsə, deməli, 60-ın alın yazısı olması sevindiricidi.

O ki, qaldı sənə... Sən də düşün ki, bu 60 ilin kinoversiyasının baş qəhrəmanı sənsən. Ona görə də:


Heç kim üçün üzülmə

Ürəyini sev, yaşat...

Mən cəhənnəm yolçusu –

Sən bu gölə bir daş at...


Duyğuların, dincliyin

Ömrünə naxış olsun...

İslandığın - sevincdən –

Çilənən yağış olsun.


Nə qaşların çatılsın

Nə dodağın büzülsün...

Qarşına çaşıb çıxan –

Kədər özü üzülsün...


Tut üzünü Tanrıya

Mələk əllərini aç...

Cənnətə qəlbin boyda –

Sən özün də işıq saç...


Heç kim üçün üzülmə...

Öz dünyanı seç, yaşa!

Ürəyini özünlə -

Götür, başa keç, yaşa!..


Hə, mənim 60 yaşımın oxuculara, "Ədalət”ə nə verdiyini, oxuculara və "Ədalət”ə nə qədər gərəkli olduğumu bilmirəm. Bəlkə də bu barədə düşünməyim də yersizdi. Amma mən əlimi ürəyimin üstünə qoyub deyirəm ki, oxucuları da, "Ədalət”i də çox sevirəm. Qarşı tərəf öz seçimində sərbəstdi...




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK