deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: QUZU Adalet.az | Faiq QİSMƏTOĞLU: QUZU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: QUZU

5647    |   2019-01-05 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Elə bir adam olmaz ki, quzudan xoşu gəlməsin. Yadıma Mirzə Cəlilin "Quzu” hekayəsi düşür. Və o hekayədə çox maraqlı bir səhnə gözümün önünə gəlir: çətin vəziyyətdə dolanan və bütün günü əzab-əziyyət çəkən kəndli bəyin həyətində şənlik olduğunu görüb arıq bir quzusunu götürüb gəlir ora. Bəyin də həyətində çal-çagır, vur-çatlasın! Yəni bəy qarışıq hamı başını itirib. Pulu alır, quzuya da baxan olmur və götürüb gəlir öz evinə. Üç dəfə Qurbanəli bəydən o quzunun pulunu alır.

...Və axırıncı dəfə də o pulu almaq istəyəndə Qurbanəli bəy hirslənir, xəncəri çıxarır və cumur kəndlinin üstünə. Deyir ki, nə quzu? Quzu köpəyoğlu, sən köpəyoğlu, bu dəqiqə xəncəri çıxarıb qarnına soxaram! Yanındakı nökərlər birtəhər onu sakitləşdirir. Kəndli isə yenidən şirin dilini işə salır və bildirir ki, ay bəy, yüz elə quzu sənə qurban olsun. Amma sən quzunun pulunu verməmisən. Düzdür, cibindın bir üçlük çıxardın. Amma mənə yox, kamança çalan Akopa verdin...

Bəy səndirləyib irəli-geri gedir. Və axırda döş cibindən üç manat çıxarıb kəndliyə verir və ucadan deyir: "Bax, verdim ha! Bir də qabağımı kəsmə!”. Kəndli üçüncü dəfə də pulu alıb sevinə-sevinə ailəsinin, külfətinin yanına qayıdır...

Axı, quzudan danışırıq. Biz universitetdə oxuyanda bir müəllimimiz vardı. Allah rəhmət eləsin! Qızlara "quzu balası” deyırdi. Mənim bir qonşum var- Dadaşov, o da işi düşən adamın qabağını kəsir, şirin dilini işə salır və deyir ki, sənə mələməmiş quzu kəsim! Elə ki, həmin adamın əli aşağı oldu, ona kömək eləmədi, qonşum nə əvvəlki "quzu kəsdiyi” adama salam verər, nə də hal-əhval tutar. Kişi zəmanə adamıdı da. Bundan artıq nə gözləmək olar?!

Bir dəfə icra başçılarından biri qonşu rayonun icra başçısına deyir ki, mənə ikiillik bir quzu tap! Bunu da ona görə deyir ki, görsün bu başçı quzu ilə toğlunu tanıyır, yoxsa tanımır. Başçı yaylağa adam göndərir, kəndlərə sifariş eləyir, hamısı da deyir ki, müəllim, quzu var ey, amma ikiillik quzu yoxdur. Başçı da hirslənir və hövsələdən çıxır: "Nətər olur ə, ikiillik quzu yoxdur. O yekəlikdə kişi ağlın itirib? Siz də danışırsınız ki, ikiillik quzu yoxdur”. Yanındakılardan kimsə cürətlənib dillənir: "Müəllim, yəqin kimsə sizlə zarafatlaşıb. Vallah, quzu altı aylıq olar, yeddi aylıq olar, uzaqbaşı doqquz aylıq olar. Tay ikiillik quzu heç vaxt olmaz. O, qartımış, qocalmış qoyun olar”. Başçı daha da hirslənir və deyir ki, bilmirəm, ikiillik quzu gətirin. Axırda o zəng vurub o biri başçıya. Deyir ki, vallah müəllim, quzu var ey, ikiillik quzu yoxdur. O başçı da gülür və deyir: "A kişi, mən səninlə zarafat eləyirdim. Bilmirsən ki, ikiillik quzu olmaz?!”

... İndi bu quzu ki, var, lap matağa minib. Ümumiyyətlə, quzu əti həmişə çətin tapılan olub. Yeni il qabağı da Bakıda quzu ətinin bir kiloqramını 14 manata satırdılar. Bu bahalaşmaya bir çoxları çox qəribə baxır. Ancaq qəribə baxmağa heç bir ehtiyac yoxdur. Bu belə də olmalıydı. Hərçənd ki, Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, bayramla əlaqədar olaraq quzu ətinin qiyməti bahalaşıb. Qəssablar isə başqa cür deyirlər. Məsələn, onlar deyirlər ki, quzu ətinin qiyməti bayramda deyil, bayramdan bir ay qabaq qalxıb.

İndi gəlin, papağımızı qoyub qarşımıza yaxşı-yaxşı düşünək: balam, bu quzu ətinin qiyməti niyə belə kəllə-çarxa çıxıb?! Hələ o biri bayramlarda qiymət daha da qalxacaq. Çünki otlaq sahələri, örüşlər azalıb. Əksər sahələrdə pambıq əkilib. Pambıq əkilibsə, bu bədbəxt oğlu kəndli mal-qoyununu harda otarsın? Belə də olanda əvvəllər örüş sahəsi olanda çoxlu mal-qara saxlayan kənd adamları otlaq sahəsi azaldığına görə, mal-qoyunları ya satırlar, ya da az saxlayırlar. Üstəlik də, yemin və otun qiyməti qalxıb.

Heç kəndlini düşünən yoxdu ey! Kənd Təsərrüfatı Nazirliyinin "islahatları” isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Kəndliyə söz yox, şərait yaratmaq lazımdır. Yəni onların əl-qolunu bağlamaqla, örüşlərini əlindən almaqla hara getmək olar? Vəd verilir, söz deyilir və o vəd də, o söz də elə yerində qalır. Kəndlinin əlindən otlaq sahəsini, örüşü alıb hər tərəfdə pambıq əkəndə elə belə də olacaq...

... Hələ qabaqdan soyuq aylar gəlir. Və soyuq aylarda yemin, otun bir qədər də bahalaşma ehtimalı var. Əgər yem, ot bahalaşacaqsa, deməli, mal, qoyun və quzu əti də qalxacaq. Tay gedib bu kəndlini söyüb-döyməyin və incitməyin nə mənası var? Əgər bir yerdə ki, kəndliyə yaxşı şərait, əlverişli imkan yaradılmırsa, onda hansı ucuzlaşmadan və bolluqdan danışmaq olar. Ucuzlaşma olmaq üçün ilk növbədə bolluq olmalıdır. Və bu bolluqda da istər-istəməz bazara çıxarılan həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların qiyməti ucuz olacaq.

Kim istəməz ki, quzu əti yeməsin?! Quzudan hamının xoşu gəlir. Hətta "Uşaqlığın son gecəsi” filmində ət kombunatında işləyən fəhlə də istəmir ki, o quzunu bıçaq altına göndərsin. Həmin kişi quzunu götürüb verir xanıma. O da xahiş eləyir, dostu ət kombinatından quzunu çıxarır və verir qıza.

"Quzum mənim” deyən şairlər gözəlləri o quzuya bənzədir, ona sığal çəkir, söz qoşur və ən nəhayət, ceyrana, marala, cüyürə bərabər tutur. Quzularsızsa insanlar çox kasıb görünürlər. Hər halda, quzularımız azalıb, qiymətlərsə qalxıb. Allah axırını xeyir eləsin! Təki azalan quzu olsun, qalan işlərimiz düzəlsin. Görəsən, düzələcəkmi?!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK