Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakının sərnişindaşıma sektorunda gözlənilən YENİLİKLƏR Adalet.az | Bakının sərnişindaşıma sektorunda gözlənilən YENİLİKLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Bakının sərnişindaşıma sektorunda gözlənilən YENİLİKLƏR

23225    |   2019-01-04 12:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ümumilikdə 2019-cu il şəhər nəqliyyatının inkişafı baxımından əhəmiyyətli il olacaq. Ötən 3 ildə həyata keçirilən tədbirlər xüsusən də 2018-ci ildə hüquqi bazanın daha təkmilləşdirilməsi ilə bağlı atılan mühüm addımlar belə deməyə əsas verir”.

BunuModern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.


Prezidentin tapşırıqları, BNA-nın gördükləri...


M.Ağayev qeyd edib ki, şəhər nəqliyyatının inkişafı, vətəndaşlarımıza daha müasir nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqət mərkəzində olan məsələlərdəndir:

"Dövlət başçısı tərəfindən bu istiqamətdə BNA qarşısında çox mühüm tapşırıqlar qoyulub. Və elə cənab Prezidentin birbaşa diqqət və qayğısı sayəsində əminliklə deyə bilərik ki, 2019-cu il Bakının nəqliyyat sistemində mühüm dəyişikliklər, yeniliklər ili olacaq. Sərnişindaşıma sahəsində nəzərdə tutulan ən mühüm yenilik 300 ədəd komfortlu və müasir avtobusların nəhayət ki, bu il gətirilərək sərnişinlərimizin istifadəsinə verilməsidir”.

Sınıq-salxaq avtobuslardan canımız qurtarır

Qurum rəsmisinin sözlərinə görə, avtobusların ilk partiyası qarşıdakı aylarda Bakıya gətiriləcək:

"Bir qədər də konkretləşdirsək, avtobusların ilk partiyasının qarşıdakı aylarda paytaxta gətirilməsi planlaşdırılır. Bu avtobusların 280 ədədi 12 metrlik 20-si isə 18 metrlik avtobuslardır. Yeni avtobusların istismara verilməsi eyni zamanda, nağdsız ödəniş sisteminin əhatə dairəsinin bir qədər də genişlənməsi və nəticə etibarı ilə sərnişinlərimizə həm keyfiyyət, həm təhlükəsizlik nöqteyi-nəzərindən müasir standartlara uyğun xidmətin göstərilməsi deməkdir”.

"Xüsusi hərəkət zolaqları salınacaq”

M.Ağayev qeyd edib ki, il ərzində xüsusi hərəkət zolaqlarının çəkilməsi reallaşacaq:

"Marşrut xətlərinin optimallaşdırılması baxımından da mühüm dəyişiklər olacaq. Nəqliyyat Mübadilə Mərkəzlərində müasir infrastrukturun yaradılması da bu il planlaşdırılan tədbirlər sırasındadır. Artıq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində bu işlərə başlanılıb. Sərnişindaşımadan istifadəni stimullaşdırmaq üçün tədbirlərimiz də davam edəcək. Bura xüsusi hərəkət zolaqlarının çəkilişi də daxildir. Məlum olduğu kimi artıq bir neçə küçə və prospektdə bu zolaqlar var. Hazırda bu zolaqların sayının artırılması və onların təyinatı üzrə işləməsi istiqamətində müvafiq qurumlarla iş aparılır”.

Bakının ənənəvi dərdi-tıxaclara çarə tapılacaqmı?...

M.Ağayevin sözlərinə görə, yol hərəkətinin təşkili istiqamətində əvvəlki illərdə başlanılan tədbirlər davam etdiriləcək:

"Bu il də əsas diqqət piyada təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək. Yollarda piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri olan bütün addımlar atılması təmin ediləcək. Pandusların quraşdırılması, qoruyucu tumbaların qoyulması, müxtəlif səviyyəli piyada keçidlərinin təşkili, ən əsas məsələ səkilərdə piyadaların hərəkətinə maneə yaradan halların aradan qaldırılması 2019-cu ildə daha genişləndirilmiş formada davam etdiriləcək. Yol hərəkətinin təşkilindən danışarkən onu da qeyd edim ki, bu il 74 yol kəsişməsi, 11 arterial yolda nəqliyyat şəraitinin yaxşılaşdırılması kimi vacib layihələrin icrası mümkün olacaq. Bu layihələrin icrası şəhər mərkəzində tıxacın aradan qaldırılmasına çox müsbət təsir göstərəcək. İcra ediləcək daha bir mühüm layihə Yusif Səfərov küçəsindən şəhər mərkəzi istiqamətində yeni giriş-çıxış dəhlizlərinin açılması ilə bağlıdır”.

BNA-nin fotokamerasına tuş gəlmək istəmirsinizsə, qaydalara əməl edin

BNA rəsmisi qeyd edib ki, 2019-cu ildə nəzərdə tutulan ən vacib yeniliklərdən biri parklanma yerlərinin idarə olunması ilə bağlıdır:

"Bu sahədə tam yeni bir siyasət, tam yeni bir yanaşma tətbiq olunacaq. Çünki parklanma yerlərinin düzgün idarə olunması şəhər nəqliyyatının ən vacib məqamlarından biridir. Bizim əsas məqsədimiz dayanıqlı proqram təminatına söykənən tam avtomatlaşdırılmış bir sistemin qurulmasına nail olmaqdır. Analoji sistem parklanma, dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tədbirlərin görülməsi işində də tətbiq ediləcək.

Cənab Prezidentin müvafiq Fərmanından irəli gələn tapşırıqların davamı olaraq, xüsusi proqram təminatı olan planşetlər vasitəsi ilə Bakı Nəqliyyat Agentliyi əməkdaşları tərəfindən dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tədbirlərin görülməsi təmin edilib. İnsan faktorunu minimuma endirmək, şəffaflığı təmin etmək məqsədilə tam avtomatlaşdırılmış qanunsuz parklanmaya intellektual nəzarət sistemi yaradılıb. Həmçinin, dövlət başçısının müvafiq fərmanında qeyd edildiyi kimi mərkəzi informasiya sisteminə inteqrasiya təmin edilib. Hazırda sistemin əsas komponenti olan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (kameralar) quraşdırılması işləri isə intensiv şəkildə davam etdirilir. Həmçinin, intellektual nəzarət sistemindəki mövcud kameraların işi daha da təkmilləşdirilir. Məlumat üçün bildiririk ki, artıq sistemə daxil olan kameraların olduğu küçə və prospektlərdə sürücülər nəqliyyat vasitələrini qadağan edilən yerdə park etdikləri zaman bu xəta dərhal qeydə alınır və qayda pozuntusunu təsdiq edən 4 ədəd fotoşəkil çəkilir”.




İmza:

Tovuzda 51 kilometrlik yolun tikintisi yekunlaşır

Yol polisi avtomobilini saz vəziyyətdə saxlamayan sürücülərə növbəti xəbərdarlıq etdi

Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır - SƏBƏB?

DYP-dən ÇƏKƏLƏK xəbərdarlığı

“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - Təhlükəsizlik yastıqlarına görə

Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

BDYPİ yol-patrul xidməti avtomobilinin maketinin tətbiqi ilə bağlı məlumat yayıb

Bəzi maşınların Bakıya girişi məhdudlaşdırılacaq

Salyanda uzunluğu 17.2 km olan avtomobil yolu yenidən qurulur

Texniki baxışa getməyən 100 minə yaxın sürücüyə CƏRİMƏ YAZILDI

İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

Yol polisi "Son zəng"lə bağlı məzunları maarifləndirdi

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK