Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Yeni avtomobil yoluna ad verildi Adalet.az | Yeni avtomobil yoluna ad verildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Yeni avtomobil yoluna ad verildi

18569    |   2019-01-03 17:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakının Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yoluna ad verilib.

Həmin yol "Böyükşor” adlandırılıb.

Küçəyə də eyni ad verilib.

Küçənin adını göstərən lövhələrin quraşdırılması işlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.

Qeyd edək ki, 2018-ci il dekabrın 28-də istifadəyə verilən yol Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğundakı bəndin üzərindən keçir. Yeni yol dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolboyu 16 yol nişanı quraşdırılıb. Yolun əvvəlində və sonunda uzunluqları 320 və 274 metr olan iki tunel də inşa edilib. Tunellərin hərəkət hissəsinin eni 28 metrdir. Tikinti işləri çərçivəsində yeni yolun giriş və çıxış hissələrində qovşaqlar da tikilib. Yol boyunca müasir işıqlandırma sistemi qurulub, dörd avtobus dayanacağı quraşdırılıb.

Yeni avtomobil yolunun inşası nəticəsində sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, avtonəqliyyat vasitələri "20 Yanvar” dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu ilə Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhərinə və bu istiqamətdə yerləşən digər qəsəbələrə, bundan başqa, Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Göradil, Pirşağı qəsəbələrinə rahat hərəkət edəcək. Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə bu istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Bundan başqa, həmin qəsəbələrin sakinlərinə Ziya Bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq.

Qeyd edək ki, yeni yolun açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK