hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: ƏLLİ YAŞ NƏDİR Kİ?! Adalet.az | Faiq QİSMƏTOĞLU: ƏLLİ YAŞ NƏDİR Kİ?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ƏLLİ YAŞ NƏDİR Kİ?!

4785    |   2019-01-03 13:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər yaşın və hər ilin öz gözəlliyi var. Deyirlər ki, gənclik insan ömrünün ən gözəl çağıdır. Bu fikrə heç bir iradımız yoxdur. Həqiqətən də gənclik insan ömrünün elə bir anıdır ki, onu heç nə ilə dəyişmək və əvəz eləmək mümkün deyil. Böyük şair Cabir Novruz gəncliklə bağlı "Cavanlığım” adlı gözəl bir şeir də yazıb. Və bu gözəl şeirə böyük bəstəkar Oqtay Kazımi gözəl də mahnı bəstələyib. Gözəl şeirə və gözəl mahnıya bəstələnmiş musiqini də xalq artisti Zaur Rzayev çox möhtəşəm və təkrarsız ifa edib.

Bayaq dedik axı, insan ömrünün hər anı, hər ili gözəldir. Uşaqlığın öz gözəlliyi var, yeniyetməliyin öz çaları var, gəncliyin bənzərsiz anları olur, orta yaşın və sonrakı illərin də özünəməxsus gözəllikləri var. Və Allah-Təala hər adama, hər insana bu ömrü bəxş eləmir.

Mənim uzun illər dostluq elədiyim çox gözəl bir insan var. O insan harda olubsa, harda çalışıbsa öz səmimiyyəti, sadəliyiylə işlədiyi yerdəki insanların qəlbini ala bilib. Yəni həmin insanlar onu sadəliyinə və səmimiyyətinə görə çox istəyiblər və bu gün də çox istəyirlər.

Qəzetimiz nəşr olunan ilk gündən biz həmişə yol polisinin yanında olmuşuq. Yəni onların reydlərində, tədbirlərində iştirak eləmişik. Düz 20 il bundan əvvəl Yol Patrul Xidməti Alayının 1-ci tağımında olarkən son dərəcə səmimi və sadə bir polis zabitilə tanış oldum. O, 1-ci tağımın ən peşəkar, ən işgüzar zabitlərindən idi. Həmin insan bu gün çiynində polis kapitanı rütbəsini daşıyan Namiq Əzizovdur. O Namiq Əzizov ki, daxili işlər orqanlarında çalışdığı ilk gündən bu günə qədər polis adını və şərəfini həmişə uca tutub. Öz peşəkarlığı, məsuliyyəti və zəhmətkeşliyiylə həmişə seçilib. Dövlətə və dövlətçiliyə sədaqətli olub. Nə az, nə çox, düz 20 ildən artıq 1-ci tağımda çalışıb. Təşkilatçılığı, işi qura bilmək bacarığı ilə digərlərindən fərqlənib. O harda işləyibsə, tapşırılan işə vicdanla yanaşıb və eyni zamanda, rəhbərliyin tövsiyələrini məsuluyyətlə yerinə yetirib.


Elə 20 il bundan əvvəl də bizim onunla dostluğumuzun əsası qoyulub və bu dostluq bu gün də davam edir. Söhbət zamanı bir dəfə danışdı ki, mənim bir həmyerlimlə də yaxın dostdur. Sən demə, bu da mənim qardaşım imiş. Qardaşım Elxanla Namiq müəllim çox yaxındır. Bəzən insanları özləri də bilmədən talelər bir-birinə doğmalaşdırır.

O, Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açıb. Və maraqlıdır ki, Namiq Əzizov zamanından və məklanından asılı olmayaraq, elinin, obasının adına həmişə əməliylə, işiylə hörmət qazandırıb. Onu bir ilə yaxındır ki, Yol Patrul Xidməti Alayının 6-cı tağımına naryad rəhbəri təyin ediblər. Elə ilk gündən burda da tapşırılan işə çox yüksək məsuliyyətlə yanaşıb və tabeliyində olan əməkdaşlar arasında yüksək nizam-intizam yaradıb. Hətta əyləşdiyi kabinetə bir səliqə- səhman və gözəl aura gətirib. Bir sözlə, rəhbərliyin tapşırığını o, zaman-zaman öz əməli işiylə doğrultmağı bacarıb.

Mən 6-cı tağımda reyddə olarkən dəfələrlə naryad rəhbəri, polis kapitanı Namiq Əzizovun necə peşəkar zabit və vətənpərvər insan olmasının şahidi olmuşam. Ağır vəziyyətdə olan və onlardan kömək istəyən hərəkət iştirakçılarını iki daşın arasında həkimlər gələnə qədər onları öz otağına gətirib, ilkin yardım göstərib, hətta qan təyziqi yüksək olan bir kişinin ayaqlarını isti suya da qoydurub. Həkimlər gəlib ilk tibbi yardımı görəndən sonra ona öz təşəkkürünü bildirib və deyiblər ki, xəstəyə həkimə qədər olan bütün yardımları etmisiniz. Həkimlər də həmin xəstəyə lazımi tibbi yardım göstəriblər və o xəstə də özünə gəlib, vəziyyəti yaxşılaşıb. Bundan sonra Namiq müəllim vəziyyəti yaxşılaşmış hərəkət iştirakçısını maşına əyləşdirərək mənzil başına yola salıb.

Onun bu yaxınlarda 50 yaşı tamam olub. Amma heç vaxt ona 50 yaş vermək olmaz. Maşallah, cavan oğlana oxşayır. Yeni ildə zəng edib dostumuzun bayramını təbrik edirdim. Necə oldusa dedi ki, elə komandir də zəng vurub 50 yaşımı təbrik etdi. Sözün düzü, mən də bir qədər karıxdım. Çünki dostumun 50 yaşı olmasından xəbərim olmadığıma görə bir az sıxıldım. Sıxıldığımı hiss edib dedi ki, müəllim, heç də qəm eləmə! Çünki 50 yaşımla bağlı heç kimə bir söz deməmişəm. Və mən də fikirləşdim ki, onun 50 yaşına nə hədiyyə edim?! Düşündüm ki, Namiq Əzizovun çox gözəl ailəsi, tərbiyəli övladları var. Elə onun üçün də ən gözəl hədiyyə tərbiyəli və ağıllı övladdır.

Və bir də fikirləşdim ki, ürəyimdən keçənləri qələmə alım və bu da mənim əziz dostum Namiq müəllimə ən böyük hədiyyəm olsun. Dünyada insan üçün ən böyük var-dövlət və hədiyyə can sağlığıdır. Və qardaşım Namiq müəllimə də belə bir can sağlığı arzulayır, övladlarının toyunu görməyi istəyirik. Və günlərin bir günü desin ki, müəllim, səni oğlumun toyuna çağırıram. Bundan gözəl nə ola bilər?!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK