nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Avtomobillər Azərbaycana asan yolla gətiriləcək - “Yaşıl dəhliz”lə bağlı 5 TƏLƏB Adalet.az | Avtomobillər Azərbaycana asan yolla gətiriləcək - “Yaşıl dəhliz”lə bağlı 5 TƏLƏB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Avtomobillər Azərbaycana asan yolla gətiriləcək - “Yaşıl dəhliz”lə bağlı 5 TƏLƏB

47696    |   2018-12-22 15:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

BakuPost-un məlumatına görə, "Yaşıl dəhliz” əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.

Ticarətin Asanlaşdırılması Mərkəz– xarici ticarət iştirakçılarına daha yüksək xidmət göstərilməsi üçün asanlaşdırılmış gömrük rəsmiləşdirilməsi, logistika və digər xidmətlərin vahid məkanda, əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün müəyyən olunmuş gömrük nəzarəti zonasıdır.

Qaydaya əsasən müəyyənləşdirilmiş 5 tələbin hamısına cavab aşağı risk qrupuna aid şəxs idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər. Bu tələblər aşağıdakılardır:

- idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 il ərzində təcrübəsi olan;

- gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan;

- daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə edən;

- qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş.

Bu tələblərdən 3-nə cavab verən, yəni gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən və qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş şəxslər isə yalnız ixrac əməliyyatlarının həyata keçirilməsi üçün "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər.

Şəxsin nəzərdə tutulan tələblərə cavab verib-vermədiyini Dövlət Gömrük Komitəsi həmin şəxsin elektron formada müraciəti əsasında bir ay müddətində yoxlayır. Qeyd edilən tələblərin 5-nə də vcavab verən şəxslərə idxal-ixrac əməliyyatları üzrə "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilir və bu barədə ona müvafiq bildiriş göndərilir. 5 tələbdən 3-nə cavab verən şəxslərə isə yalnız ixrac əməliyyatları üzrə "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilir və bu barədə ona müvafiq bildiriş göndərilir.

Bu Qaydaya uyğun olaraq "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş şəxs aşağıdakı üstünlüklərə malik olur:

- malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi;

- gömrük sərhəd buraxılış məntəqələrində, ticarətin asanlaşdırılması mərkəzlərində və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş digər yerlərdə gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi;

- gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi;

- malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi;

- gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsini gömrük orqanları əməkdaşlarının tərəfindən iş yerindən kənarda və iş vaxtından kənar saatlarda aparması;

- gömrük işi sahəsində yeniliklər, ən yaxşı təcrübələr, habelə beynəlxalq təşkilatların tövsiyə və standartları ilə bağlı təşkil edilən təlimlərdə iştirak.

İdxal zamanı:

- idxal olunan malların şəxsin anbarlarına birbaşa aparılması;

- gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılması;

İixrac zamanı:

- "Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin fəaliyyət zonasını əhatə edən gömrük orqanına getmədən, ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malları bəyan etdiyi gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərməsi;

- "Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrini (plomblar, möhürlər, ştamplar və sair) müstəqil tətbiq etməsi.

"Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 3-cü hissəsində göstərilən üstünlüklərdən istifadə etmək üçün aşağıdakı tələbləri yerinə yetirməlidir:

- idxalı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsini nəqliyyat vasitəsi gömrük sərhədinin buraxılış məntəqəsinə daxil olmazdan ən azı 1 (bir) saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərmək;

- idxal olunan malların şəxsin anbarlarına çatması barədə məlumatı əks etdirən elektron bildirişi gömrük orqanlarına dərhal göndərmək;

- ixracı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini ixrac olunan malların nəqliyyat vasitəsinə yüklənməsindən ən azı 1 (bir) saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərmək;

- idxal və ya ixrac edilən mallar və nəqliyyat vasitələri barədə düzgün məlumatları (çeşidi, sayı, texniki göstəriciləri, təyinatı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodu və dəyəri) gömrük orqanlarına bəyan etmək;

- idxal əməliyyatlarında mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədilə Gömrük Məcəlləsində nəzərdə tutulmuş təminatı vermək;

- malların daşınmasını kənar müdaxilənin mümkün olmadığı təhlükəsiz nəqliyyat vasitəsilə həyata keçirmək.



İmza:
SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK