bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Yuxu ilə bağlı həqiqətlər Adalet.az | Yuxu ilə bağlı həqiqətlər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Yuxu ilə bağlı həqiqətlər

17167    |   2019-04-14 13:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu görmək həyatdakı ən mistik təcrübələrdən biridir. Roma Dövründə bəzi yuxular Roma Senatoru tərəfindən yozulmuş və təhlil edilmişdir. Yuxuların tanrılardan gələn mesajlar olduğuna inanılmışdır. Yuxu yozanlar hətta əsgərlərlə müharibəyə belə gedirdilər. Həm də bir çox sənətçinin yaradıcı fikirlərini yuxularında gördüyü də deyilir. Bəs yaxşı yuxular haqda nələr bilirsiniz? Adalet.az ən yuxular haqda maraqlı faktları təqdim edir.

Gördüyünüz yuxuların doxsan faizini unudursunuz: Oyandıqdan sonrakı 5 dəqiqə içərisində yuxularınızın yarısını unudursunuz. 10 dəqiqə sonra isə doxsan faizi yaddaşınızdan silinir. 

Korlar da yuxu görür: Doğulduqdan sonra kor olan insanlar yuxu görə bilirlər. Kor olaraq doğulan insanlarsa yuxularında ancaq eşitmə, qoxlama, toxunma və hiss etməyə dair röya görərlər.


Hər kəs röya görür: Ciddi bir psixoloji narahatçılığı olmayan hər insan yuxu görür. Yuxu görmədiyinizi düşünürsünüzsə, yanılırsınız. Çünki, təkcə yuxularınızı xatırlamırsınız.


Ancaq həyatda gördüyümüz şeyləri yuxuda görürük. Çox vaxtı yuxuda tanımadığımız insanları görürük. Lakin, unutmaq lazım deyil ki, təfəkkürümüz insan simaları yarada bilmir. Buna görə də əminliklə deyə bilərik ki, yuxuda görüb tanımadığımız insanlar həyatda görüb sadəcə unutduğumuz simalardır.

Rəngli yuxu görə bilməz: Görmə qabiliyyətinə sahib insanların on iki faizinin yuxuları ağ-qaradır. Geridə qalanlar isə rəngli yuxular görər. 1915-1950 illər arasında edilən çalışmalar yuxuların çoxunun ağ-qara olduğunu, ancaq bu göstəricinin 1960-cı illərdən sonra dəyişməyə başladığını göstərir. Günümüzdə 25 yaşdan aşağı insanların təkcə 4 faizi ağ-qara yuxu görür.

Kişilər və qadınlar eyni dərəcədə yuxu görürlər. Sadəcə bir fərq var: kişilər yuxuda ən çox əks cinsin nümayəndələrini görürlər.Qadınlar isə hər iki cinsin nümayəndəsini yuxuda eyni miqdarda görürlər.


İnsan yatarkən xoruldayırsa, o yuxu görmür. Kiçik uşaqlar 3 yaşına kimi yuxularında özlərini görmürlər. 3 yaşından 8 yaşınadək uşaqlar böyüklərin görmədiyi qədər qorxulu yuxular görürlər.

Dərin yuxuya keçdiyimizdə beynimizdəki bir sistem hərəkətə keçər və bədənimizin hərəkət etməsinə mane olar. Başqa cür yuxumuzda etdiyimiz hərəkətləri gerçək həyatda da etməyə çalışardıq. Ancaq bu sistem bəzən biz oyansaq da təhvil verən çıxmaz işdə o zamanlar da yuxu iflici dediyimiz şey yaşanar və yaşayanı xeyli qorxudar.


Kişilər daha çox kişilər haqqında yuxu görər. Yəni bir kişinin yuxusunda gördüyü kəslərin %70ini kişilər meydana gətirər. Qadınlarda isə bu nisbət bərabərdir. Kişilər daha agresif yuxular görərkən qadınların yuxuları daha sakindir.

İnsanların %38i yuxularının ən az bir dəfə çıxdığını ifadə edir. Bu mövzuda heç bir elmi məlumat olmasa da yuxuların gələcəkdən xəbər verdiyinə inananların nisbəti %68.


Yuxuların gələcəkdən xəbər verməyi: Aparılan araşdırmalar insanların 100-də 38-nin yuxularında "gələcəklə bağlı” nələrsə gördüklərini, 100-də 70-nin isə "déjà vu” (dejavü) yaşadığını göstərir.



İmza:
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK