Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: YOL Adalet.az | Faiq QİSMƏTOĞLU: YOL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: YOL

8561    |   2018-12-15 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Ən çox xoşuma gələn və sevdiyim bir şey var: həmişə yol getmək! Və düşünürəm ki, bundan gözəl, bundan maraqlı və bundan yaddaqalan hadisə ola bilməz. Ən azından ona görə ki, yola çıxırsan, onun sağında, solunda bir-birindən gözəl mənzərələr görürsən... şəhərlər görürsən... qəsəbələr görürsən... uca-uca dağlar görürsən... yaşıl-yaşıl ormanlar görürsən... Hələ mən dənizi, çayı və digər gözəl mənzərələri demirəm...

... Və hər dəfə fikirləşirəm ki, Allahım, nə yaxşı mənə bunları görməyi qismət eləyirsən və hər dəfə düşünürəm ki, görəsən yol getməkdən gözəl nə ola bilər? Yol getmək hardasa çox maraqlı nağıla, kinoya bənzəyir. Və bu nağılın, gözəl filmin içində də axtardıqlarını tapa bilirsən. İllah da ki, tanımadığın, görmədiyin bir şəhərdə, bir məmələkətdə səninlə doğma dilində danışırlarsa, bax onda adamın uçmağa qanadı olmur...

... Dünyanın hər yeri gözəldi. Və Allah-Təala bu dünyanı yaradanda insanlar üçün hər şey bəxş edib. Allah-Təala insanlar üçün gözəl-gözəl meşələr, gözəl-gözəl daglar, gözəl-gözəl çöllər və bu gözəl- gözəl çöllərdə bitən mer-meyvələr, ruzilər yetirib. Sadəcə olaraq, biz insanlar dünyanın bu gözəl-gözəl nemətlərinin qədrini bilmirik və sadəcə olaraq biz düşünürük ki, elə hər şey belə də olmalıdır. Biz Allah-Təalanın verdiyi gözəlliklərin, bəxş etdiyi ruzinin qədrini onda bilirik ki, həmin gözəlliklər əlimizdən çıxır və onda da hər şey gec olur...

Gün olub ki, 24 saat yol getmişəm və gün olub ki, bəzən qatarla üç gün məsafə qət etmişəm. Bir dəfə orta məktəbim 10-cu sinfinə keçəndə məktəbin direktoru Əvəz müəllim yaxşı oxuduğumuza görə, mamam oğlu Təbrizlə məni pulsuz putyovka ilə bir ay müddətinə Kiyevə istirahətə göndərdi. Və biz onda Bakı şəhərini görməmişdik. İlk dəfə idi ki, Bakıya gəldik, beş-altı saat "Bakı Soveti” mertosunun (indiki "İçəri şəhər) yaxınlığındakı beşmərtəbəli binanın ikinci mərtəbəsindəki turizm mərkəzində olduq.

... Orda da qrup rəhbəri Tofiq müəllim bildirdi ki, axşam saat 8-də Kiyevə yola düşəcəyik. Axşam saat 8 oldu, müxtəlif rayondan gəlmiş gənclərlə bir yerdə dəmiryol vağzalından Bakı-Kiyev qatarıyla həmin ünvana yollandıq. Düz iki gün yol getdik. Və kənd uşağının birdən-birə belə bir səyahətə çıxması çox maraqlı idi. Heç istəmirdim ki, mənzilbaşına tez çataq. Başqaları Kiyevə çatmaq üçün tələsirdi. Mən isə əksinə, elə hey yol getmək istəyirdim. Getdik, getdik, axırda da qatar Kiyevə çatdı.

Kiyev o qədər gözəl şəhər idi ki, onun yaşıllığına, parklarına, alma bağlarına adam heyran olurdu. Təsəvvür edin, biz kənd uşaqları şəhərin mərkəzindəki alma bağlarındakı ağaclara çıxır, budaqlardan almaları dərirdik. Bunu görən yerli sakinlər bizə tərs-tərs baxırdı. Axırda da yaşlı bir qadın bu hərəkətlərimizə dözməyib öz dillərində yeddi mərtəbəli bir söyüş söydü. Və ondan sonra özümüzü yığışdırdıq.

Kiyevin qədim və tarixi abidələrini seyr etdik, görməli yerlərinə baş çəkdik. Bu şəhəri görəndən sonra Bakı bizim gözümüzdə balacalaşdı. Amma bu gün Bakı tam cəsarətlə deyərdim ki, dünyanın on gözəl şəhərindən birinə çevrilib. Tay indi xəbərim yoxdu, Kiyev əvvəlki kimi möhtəşəmdi, ya yox! Ancaq bir onu bilirəm ki, bir var şəhərlər içində yaşıllıq, bir də var yaşıllıqlar içində şəhər. Kiyev dünyanın yaşıllıqlar içində olan ən gözəl şəhərlərindəndi.

Həmişə yola çıxan adamın arxasınca su atırlar. Yəni bu su atmaq da o deməkdi ki, yolun aydın olsun, su kimi gedib su kimi də qayıdasan. Bizim millətin ən gözəl adətlərindən biri elə budu. Bir dəfə biri qızına toy eləyir, ər evinə köçürür, onun da ardınca su atırlar. Bunu görən ağbirçək qadın dillənir ki, ay bala, gəlin köçən qızın dalınca su atmazlar! Suyu uzaq səfərə gedən adamın arxasınca atarlar. Heç bir ay keçmir ki, qız boşanır və atasının evinə qayıdır...

... Çiskin yağış yağanda, sakit-sakit qar yağanda səfərə çıxmağın, yol getməyin özgə bir ləzzəti olur. Çox vaxt mən yola çıxanda qar yağmasa da, çiskin yağışın yağmasını görmüşəm və yol getmişəm, işim də yaxşı alınıb. Budan gözəl nə ola bilər?! Yola çıxmağı xoşlayıram və heç vaxt da tələsmirım ki, mənzilbaşına tez çatım. Bu gün də Təbrizə yola düşürəm – gözəl və möhtəşəm Təbrizə! Ümidlərimin və istəklərimin gerçəkləşdiyi müqəddəs şəhər! Və bu şəhərə ilk dəfə ayaq basdığım gündən bu insanlardan heç bir şəhərdə, heç bir qərib ölkədə, heç bir məmləkətdə görmədiyim səmimiyyəti və mehribanlığı görmüşəm. O insanların ürəkləri dünya boydadı, dilləri bal kimi şirindi...

... Ürəkləri dünya boyda, dilləri bal kimi şirin olan insanları sevməməkmi olar? Adam istəyir ki, ürəyini yarıb o yarılmış ürəyin içinə qoysun onları! Adam istəyir ki, sənə gözünün yağını yedizdirən, heç kimdə olmayan sevgi-məhəbbət verən bu insanları qəlbinin lap dərinliklərinə, müqəddəs yerə qədər götürüb aparsın.

... Yol getməkdən gözəl nə ola bilər? Və bütün yollar təki insanları axırda öz istəyinə, məqsədinə və sevgisinə qovuşdursun. Çünki sevgi və istək dolu yolu getmək insana əbədi bir rahatlıq, sakitlik və mərhəmət gətirir. Bütün insanların yolu işıqlı, nurlu və aydın olsun! Və bir daha hamıya belə bir aydın yol – üzü günəşə, sevgiyə, məhəbbətə, sədaqətə uzanan yol arzulayıram. Yolunuz aydın olsun, dostlar!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK