deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: ...YETMİŞ İKİ DİL ÖYRƏNMİŞƏM... Adalet.az | Faiq QİSMƏTOĞLU: ...YETMİŞ İKİ DİL ÖYRƏNMİŞƏM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ...YETMİŞ İKİ DİL ÖYRƏNMİŞƏM...

4497    |   2018-12-09 11:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Çox dil bilmək elə çox da millət deməkdi. Yəni bir milləti tanımaq üçün. O millətin iç dünyasına qəlbini almaq üçün öz dilində danışanda istər-istəməz səni doğma insan kimi qəbul edəcək. Axı sən onun öz dilində danışmaqla "boş damarını” və ürəyinin döyüntülərini tuta bilirsən. Elə ki, hər hansı əcnəbiylə o dildə söhbət edirsən, bax, o qəlbini sənə açır və səni özünə yaxın bilir...

Əcnəbi dilləri öyrənmək və o dildə danışmaq üçün ən azından oxumalı, öyrənməli, əziyyət çəkməlisən. Dili öyrənirsən və bir gün də o dili "semoçka” kimi çırtlayırsan. İndi son vaxtlar belə bir dəb düşüb ki, ən azından ingilis dilini bilməlisən. Bu dili bilirsənsə, dünyaya çıxış yolu tapırsan. Bunun nəyi pisdir?! Əlbəttə, nə qədər çox dil bilsən, bir o qədər də başın uca olar.

Elə adamlar var ki, beş-altı dil bilir. Və beş-altı dil bilmək elə də asan deyil. İndi deyirlər ki, məsələn, filan nazir dörd-beş dil bilir; ingilis dilini bilir, fransız dilini bilir, alman dilini bilir, rus dilini bilir, türk dilini bilir... Bax, halal olsun o nazirə ki, bu qədər dil bilir. Amma bizdə elə nazir var ki, xarici dili gözəl bilsə də, azərbaycan dilində danışanda məəttəl qalırsan. Bilmirsən, azərbaycan dilində danışan fransızdı, ingilisdi, yoxsa bizim beş-altı dil bilən hörmətli nazirimizdi...

.. Və bir də öncə hər bir nazir, hər bir icra başçısı, hər bir hüquq-mühafizə orqanın rəhbəri bu millətlə, bu xalqla öz dilində danışmağı bacarmalıdır. Bu millətlə, bu xalqla Azərbaycan prezidenti İlham Əliyev öz dilində çox gözəl danışır. Yəni millətin sevgisini, məhəbbətini öz sadəliyi və səmimiyyəti ilə prezident çoxdan qazanıb.

Təəssüf ki, bu sözləri heç də biz bütün nazirlər, icra başçıları və digər vəzifəli şəxslər barəsində deyə bilmərik. Ən azından ona görə ki, bəzi nazirlər və icra başçıları özlərini dartıb qoyurlar dağın başına və camaata da yuxarıdan aşağı baxırlar. Onların qəbuluna adam var ki, illərlə, aylarla düşə bilmir. Düzdür, bu qəbullar hər ay müxtəlif rayonlarda təşkil edilir. O qəbula da əvvəlcədən seçilmiş və təlimatlandırılmış insanlar gəlirlər. Yəni böyük kütlə öz dərdini, sıxıntısını və problemini vətəndaşları qəbul edən nazirə çatdıra bilmir. Bax, belə də olanda qəbula düşməyən adamların ürəkləri sınır...

Böyük Seyran Səxavətin yazdığı şeirin iki bəndi yadımıza düşür:

Gedib yetmiş iki dil öyrənmişəm,

Hələ tapmamışam dilini sənin.

İstedadlı yazıçı və şair Seyran Səxavət bu xalqın və bu millətin dilini tapan ziyalıdı və hamı ilə də o qədər şirin danışır ki, onun bal kimi söhbətlərindən doymaq olmur. Bu misralar o şəxslərə şamil edilə bilər ki, onlar millətlə, xalqla, lap doğmalarıyla öz dilində, səmimi danışmağı bacarmır. İnsan səmimi danışanda heç vaxt özünü gizlətmir, ürəyində nə varsa açıb qoyur ortalığa...

Bizdə bir nazir gedir, onun yerinə başqa biri təyin olunur. Forma dəyişir, məzmunsa dəyişməz qalır. Və hər gələn təzə nazir özünün tanıdığı adamları vəzifəyə gətirir. Təbii ki, bizdə belə bir ənənə çoxdan formalaşıb. Və bəzi təzə nazir də yenilik əvəzinə elə bir şey yaradır ki, ondan heç özü də bir şey anlamır. Və bəzi təzə nazirlər işi elə dolaşığa salır ki, keçmiş nazirin ölənlərinə rəhmət oxutdurur.

Sovet dönəmində "Mozalan” satirik televiziya jurnalı vardı. Həmin satirik telejurnalda tez-tez maraqlı bir süjet göstərərdilər. Və bu gün də onu efirə çıxarırlar: xəstəxanaya yeni baş həkim təyin olunur. O da gələn kimi bütün həkimləri yığıb iclas keçirir, sıxma-boğmaya salır:

- Buranı rüşvət mənbəyinə döndərmisiniz. Filan əməliyyatdan filan qədər, bəhmən əməliyyatdan bu qədər pul alırsınız. Yığmısınız camaatı boğaza. Tay sizin dövranınız bitdi. Bu gündən bir qəpik də xəstələrdən pul almayacaqsınız.

Yerdən həkimlərdən biri yanında oturan ağ xalatlının qulağına pıçıldayır:

- Vay dədəm vay, uşaqlar acından qırılacaq!

Baş həkim yenidən dillənir:

- Həkimin yeri haradır?

Kabinetdə əyləşənlər bir ağızdan deyir:

- Xəstənin yanı!

Həkim gedəndə görürlər ki, onun xalatının yeddi-səkkiz cibi var. O dəqiqə barmaqlarını dişləyirlər ki, təzə baş həkim elə-belə adam deyil. Rüşvəti üç-dörd dəfə qaldıracaq...

... Hər dəfə insanlar böyük ümid bəsləyir ki, təzə gələn vəzifə sahibi haqlı-ədalətli olacaq, qayda-qanun yaradacaq, təmiz işləyəcək. Ancaq yeni vəzifə sahiblərinin çoxu isə özünün və ailəsinin mənafeyini fikirləşib köhnə bazara təzə nırx qoyur, hər şeyin qiymətini qaldırır, bir sözlə, qaz vurub qazan doldurur.

Bir lətifə yadımıza düşür. Yeni müdir işə gəlir və başlayır bir-bir köhnə işçiləri işdən çıxarmağa. Köhnə işçilərdən də ona yarınmaq üçün əldən-ayaqdan gedənlər olur. Yaltağın və xəbərçinin biri Zülümov kimi əyilə-əyilə onun kabinetinə girir. Müdir onu bəh-bəhlə qarşılayır və soruşur:

- Burda savadlı və təmiz adamlar kimlərdi?

Yaltaq adamsa əyilmiş halda deyir:

- Hamısının adını bax, bu vərəqdə yazmışam.

Müdir vərəqə baxır və gülümsəyir:

- Arxayın ol, onların hamısını rədd eləyəcəyəm! Səni də gətirib özümə müavin qoyacağam. Sənin kimi adamı mən göydə axtarırdım yerdə tapdım...

Bir müddətdən sonra müdir siyahıdakı o adamların hamısını işdən çıxarır, söz verdiyi adamısa özünə müavin təyin eləyir...

İndi çox dil bilməkdən və digər üstünlüklərdən də öncəsi insanlarla onun öz dilində danışmağı bacarmaqdı. Amma bu gün məmləkətimizdə, gəlin səmimi deyək, bir çox vəzifə sahibləri onların qəbuluna gələn, problemini çözmək istəyən insanlarla o dildə danışmağı bacarmırlar. Görürsən ki, kimsə vəzifəli şəxsin yanına gəlib dərdini danışır, qəbulda olan vəzifəli şəxssə yanındakı digər vəzifəli adamla söhbət edir, danışanı dinləmir. Dərdini danışan adam da görür ki, nəinki onun problemi həll ediləcək, heç şikayətinə də qulaq asan yoxdur. O da bundan əsəbləşir, bir daha o məmurun yanına getmir...

Tanışlarımdan biri deyir ki, rayonun icra başçısı sakinləri səyyar görüşlər zamanı qəbul edib dinləyirmiş. Və camaat da bir-bir öz dərd-sərindən danışırmış, qarşılaşdığı problemi qaldırırmış. Axırda da görüş qurtarır və camaatın qaldırdığı problemlərin yazıldığı vərəq stolun üstündə qalır. Başçı gedir, ətrafındakılar da onun arxasınca çıxrlar. Birdən qəbulda olanlardan kimsə o vərəqi götürüb başçının köməkçisinin dalınca qaçır. Deyir ki, ay oğul, yazdıqlarınız stolun üstündə qalıb. Köməkçi də xalaxətrin qalmasın vərəqi götürüb uzaqlaşmaqda olan başçının dalınca qaçır...

Camaatın gözünə kül üfürmək lazım deyil. Hər bir vəzifə sahibi yerində olsa, öz işinə vicdanla yanaşsa, insanlar da bu cür diqqətsizliklə üzləşməzlər və bir də heç kəs çörəyi qulağına yemir. Çünki hamı hər şeyi görür və bilir. Get, bir vəzifəli şəxsin qəbuluna, görüm a Məhəmməd kişi, o səni qəbul edəcək, yoxsa qəbul etməyəcək?! Hər dəfə köməkçisi səni bir vədlə yola verəcək.

Burda böyük Üzeyir Hacıbəyovun bir felyetonu yadımıza düşür. Felyetonun məzmunu belədir ki, bir zəhmətkeş adamı məmurlar çox incidir. Bir savadlı adam da ona məsləhət bilir ki, get, hökümət adamının yanına. O da gedir hökumət adamının yanına, dərdini danışır, deyirlər ki, get, sabah gəl. Burdan əli üzüləndən sonra gedir ağanın yanına, ağa da onun bir dəfə üzünə tüpürür, iki dəfə də dədəsinin goruna söyür. Yenə savadlı adam ona yol göstərir ki, get dərdini intelligentə de, o da sənə kömək eləsin. Yazıq kişi gedir dərdini danışır o intelligentə. İntelligent də deyir ki, beş yüz manat ver, sənin hüququnu qoruyum. Kişi ordan dilxor çıxıb dövlət adamının yanına gedib dərdini demək istəyir. Axır gedir onun qapısını döyür, nökər deyir ki, kişi yatıb. Günorta gedir. Günorta da nökər deyir ki, kişi nahar eləyir. Axşam da gedir, nökər yenə dillənir ki, vallah, mən günahkar deyiləm kişi evdə yoxdu...

... Bax, belə! Onda da camaatın ağzını günə verirdilər, indi də bəzi məmurlar onun yanına gedənlərə Üzeyir bəyin sözü olmasın, "get, zavtra gəl” deyirlər. Allah sənə rəhmət eləsin, ay Üzeyir bəy! O vaxtdan bəri heç nə dəyişməyib. Hələ bir az da "get, zavtra gəl” deyənlərin sayı çoxalıb...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK