Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aeroporta gedən avtobusların görünüşü dəyişdirildi – FOTO Adalet.az | Aeroporta gedən avtobusların görünüşü dəyişdirildi – FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Aeroporta gedən avtobusların görünüşü dəyişdirildi – FOTO

21892    |   2018-12-06 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"28 May” – hava limanı istiqamətində hərəkət edən ekspress avtobusların xarici tərtibatında dəyişiklik edilib.

Avtobusların üzərində paytaxtdakı tarixi və müasir meamrlıq nümunələrinin fotoları əks olunub.

Yeni tərtibatı fərqli edən digər bir məqam isə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu rəsm əsərlərinin bəzilərinin fotolarının təqdim olunmasıdır. Avtobusun tərtibatı ilə yanaşı "Aeroport Express” xidmətinin loqosu da dəyişib.

Qeyd edək ki, ekspress xətt üzrə Almaniyanın "MAN” şirkətinin istehsalı olan "Neoplan” markalı avtobuslar xidmət göstərir. Avtobusda oturacaqların sayı 48-dir və ayaqüstə sərnişin daşınması nəzərdə tutulmayıb.

Hava limanı-28 May ekspress xətt avtobusları 30 dəqiqəlik intervalla 24 saat fəaliyyət göstərir. Xətt üzrə avtobuslar aralıq dayanacaq olaraq yalnız metronun "Koroğlu” stansiyasının qarşısındakı dayanacaqda saxlayır.

Avtobuslarda gediş haqqı 1.30 AZN- dir. Ödəniş BakıKart vasitəsi ilə həyata keçirilir. Hava limanı ekspress xətti ilə bağlı ətraflı məlumatları aeroexpress.az saytından əldə etmək mümkündür.




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK