Adalet.az | İLHAM ƏLİYEVİN MÜSTƏQİL SİYASƏT YÜRÜTMƏSİNƏ NİYƏ DİLXOR OLURLAR?! Adalet.az | İLHAM ƏLİYEVİN MÜSTƏQİL SİYASƏT YÜRÜTMƏSİNƏ NİYƏ DİLXOR OLURLAR?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İLHAM ƏLİYEVİN MÜSTƏQİL SİYASƏT YÜRÜTMƏSİNƏ NİYƏ DİLXOR OLURLAR?!

(Zeynoya ər tapdıq, Kondalizaya da bir ər tapsaydıq canımız qurtarardı)

15594    |   2008-07-11 21:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyevin müstəqil siyasət yürütməsinə Qərbin, ABŞ-ın dilxor olmasını başa düşmək çətin deyil. Çünki həm Qərb, həm də ABŞ kiçik dövlətləri şapalaq altında saxlamağı, özlərinin əyalətləri kimi idarə etməyi özlərinin bir nömrəli siyasəti hesab edirlər, çünki onlar dünyanın yiyəsidirlər, ağasıdırlar, yerdə qalanlar - yəni bizlər nökərlərik.
   
    ABŞ və Qərb (Qərb deyəndə Almaniya, Fransa və İngiltərə; ispanlardı, italyanlardı bunların başı futbola qarışıb) demokratiya pərdəsi altında başqa dövlətləri əzir, ölkələri bombardman edir, millətləri qırır (təkcə ABŞ İraqa girəndən sonra burda 1 milyon 300 minə yaxın ərəb öldürülüb, ölkə viran qalıb, Əfqanıstan da onun kimi), kiçik xalqları bir-biriylə düşmən edib məzələnir (məsələn, Yuqoslaviyadakı olaylar, Azərbaycan-Ermənistan münasibətləri, nə bilim Somali və s.). Təbii ki, ABŞ və Qərb kiçik dövlətlərin müstəqil siyasət yürütməsi ilə heç cür razılaşa bilməz. Və müstəqil siyasət yürüdən dövlətlərdə aranı qarışdırmaq üçün özlərinin və Sorosun pullarından geninə-boluna istifadə edirlər. Yəni bu o qədər aydın məsələdir ki, çox danışmaq lazım deyil.
   
    Azərbaycan getdikcə qüdrətli bir dövlətə çevrilməkdədir və təbii ki, qüdrətli dövlət də söz sahibi olmaq istəyir. "Mən kimnənəm" siyasətindən qaçmaq istəyir, "kim mənnəndi" siyasəti yürütməyə çalışır. Onunla əlaqə qurmaq istəyən dövlətlərlə də kiçik qardaş olmaq istəmir, qardaş olmaq istəyir. Deyəsən, dişlərində şirə qalıb ki, uzun müddət ruslara böyük qardaş söyləmişik. Qurtardı, bitdi. Rusun hökmranlığı qaldı tarixdə. İndi də ABŞ və Qərb bu niyyətə düşürsə, çox böyük ...səhv eləyir. Bu mənada Azərbaycanın kimdənsə asılı vəziyyətə düşməməsi, sözün həqiqi mənasında, müstəqil dövlət olması üçün möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü siyasəti alqışlamaq lazımdır, prezidentə dəstək vermək lazımdır.
   
    Problem nədir? Səfirlərimizin müşavirəsində prezident İlham Əliyev çox kəskin qoydu məsələləri. Bir daha bəyan etdi ki, Azərbaycan müstəqil dövlətdi, heç kim onun daxili işinə, siyasətinə qarışa bilməz, heç kəs bu dövlətə təzyiq göstərə bilməz.
   
    Bəli, qeyd etdik ki, ABŞ və Qərb buna bərk dilxor olub, bunu başa düşdük. Amma bizimkilərin bərk dilxor olmasını başa düşmək olmur. Məsələn, dünən qəzetlərdə belə bir manşet verilib: "ABŞ İlham Əliyevin cavabını verdi". "Kondaliza Rays: "Biz təzyiqləri aşağıdan yuxarı və yuxarıdan aşağıya qədər davam etdirəcəyik"". Nəyə sevinirsiniz, qardaşım? Doğrudanmı, siz Azərbaycanın müstəqil siyasət yürütməsini istəmirsiniz? Doğrudanmı, siz ABŞ-ın, Qərbin yanındasınız, bu millətin, bu dövlətin yanında deyilsiniz? Axı inanıram ki, belə deyil, siz də bu milləti, bu dövləti sevirsiniz, sizlər də Azərbaycanın müstəqilliyi uğrunda böyük bir mübarizə yolu keçmisiniz. Bəs nə olub? Bütün dünyada müxalifət iqtidarı sevmir, bu təbiidir. Amma müxalifət iqtidarın düşməni deyil. İqtidarı sevmədiyinə görə başqa ölkələrin yanında deyil. Qarşıdan seçkilər gəlir, buyurun, xalqı inandırın, gəlin hakimiyyətə. Bütün sivil ölkələrdə olduğu kimi. Məsələn, İsa Qəmbər keçən seçkilərdə 14 faiz səs toplamışdı. Bu ötən beş ildə ana müxalifətdə dayanıb bu faizi artıra bilərdi. Artıra bilibmi?! Deyəsən çətin. İqtidar vahid bir komanda halında olduğu halda, müxalifət liderləri bir-birlərinə salam vermir. Və müxalifət dəstəyi öz xalqında deyil, ABŞ-da və Qərbdə axtarır. Ona görə də ABŞ və Qərb Azərbaycana təzyiq göstərəndə sevinir.
   
    İndi Kondaliza Raysın Praqada tripaç danışması müxalifətə ləzzət eləyib. Və xanım müstəqil siyasət aparan dövlətləri hədələyib. Deyib ki: "Biz təzyiqləri aşağıdan yuxarı və yuxarıdan aşağıya qədər davam etdirəcəyik". Etdir, gözəlim, etdir. Bəlkə bizim də başımıza bomba tökəsiniz ki, niyə müstəqil siyasət yürüdürsünüz?
   
    Bəli, dünyanın "ağbirçəyi" bizim müxalifətə qol-qanad verib. Bir Zeyno Baran vardı, elə indi də var, nəhayət, ona bir ər tapdıq, verdik Metyu Brayzaya, toyunda da o ki var oynadıq. İndi bu Kondaliza Raysa da bir ər tapsaydıq canımız qurtarardı.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO