ANA SƏHİFƏ / AVTOMOBİL

Bakının qənbər daşlı yolları niyə yoxa çıxdı? – Rəsmi

23722    |   2018-11-22 19:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Formula-1 yarışlarına görə xüsusi üsulla asfaltlanmış qənbər yolların heç bir zərər görməyəcəyini göstərmək üçün həmin yollardan biri olan Əziz Əliyev küçəsinin bir hissəsindən asfaltı yığışdırmışdıq. Bu prosesi işıqlandırmaq üçün jurnalistləri də dəvət etmişdik ki, həmin qənbər yolları asanlıqla köhnə vəziyyətinə qaytarmağın mümkün olduğunu göstərsinlər.

Adalet.az xəbər verir ki, bu sözləri Axar.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Formula-1 yarışları üçün Bakı Şəhər Halqasına daxil olan qənbər daşlarla örtülü küçələrə xüsusi üsulla döşənmiş asfaltın niyə yığışdırılmaması ilə bağlı danışarkən bildirib.

N.Arpadarainin sözlərinə görə, bu baxımdan heç bir narahatlığa əsas yoxdur və hazırda asfaltla örtülü olan qənbər daşlı yollar yenidən öz görkəminə qayıdacaq:

"Qənbər daşların üzərinə qoruyucu və müvəqqəti asfaltın vurulması asan proses deyil və uzun vaxt aparır. Əziz Əliyev küçəsində qənbər daşların üzərinə birincisi qoruyucu qat olmaqla bütövlükdə 4 qat asfalt çəkilib. Ümumi qalınlığı 25 santimetr təşkil edən konstruksiyada asfalt qatların arasına Almaniyadan xüsusi sifariş əsasında gətirilmiş torlar yerləşdirilib. Bu torlar asfaltın üzərinə düşən ağırlığı bərabər şəkildə paylamağa imkan yaradır, həmçinin qənbər daşları deformasiyaya məruz qalmaqdan qoruyur”.

N.Arpadarai bildirib ki, asfalt örtüyünün çəkilməsi zamanı qənbər daşların zərər görməməsi üçün bütün işlər yüksək həssaslıqla həyata keçirilib:

"Əmin ola bilərsiniz ki, şəhərin tarixi yollarına heç bir xələl gəlməyəcək. Sadəcə həmin asfaltın döşənmə prosesi uzun və bir qədər çətindir. Hər il baş tutacaq yarış üçün həmin asfaltı yığışdırıb, yarışöncəsi yenidən bərpa etmək vaxt və maliyyə itkisidir. Aprelin 27-29-da Bakı üçüncü dəfə Formula-1 yarışlarına ev sahibliyi etdi. Yarışlar tamamilə başa çatdıqdan sonra Niyazi və Əziz Əliyev küçələrindəki qənbər daşların üzərinə vurulmuş asfalt qatı tamamilə yığışdırılacaq”.

Qeyd edək ki, Bakının simvoluma çevrilən və əsasən, İçərişəhərin ətrafında qorunan qəmbər daşlı yolların asfalt örtüklə bağlanması və Formula-1 yarışlarından sonra sökülməməsi yanlış olaraq bu yolların bir də heç vaxt əvvəlki görkəminə qayıtmayacağı təəssüratı yaradıb.




İmza:
SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK