Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İçəndə səhvlərini etiraf edən adam - Eminquey yazır Adalet.az | İçəndə səhvlərini etiraf edən adam - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İçəndə səhvlərini etiraf edən adam - Eminquey yazır

10189    |   2018-11-20 13:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Taxtalarla bəzənmiş divarlarına baxanda ağacların hələ də bu kafedə nəfəs aldığını düşünürdüm. Elə ki adamlar gəlməyə başladı, sulu qəlyanlar qızışdı, divarlara baxıb kədərlənirdim. Deyirdim, yəqin indi bu ağaclar boğular, tüstüdən nəfəsi kəsilər. Kafe hər dəfə boşalanda silib-yığışdırdığım masalara, üstündəki yazılara, divanların didilmiş yerlərinə baxanda bilirdim ki, burada oturan insanlar çox darıxan adamlar olub. Darıxdıqlarından masanın üstünü yazıblar, divanı didişdiriblər. Hər dəfə o yazıları masadan siləndə, divanın didilmiş yerlərini tikəndə onların darıxdıqları yerə toxunurdum sanki.

Uşaqlıqdan birlikdə böyüdüyüm xalamoğlu da mənimlə bu kafedə işləyirdi. Axsaq yerişilə qapıdan içəri girdi. "Ooo, salam olsun xaloğluna! " dedim. Dilxor-dilxor salamlaşıb həmişə oturduğumuz yerdə əyləşdik.

- Nə olub? Niyə dilxorsan?

Nadir bir az qapalı adamdır. Onun dərdini öyrənənə kimi adamın özü də dərdə düşər. Qalın qaşlarını gözünün üstünə salıb, dərindən ofuldayıb dilləndi:

- Kollecin pulunu düz-qoş eləməliyəm. Maaşla alınmır.

- Hmm... Kredit götürə bilməzsən?

- Elə onun dilxoruyam da. İki bankla danışdım, vermədilər.

- Əşşi dərd eləmə, müdirinə deyərsən, köməklik eləyər. Elşən başa düşən adamdı. Mənim imtahanlarımın vaxtına da hələ var. Yığdığım pulu da verərəm sənə. İşini aşırıb sonra qaytararsan mənə.

- Sənin vəziyyətin guya yaxşıdı ki?

- İndi neyləyək, düz-qoş edərik, narahat olma.

- Bu da həyatdı? Əlininkini Vəliyə, Vəlininkini ...

***

Günortadır. Hələ də müştəri yoxdur. Otaq bu gün elə təmizdir ki. Nadir qəlyan aparatlarını təmizləyir. Birdən qapı açıldı. Üstü-başı təsbeh, qolbaq, saat dolu bir adam girdi içəri:

- ..... ..... .... ..... .... .

Əl-qol hərəkətləri ilə gah beş barmağını, gah da üç barmağını göstərirdi. Danışa bilməyən bu adam bizə demək istəyirdi ki, saatlar 5 manata, təsbehlərsə 3 manatadır.

Baş barmağımla işarə barmağımı bir-birinə sürtdüm, sonra iki əlimi də bir-birinə çarpaz şəkildə tutdum.

- Pul yoxdur...

Allahın bizə göndərdiyi bir neçə dəqiqəlik səssiz söhbət lal bir adamın həyatda qalmaq üçün apardığı mübarizənin reklamı idi. Reklam fasiləsi bitdi, kişi Nadirin dilxor halını alıb kafedən çıxdı.

***

Darıxırıq.

Neçə saatdır ki, kafeyə o lal kişidən başqa girən yoxdur. Xalaoğlu dilləndi:

- Heç kefim yoxdu.

- Elə mənim də.

- Nəsə eləmək lazımdı.

- Nə eləyəcik ki?

- İçək bəlkə?

- Pul var ki?

Bunu deyib bir az dayandım. Ortaya çökən sükutu pozdum:

- Nadir, dünəndən bir az pul qalıb məndə. Çayvoy tutmuşdum. Gözlə!

Tez gödəkçəmi geyinib kafedən marketə çıxdım. 20 şüşə pivə, bir az çərəz-çürəz, bir qutu da siqaret alıb marketdən çıxdım. Kafenin qapısını açıb ayağımı içəri qoyan kimi bağırdım:

- Xaloğluuuu, bugün kafeni bağlatdırıram. Vəssalam, bu gün bu kafe bizə işləyəcək.

- Hə, elə müdir də onu deyir.

Gülüşdük.

Nadir dostuna zəng vurub bu gün işdə onu əvəz eləməyini və günün axırında 10 manat pul veriləcəyini dedi. Hə, artıq hazırlıq görmüşük. İçib özümüzü idarə edə bilməsək, Teyyub bizim yerimizə işləyəcəkdi. Nadir ona axşam saat 6-dan sonra gəlməyini tapşırdı.

Pivə şüşəsinin birini açdım, fujelərə süzdüm, çərəzi boşqaba tökdüm. Başladıq içməyə.

- Bəlkə bu gün hamısını içməyək, sabaha da qalsın.

Nadir:

- Yox e, elə bu gün içək, görək kim çox içir.

- Zalımın balası, oğru qovmuruq ha, vur-tut 20 şüşə pivəmiz var.

***

4 şüşəni haqladıq.

Nadirə dedim ki, əgər pis vəziyyətdə olsam, məni evə yox, Dənizin yanına aparın. Anam məni belə görməsin. Evdən narahat deyildim. Anam bilirdi ki, iş vaxtım hərdən beləcə uzana bilir, üstəgəl də xalaoğluyla birlikdəyəm.

Nadirin dilxor simasında indi gülüş donub qalmışdı. Elə hey gülürdü.

- Nadir, yadındadı, bir dəfə içib nə günə qalmışdıq?

- Hə yadımdadı.

- Bir dəfə də...

... dayım öz yerinə cibimə 50 manat qoyub toya göndərmişdi. Xeyli vaxt idi ki arağa tövbə eləmişdim. Amma oturduğum masa bunu demirdi. Bu masadan da ayıq başla durmaq olar? Yox. Masadıkı konyak şüşəsinə gözüm sataşdı. Araq olmasın, konyak olsun. Konyak dolu fujemi onların araq rumkalarına vura-vura sərxoş olub bir də gördüm ki, konyak qurtarıb. Ayağa qalxdım, tanımadığım adamlarla rəqs eləyib, pulu yazdırıb restorandan çıxdım. Heç indiyə kimi bilmirəm ki, pulu qız evinə yazdırmışdım, yoxsa oğlan evinə.

Fırlana-fırlana məhəlləmizə çatdım. Gördüm ki, bu vəziyyətdə evə girmək olmaz. Anam başıma oyun açar. Məhlə uşağımın qapısına getdim.

- Şahin, qardaşını da götür, gedək kompüterə. Bir az başım açılsın.

Kompüter salonu başıma fırlanırdı. Yerimdə otura bilmirdim. Böyükağanı çağırdım, dincəldim.

Ordan da yer pulunu verib qayıtdıq evə.

Evə necə girməyim, nə danışmağım elə də yadımda deyil. Bircə onu bilirəm ki, anam üç gün mənimlə danışmadı.

Bunu danışıb bitirmişdim ki, Nadirin üzündəki gülüşün donu açıldı.

Sən demə, artıq 10-cu şüşənin də başını yerə qoymuşuq.

..a. ...c. ...k. ... ..i. ... ..ə. ... ..i .

Bu nöqtələrin yerlərindəki hərfləri tapsam yazımın bu yerində o biri şüşələri necə haqlamışdıq onu yazardım, heyf ki yadımda deyil.

Sən demə, Nadir məhlədən uşaqlara zəng vurub, çağırıb və məni bir xeyli sürüyə-sürüyə Dənizin yanına aparıblar. Yazıq qız, məni divana uzadıb. Sonra halım pisləşib, mədəm ağrımağa başlayıbmış. Dəniz nanəli çay içizdiribmiş ki, bəlkə xeyri oldu.

Gecənin yarısını keçmiş Dəniz qoluma girib məni məhəlləyə çıxardıbmış. Bəlkə gəzişsəm hava mənə xoş təsir eləyər deyə. Mən axmaq da bir pis xasiyyətim var. İçdimsə ya kimi tapdım öpürəm, ya küsdüyüm adamlarla barışıram, ya da öz zir-zibillərimi açıb danışıram. Elə Dənizi də öpə-öpə nə səhv eləmişəmsə danışmışammış.

Səhər açıldı.

Dəniz:

- Oooo, sabahın xeyir, kefli İsgəndər.

- Saat neçədi?

- 9...

- Dünən çox pis idim?

- Hələ bir soruşursan da?

- Kişi içər də!

- Hə, sən arada belə iç.

- Niyə?

- İçəndə nə zibil qaynatmısansa hamısını açıb danışırsan. Üzümdən də o qədər öpmüsən ki, bundan sonra bir il də öpməsən, ruhum inciməz.

Şaqqanaq çəkdik.

Yazının baş qəhrəmanınandan qeyd: Bundan sonra nə olubsa olub, çox da fikirləşməyin. Çox güman ki, anam məni yaxşıca danlayıb, eynə bir neçə gün danışmayıb, sonra isə onu da öpüb, qucaqlayıb yola gətirmişəm, barışmışıq. Olan şeydi. Bir şeyi deyim ki, mən o vaxtdan bəri hər içki içəndə evə necə gəlməyimi düşünürəm, bu hadisələr yadıma düşür və qədərimi bilib dayanıram. Əşşi, inanın, mən hələ indiyə kimi içkidən xüsusi bir həzz ala bilməmişəm. Axı içkidə ləzzətli nə var ki?

Müəllif: "Zakuska”. İnan ki, insanlar içkini də, çayı da yanındakı çərəz-çürəzə görə içirlər.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-17
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK