ANA SƏHİFƏ / AVTOMOBİL

Bu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİR

24926    |   2018-11-16 11:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 15-də sürücülərə avtomobilin yan arxa şüşələrində jalüzlərdən istifadəyə verilmiş icazənin müddəti başa çatıb. Bu gündən etibarən isə avtomobilində jalüzlərdən istifadə edən sürücüləri cərimələyəirlər.

Məsələ ilə bağlı danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, bu gündən avtomobilin yan arxa şüşələrinə jalüzlərdən istifadə edilən sürücülər cərimələnəcək.


"15 noyabrda nəqliyyat vasitələrinin yan arxa şüşələrində jalüzlərdən istifadənin icazə müddəti bitib. Bu gündən jalüzlərin istifadəsinə icazə verilmədiyinə görə hər hansı bir sürücü onları açmayıbsa, İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsinə uyğun olaraq 150 manat miqdarında cərimə olunacaqlar”.

R.Quliyev deyib ki, nəqliyyat vasitələrinin şüşələrinin işıq buraxma qabiliyyətinin 70 faizdən az olmaması nəzərə alınaraq, avtomobilin yan və ön şüşələrinə görüntünü məhdudlaşdıran örtük vuran sürücülər cərimələnəcək.


"Avtomobil şüşələrinin işıq ötürmə qabiliyyəti xüsusi cihazla ölçülür. Əgər avtomobilin şüşələrinin işıq ötürmə qabiliyyəti 70 faizdən azdırsa həmin avtomobil cərimə meydançasına aparılacaq. Arxa şüşələrdə plyonkadan, pərdədən və jalüzdən istifadəyə heç bir qadağa yoxdur”.

Şöbə rəisi sürücüləri qaydalara riayət etməyə çağırıb:

"Kütləvi İnformasiya Vasitələrindən sürücülərimizə səslənirik ki, qaydalara riayət etsinlər. Sürücülərimiz qaydaları pozmasa, yollarda tıxaclar da olmaz. Bir sürücünün kiçik bir qayda pozuntusu 100-lə sürücünün gecikməsinə səbəb olur. Sürücülər yalnız özlərini deyil, digər hərəkət iştirakçılarını da nəzərə almalıdırlar”.

Qeyd edək ki, avtomobillərin arxa yan şüşələrinə jalüzlərin taxılmasına yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir.




İmza:
SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK