Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | HƏMİŞƏ İT HÜRƏN TƏRƏFƏ GETMİŞİK Adalet.az | HƏMİŞƏ İT HÜRƏN TƏRƏFƏ GETMİŞİK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏMİŞƏ İT HÜRƏN TƏRƏFƏ GETMİŞİK

17054    |   2008-01-22 00:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Divlərin əlindəki işığı almaq ağlımıza gəlməyib)
   
   
   
   Nağıllarımızda həmişə məsləhət görürlər ki, "eşidəcəksən bir tərəfdə it hürür, bir tərəfdən də işıq gəlir, it hürən tərəfə get, işıq gələn tərəfə getmə, işıq gələn tərəfdə div var".
   
   Mən dəfələrlə həm yazılarımda, həm də televiziya çıxışlarımda demişəm, təkrar olsa da yenə deyirəm, uşaqlıqda nağıl oxumamışam. Atam bizə nağıl danışırdı, amma böyüyəndə gördüm ki, bunlar nağıl deyilmiş, tarix imiş, qəhrəmanlar da tarixi şəxsiyyətlərmiş. Heç demə, atam tarixi bizə uşaq ağlı kəsəcəyi dərəcədə öyrədibmiş. Mən ilk dəfə "Azərbaycan nağılları"nı universitetdə oxuyanda vərəqlədim və gördüm ki, atam haqlıymış. Qardaş da qardaşının kəndirini kəsərmi, qardaş da qardaşın gündöyməzinə möhür vurarmı, qardaş da qardaşının köynəyini hansısa bir heyvanın qanına bulayıb atasına gətirib atasını kormu eləyər və sair və ilaxır.
   
   Bir yazıçı Əlisa Nicat var. Əslində o, daha çox filosofdu. Həm qeyri-adi istedad sahibidi, özü də qeyri-adi adamdı. "Elm və həyat" jurnalında işləyəndə mənə bir universitet qədər dərs deyib, həm də çox eqoist adamdı. İnsanlara bir az yuxarıdan aşağı baxır, xüsusilə də kitab-dəftərdən uzaq olan, səviyyəsi aşağı olan insanlara. Özü çox yüksək intellektə malikdi. İli yadımdan çıxıb. Bir dəfə "Neftçi" ilə "Paxtakor"un oyunundan sonra stadionu və stadionun ətrafını yandırmışdılar. Səhər işə gələndə dedi:
   
   - Xəbəriniz var? "Azərbaycan gəncləri"ni oxuyanlar stadionu yandırıblar.
   
   Və mənə də həmişə deyərdi ki, "Ağatlı oğlan"ı oxuyanlar, "Məlikməmməd"i oxuyanlar Şuşada qardaşlarının kəndirini kəsdilər.
   
   Yox, mövzudan uzaqlaşmamışıq. Bəli, nağıllarımızda deyirlər ki, it hürən tərəfə gedin, işıq gələn tərəfə getməyin, işıq gələn tərəfdə div var. Yəni divlər həmişə işığı ələ keçiriblər, zəbt ediblər, əlimizdən alıblar. Babalarımız da bizə deyib ki, nəbadə işıq gələn tərəfə gedəsiniz. Bizi heç vaxt işıq gələn tərəfə göndərməyiblər ki, gedək divlərlə vuruşaq. Eybi yox, bir dəfə məğlub olarıq, iki dəfə məğlub olarıq, on dəfə məğlub olarıq, amma sonda mütləq bir qələbə olar, işığı divlərin əlindən alarıq. Divlərin oğurladığı və ya zorla əlimizdən aldığı işığı yenidən bu millətə, bu xalqa qaytararıq. Yox, babalarımız bizi bu yola göndərməyiblər.
   
   Babalarımız bizi it hürən tərəfə göndəriblər. Elə ona görə də həmişə it hürən tərəfə gedirik. Babalarımız elə bilib ki, it hürən tərəfdə adam var. Onlar da aldanıb, bizi də aldadıblar. İndi görürük ki, it hürən tərəfdə heç adam da yoxuymuş. İndi işığı əlimizdən alıblar, özü də zorla alıblar. Və biz işığımız uğrunda vuruşuruq, üzümüzü tutmuşuq it hürən tərəflərə: Avropa Şurasına, Avropa Parlamentinə, ATƏT-ə, ATƏT-in Minsk qrupuna. Bunlar da elə hey hürürlər. Özü də qəribədir ki, köpək kimi də hürmürlər ey, qancıq kimi hürürlər. Məsələn, o gün biri "bir millət, iki dövlət" fikrinin əleyhinə çıxır. O biri deyir ki, torpaqları müharibə yolu ilə qətiyyən azad eləmək olmaz. Başqa birisi deyir ki, Azərbaycan terrorçularla danışığa getməlidir. Başqa birisi deyir ki, Türkiyə də, Azərbaycan da sərhədlərini Ermənistana açmalıdır və sair və ilaxır. Düz 15 ildi bu sözləri hər dəfə başqa çalarlarda eşidirik. Düz 15 ildi it hürən tərəflərə gedirik. Nə onlar hürməkdən yorulur, nə də biz bu hürüşə qulaq asmaqdan. Nöşün?! Nöşün ki, babalarımız nağıllarda bizə belə məsləhət görüb ki, it hürən tərəfə gedin.
   
   Elə ki, əlimizdən alınan işığa doğru getmək istəyirik, o dəqiqə Avropa, Amerika, nə bilim hansı it, hansı qurd çırmanıb tökülürlər üstümüzə. İnsan haqları belə getdi, siyasi dustaqlar belə getdi, erməni qəbiristanlığı belə getdi, söz azadlığı belə getdi, müxalifətə təzyiqlər belə getdi, azlıqların mədəniyyəti belə hoppandı, çoxluqların haqqını heç kim tanımaq istəmir. Bəli, başımız qarışır bu çırmanıb üstümüzə gələnlərin sorğu-suallarına, razborkalarına. Və yenə gedirik it hürən tərəfə.
   
   Qardaşlar, "ayağını yorğanına görə uzat", "igidlik ondur, doqquzu qaçmaqlıqdır" deyən mənasız ataların bizi it hürən tərəfə getməyimizlə bağlı məsləhətini bəlkə ataq bir kənara. Qoy Avropada nə qədər hürürlərsə hürsünlər, bu qəzetləri də bağlayaq, bu partiyaları da bağlayaq, gücümüzü, qüdrətimizi, olub-qalanımızı toplayaq gedək işıq gələn tərəfə. Daha doğrusu, gedək əlimizdən alınan işığa tərəf. Gedək işığımızı qaytaraq. Yoxsa hürən itlər axırda bizi işıqsız qoyacaqlar.
   
   Özü də ən böyük dərd budur ki, bizim işığımızı oğurlayanlar divlər deyil ey, tülkülərdi.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK