ANA SƏHİFƏ / YAZARLAR

ÜZRÜ GÜNAHINDAN BETƏR

(Və ya Metyu Brayzanın daha bir sarsaqlaması)

17026    |   2007-04-25 23:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avropada, Amerikada nə qədər çöldə, bayırda qalmış var, arvadları evə buraxmayanları, ərləri evdən qovanları, evlərinə sahiblik edə bilməyənlərı yığıb-yığışdırıb, hərəsinə bir vəzifə verib göndərirlər üzü bəri. ?əlib burda özlərini kişi hiss edirlər, xanım hiss edirlər. ?ələndə cır-cındırın içində gəlirlər, gedəndə işıq verirlər. Bunlardan biri də gülməşəkər ATƏT-in gülməşəkər Minsk qrupunun gülməşəkər həmsədrlərindən biri Metyu Brayzadı. Boris Moiseyev bu Metyunun yanında əməlli-başlı kişidi. Dəfələrlə Həsənqulu Bərdədəki Çadır şəhərindən tappaturup bizə müraciət edir ki, biz nə vaxt Avropa Birliyinə girəcəyik. Deyir eşitmişəm ki, Avropa Birliyi ölkələrində kişinin kişi ilə evlənməsinə icazə verirlər. Və Həsənqulu Avropa Birliyinə buna görə daha çox can atır, çünki kişi dəfələrlə bildirib ki, Metyu Brayzadan kəsir. Həsənqulunun bu arzusu gözündə qalacaq, çünki bizi heç vaxt Avropa Birliyinə qəbul eləməzlər. Nə isə...
   
   Dünən Metyu Brayzanın "AzərTAC"a verdiyi müsahibəni diqqətlə oxudum. Bildiyiniz kimi, ABŞ Dövlət Departamenti özünün 2006-cı il yekunlarına dair məlum hesabatında Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi göstərməyib. Metyu Brayzanın bu müsahibəsi də həmin məsələ ilə bağlıdır və bu adam guya üzr istəyib. Məlum hadisədən sonra Azərbaycan hökumətinin ABŞ-a rəsmi səfərinin təxirə salınmasına ABŞ-ın narahat olduğunu bildirən Metyu Brayza deyir: "Azərbaycandakı dostlarımızı görməyəcəyimdən təəssüflənirəm. Ona görə şəxsən özüm təəssüflənirəm. Bununla yanaşı, rəsmi tərəfdən təəssüflənirəm. Çünki bu danışıqlar təhlükəsizlik sahəsində Azərbaycanla tərəfdaşlığımızın dərinləşməsinə yönəlib. ABŞ Azərbaycandan heç nə istəmir. İstəyimiz bir-birimizi dinləyib əməkdaşlıq vasitəsilə təhlükəsizliyimizi necə möhkəmləndirmək yollarını aramaqdan ibarətdir".
   
   Hansı təhlükəsizliyi möhkəmləndirməkdən danışır ki, ABŞ Dağlıq Qarabağı işğal olunmuş ərazi, Azərbaycan torpağı saymır. Hələ biz hər il ABŞ-ın Dağlıq Qarabağdakı terrorçulara elədiyi birbaşa milyonlarla dollar maddi yardımdan danışmırıq. Hələ biz Azərbaycana tətbiq olunan "907"dən danışmırıq.
   
   Deyir ki, ABŞ Azərbaycandan heç nə istəmir. ABŞ Azərbaycandan çox şey istəyir: neft istəyir, qaz istəyir, terrorçulara qarşı mübarizədə təkcə mənəvi yox, həm də maddi, fiziki dəstək istəyir. Onun öz düşmənlərinə qarşı bizim də düşmən mövqedə dayanmağımızı istəyir. Və sair və ilaxır. ABŞ Azərbaycandan çox şey istəyir.
   
   Biz Amerikadan heç nə istəmirik, nə neft, nə qaz, nə yardım, nə darçın, nə zəncəfil, sadəcə olaraq, ABŞ-dan məsələlərə ədalətlə yanaşmasını istəyirik və bunu görmürük. Eybi yox, ədaləti Yerdə təkcə ABŞ bərqərar eləmir. Ədaləti Yerdə bir Allah bərqərar eləyir, bir də millətin özü. Allahımız da var, millətimiz də, gec-tez biz ədaləti bərqərar edəcəyik.
   
   Məni ən çox güldürən onun tez-tez özünü bizim dostumuz kimi qələmə verməsidir: "Məni neçə illərdir ki, tanıyırsınız. Bilirsiniz ki, Azərbaycanın dostuyam". Səni heç kim Azərbaycanın dostu kimi tanımır, elə Metyu Brayza kimi tanıyır.
   
   Bizə qoyduğu bir minnətə baxın: "...hətta bu gün Dövlət Departamentinin rəsmi səhifəsinə baxsanız, görərsiniz ki, Azərbaycanın xəritəsində biz onun ərazi bütövlüyünü tanıyırıq". Cümlədəki "hətta" sözünə fikir verin. Ay sənin "hətta" deyən dilinə Haykanuş qurban, bəs onda rəsmi sənədinizdə bu niyə özünü göstərmir?
   
   Bu sarsaq elə bilir hamı sarsaqdı ey! ?örün daha sonra nə deyir: "Hesabatın ilkin variantındakı bəyanat (yəni Dağlıq Qarabağın Azərbaycanın işğal altında olan ərazisi kimi göstərilməsi - A.A) düzgün deyildi. Dağlıq Qarabağ üzrə danışıqların hazırki mərhələsini nəzərə alaraq bu bizim səhvimiz idi. Düzəlişdə deyilir ki, erməni qüvvələri əraziləri işğal ediblər. Lakin Ermənistan rəsmiləri Dağlıq Qarabağı işğal etmədiklərini bildirirlər. ?ördüyünüz kimi, biz sadəcə Ermənistan tərəfinin dediyini göstərmişik".
   
   Burda hansı tərəfsizlikdən, qərəzsizlikdən söhbət gedə bilər ki, məlum həqiqətə beynəlxalq normalara deyil, Ermənistan tərəfinin dediyinə söykənir bu Metyu Brayzanın dövləti? Niyə məhz Ermənistan tərəfinin dediyi sizin üçün əsas olur?
   
   Daha sonra müsahibədə oxuyuruq: "Ona görə də biz hesabatın ilkin variantında olduğu kimi səhvən desək ki, Ermənistan Dağlıq Qarabağı işğal edib, bu bəyanat status üzrə danışıqların nəticəsini əvvəlcədən qabaqlamış olar".
   
   Sözə fikir verin: "Səhvən desək ki". Deməli, Ermənistan Dağlıq Qarabağı işğal eləməyib. Yox ey, bu dəfə söyüş yazmayacağam. Ay nemes, bəs Xankəndindəki qoşunlar Ermənistan qoşunları deyil?!
   
   Və yenə xəritəni gözümüzə soxur: "Mövqeyimizi bilmək üçün siz Dövlət Departamentinin səhifəsində Azərbaycanın xəritəsinə baxın".
   
   ?ələk müsahibənin sonuna: "Hazırda biz həm də Ermənistan və Azərbaycan arasında DQ üzrə danışıqların nadir məqamındayıq. Məncə biz bir-birimizin dostluğuna etibar etməliyik. ... ?əlin dostluğumuza etibar edək".
   
   Bu millət həmişə dostluqda etibarlı olub. Amma nədənsə bu millətin dostları həmişə etibarsız olublar. Vaxtilə ermənilərlə də çox yaxın dost idik. Azərbaycanda yaxşı bir atalar sözü var: "İtlə dost ol, amma çomağını əldən yerə qoyma". ?əlin bunu yadımızdan çıxarmayaq. Bu gün həm Azərbaycan iqtisadiyyatı, həm də Azərbaycan Ordusu çox sürətlə inkişaf edir, Azərbaycan lider dövlətə çevrilib. Bütün gücümüzü də bu istiqamətə yönəltməliyik. Bizim "çomağımız" güclü iqtisadiyyatımız və güclü ordumuzdur. Və ədaləti də bu millət, bu dövlət güclü iqtisadiyyatı və güclü ordusu ilə bərpa edəcək.
   
   Qaldı Metyu Brayzanın üzr istəməsinə... Üzrün təpənə dəysin.
   
   
   
   
   
   


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK