hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: EŞŞƏK SÜDÜ Adalet.az | Faiq QİSMƏTOĞLU: EŞŞƏK SÜDÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: EŞŞƏK SÜDÜ

4913    |   2018-10-25 14:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Biz uşaq olanda tez-tez xəstələnərdik - ya öskürərdik, ya da boğazımız ağrıyardı! O qədər öskürürdük ki, öskürəyimiz kəsmək bilməzdi. Kəndin baş həkimi Hidayət dayım da çoxlu dava-dərman yazardı, ancaq bu da dərdimizə əlac eləməzdi. Hidayət dayım deyərdi ki, düzdü, mən həkiməm, dava-dərman da yazıram. Bu göy öskürək ki, var, çox çətin sağalır. Yaxşısı budu, uşaqlara eşşək südü içirdin…

Amma bunların heç birini biz eşitməzdik. Bu sözləri rəhmətlik Hidayət dayım anama deyərdi. Anam da bizim xəbərimiz olmadan Yüsür əmimgilə gedər, arvadına deyərdi ki, bir az eşşək südü versinlər. Eşşəyin də südü həmişə sağsan da çıxmazdı. Çox çətinliklə o südü eşşəkdən sağmaq olardı. Və eşşəyi də hər qadın sağa bilmirdi. Bunu ancaq Yüsür əmimin arvadı Sərayə arvad bacarırdı. Göy öskürək isə bizdən əl çəkmirdi. Anam da nə vaxtdan imiş Sərayə arvada deyirmiş ki, eşşəyin südünü sağanda bir az da bizə verərsən. Sərayə arvad da çox çətinliklə Yüsür əmimin eşşəyindən bir cam süd sağıb və camı da gətirib verib anama…

Anam bir səhər bizə dedi ki, inəyimizin südünü bişirmişəm, içərisinə də bal atmışam. Bax, bunu içsəniz, öskürəyiniz dayanacaq! Və biz də elə bildik ki, doğrudan da anamın bişirib bizə gətirdiyi və içinə bal atdığı süd boz inəyimizin südüdü. O südü içdik, heç iki gün keçmədi ki, üç qardaş üçümüzün də öskürəyi dayandı. Boğaz ağrımız da çəkildi…

… Və sonradan bizim 16-17 yaşımız olanda anam hər şeyi açıb danışdı. Dedi ki, sizi sağaldan qapımızdakı boz inəyin südü yox, Yüsür əminizin boz eşşəyinin südü idi. Düzdü, biz bir az diksinən kimi olduq. Amma sonradan hər şey arxada qaldı.

Kəndimizdə bu hadisədən sonra Yüsür əmimin eşşəklərinə olan məhəbbət bir az da artdı. Yüsür əmimin qapısında nə az, nə çox üç eşşək vardı: boz, qara, ağ. Və bu üç eşşək də səhərdən axşama qədər yük daşımaqdan belləri qabar olmuşdu. Və belləri qabar olan bu eşşəklərin böyük yazıçı Əziz Nesinin sözü olmasın, çox gözəl ala gözləri vardı. Və bu ala gözlərdə həmişə yorğunluq, kədər, həsrət, kimsəsizlik hiss olunardı.

Amma biz Yüsür əminin eşşəklərini çox istəyirdik. Ki başqa eşşəklər bizi yaxın qoymaz, təpik atar, minəndə də yıxardı. Bir dəfə əmiuşağımız Dilavər Yüsür əminin eşşəyini minir və eşşək də yerindən tərpənmir. Başlayır əlindəki çubuqla eşşəyi quyruq tərəfdən vurmağa. Eşşək də tərpənir, bir az gedir, sonra daşlığa çatanda rəhmətlik Dilavəri qaldırıb yerə çırpır. Necə yerə çırpılırsa, onun qabırğasının dördü qırılır. Kəndimizdə də tərs kimi sınıqçı yox idi. Merdinnidən dədəmin «Pobeda»sıyla sınıqçı Cümşüd kişini gətirdilər. Cümşüd kişi də Dilavərə baxdı, sonra soruşdu ki, sən hardan yıxılmısan belə? Yanındakı qardaşı Yavər dilləndi:

- Cümşüd əmi, Yüsür əmininin eşşəyindən yıxılıb.

Sınıqçı Cümşüd kişi gülümsədi və dedi:

- A bala, eşitməmisən bəs atdan yıxılana bir şey olmur, eşşəkdən yıxılan çox çətin sağalır. İndi darıxma, sənin dörd qabırğan sınıb. Yaxşı məlhəm qoyacam, sarıyacam. Amma gərək düz bir ay tərpənməyəsən, arxasü üstə yatasan. Bir aydan sonra gəlib sarğını açacam.

Əmioğlu Dilavərə düz bir ay arxası üstə yatdı. Və düz bir aydan sonra Cümşüd kişi gəlib onun sarğısını açdı. Dedi ki, indi dur yeri! O da durub yeridi. Bu hadisədən sonra elə ki, eşşək görürdü, Dilavər onların heç birinə yaxın durmurdu. Gözü nətəhər qorxmuşdusa, eşşək bir yana qalsın, heç ata da minmirdi.

Gör hardan gəlib hara çıxdım. O gün televizora baxanda gördüm ki, bir fermer eşşək ferması yaradıb. Və bu eşşək fermasında da onlar bəsləniləcək, südü sağılacaq və satışa çıxarılacaqdı. Kim nə deyir desin, eşşək qədər xeyirli heyvan çox az-az olar. Düzdür, o biri heyvanlar da xeyirlidir. Onun ətindən, yunundan, südündən, qatığından, yağından istifadə olunur. Amma biz həmişə eşşəyi başıqapazlı eləmişik. Yəni o biri heyvanlara hər cür ot- ələf, yem vermişik, ancaq eşşəyin qabağına bir çəngə saman atmağa ərinmişik. Deyirəm indi yazıq eşşəklər bəlkə bundan sonra bəziləri bir gün görə.

Axı hansı fermersə onun südünü satışa çıxaracaqsa, deməli, eşşəyə digər heyvanlar kimi qulluq göstərməli, təmiz ot, yonca, yem verməlidir. Özü də deyirlər ki, eşşək südünün bir litri 50 manata olacaq. Hər halda, bunun qiyməti nə qədər, necə olacaq, onu deyə bilmərik. Bir onu bilirik ki, böyük İbn Sina da və xalq təbabəti ilə məşğul olan digər tarixi şəxsiyyətlər də eşşək südündəki möcüzələrlə bağlı maraqlı fikirlər söyləyiblər. Və kimsə keçmişə söykənib bu addımı atırsa və gələcəkdə eşşək südü istehsal etmək istəyirsə, çox alqışlanası addımdır.

Deyirlər ki, son vaxtlar ölkəmizdə beş min eşşək yoxa çıxıb. Biri deyir onları kolbosa sexlərinə veriblər, biri deyir kəsib ətini bazarlara ötürüblər, biri də deyir ki, yox, elə deyil ey, yazıq eşşəklər meşələrdə, dərədə-təpədə canavara, caqqala yem olub. Ancaq hər deyilən bir sözdə bəzən bir yalan və həqiqət də gizlənə bilir. Və bir yalan və bir həqiqətin nə dərəcədə doğru olduğunu heç kəs dəqiq deyə bilməz. Nə yaxşı ki, bu eşşəklərə son vaxtlar bir qədər sevgi və məhəbbət artıb. Görünür, yazıq eşşəklərin də bəxti yavaş-yavaş oyanmağa başlayır.

Eşşəklə bağlı çox müxtəlif fikirlər səslənib. Biri digərini söyəndə «eşşək» deyir. Amma çox nahaq yerə - mənim özüm də bayaqdan «eşşək» deməkdən dilim qabar oldu. Axu onun adı uzunqulaqdı. Biz eşşək deməklə bəlkə də bu gözəl, bu sədaqətli və bu mavi, qara gözlu eşşəkləri aşağılamış oluruq. Hər halda, eşşək olanda nə olar, onu da Allah yaradıb.

Elə adam var ki, uzunqulaqdan yaman gündədi. Məsələn, uzunqulaq bir dəfə batdığı yerdən ikinci dəfə başını kəssən gedən deyil. Amma adam var ki, iki dəfə, üç dəfə, dörd dəfə o bataqlığa düşür, yenə utanıb qızarmır, ora üz tutur. Siz deyin, belə olan halda eşşək yaxşıdı, yoxsa o bataqlığa tələsən, ağlı başında olan adammı?!

Böyük Ramiz Rövşənin «Gözü yaşlı yorğun eşşək» şeirinin son bəndilə bu mövzuya nöqtə qoymaq istəyirəm. Hərçənd ki, dəfələrlə mövzuya nöqtə qoymuşam, amma özümdən asılı olmayaraq, yenə həmin mövzuya qayıtmışam. Böyük Ramiz Rövşən yazır:

… Bu palan zalımdı, zalım,

Səni hər gün zora salıb.

Axır bir gün yola salıb,

Səndən balana qalacaq.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK