ANA SƏHİFƏ / ƏDƏBİYYAT

RÜŞVƏTİ YOX, HƏDİYYƏNİ HAMI SEVİR

5113    |   2018-10-04 22:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində Müəllimlər gününə yazı yazmaq istəmirdim. Yazsan da, yazmasan da heç nə dəyişmir. Mən də dəyişmirəm. Təhsil, məktəb, müəllim mövzusu yaram olub. Özüm bütün nöqsanları görsəm də, bilsəm də tənqid edəndə ağrıyıram, bəraət verməyə çalışıram. Amma çətindi...
Sosial şəbəkədə Müəllim gününün qeyd olunmaması ilə bağlı fikirlərə rastlamaq, "Pul yığmaq günü" kimi müzakirə olunmasını eşitmək çətindi. 5 Oktyabr 1966 - cı ildən YUNESKO - nun qərarı ilə Beynəlxalq Müəllimlər günü adlanır və bir çox ölkələrdə qeyd olunur . Sovet dövründə SSRİ Ali Sovetinin 29 sentyabr qərarı ilə 1965 -ci ildən qeyd olunurdu. 1994 -cü ildən isə həmin YUNESKOnun qərarı ilə Ümumdünya Müəllimlər Günü kimi təsis olunub. Müstəqil Azərbaycanda da bu peşə bayramı 1993 - cü ildən rəsmi status alıb. Vikepediyada "Müəllim günü" ilə bağlı məlumatda belə cümlə var: "Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər". Yəni bu bayramda şagird və tələbələr sevimli müəllimlərini təbrik edə bilər. Üçüncü sinifdə oxuyan nəvəm də bu fikirdədir. Hər bayramda təbrik gözləyir və təbrik etmək istəyir, xüsusən müəllimlərini. Çünki ailədə belə əhval görüb həmişə. Və bu ona xüsusi zövq verir. Müəlliməsinin ad günü dərs ilinin ilk həftəsinə düşür. Sinif yoldaşlarından birinin "Müəllimə ad gününüzü təbrik edirəm" dediyini eşitmişdi. Evdə təəsüflə "müəlliməmin ad günüydü, yenə onu heç nə ilə təbrik etmədim. İstədim açıqca yazım vərəqdə, sonra başım qarışdı. Çox pis oldu" - deyə kədərləndi bir - neçə gün. İndi müəllim günü yaxınlaşanda da həyacanla" Nənə, Müəllimlər gününə lap az qalıb". "Nə olsun?" - dedim. "Müəlliməni təbrik etmək lazımdı axı..." Bilərəkdən "Sən etmə" dedim. Duruxdu. "Nənə, sən də müəllimsən, istəmirsən səni təbrik etsinlər?" "Yox." cavabının "niyə"sini izah etmək bir az müşgül idi. Ona görə qısaca dedim: "Olmaz. İcazə vermirlər". Dediyimə də o dəqiqə peşman oldum əslində. Cavabı ləngiyən "Kim?"sualını özü cavabladı: "Pis adamlar yəqin..." Gözündəki təlaşda bir az da kədər vardı. Bu kədərin səbəbi hədiyyə məsələsində asılılığının olmasını anlaması idi. "Axı bayramdı..."- səsində bir həzin narahatlıq hiss etdim. Ya mənə elə gəldi. Üzünün, gözünün ifadəsində arzunu gerçəkləşməyə qoymaya pis adamların olması düşüncəsinə üzüldüm çox, tələsik "Əlbəttə bayramdı, pis adamların sözünə qulaq asmaq olmaz və müəllimi təbrik etmək lazımdı". Üzündəki sevinci ancaq hiss etməlisiz. Fikirləşdim ki, nə gözəl arzudu. Yadına düşən, əziz gündə təbrik etmək istədiyin adamın olması, bu duyğunu yaşamaq gözəldir. Və bu yaşda uşaqlara "rüşvət" sözü də, onun izahı da yaddı. Bir vaxt hər birimizə yad olan, izahını anlaya bilməyəcəyimiz bu söz niyə sonralar bu qədər "doğmalaşır" həyatımıza qarışır görən? Hamının ömründə zəhməti olan müəllimin günü, müqəddəs dediyimiz peşə sahiblərini təbrik etmək hissi nədən cılızlaşıb "rüşvət" sözünün ağırlığında əzilir? "Pul yığmaq günü gəlir" kimi ağır ittihama dönür? Günah kimdədir? Günah hər birimizdədir. Təbiiki ilk növbədə dəyərini, özünəmünasibəti bu qədər aşağılayan müəllimdədir. Sinif iclasında belə söhbətlər edən, yığılan pulun miqdarından narazı qalan, verilən hədiyyəyə görə uşaqlara dəyər verən müəllimdə. Pul yığan müəllimlərin, məktəbə, xüsusilə də ibtidai siniflərə şagird qəbulunda öz məbləği olan məktəblərin, imkansız uşaqları gözümçıxdıya salanların və s. və ilaxırların olmasını kimsə inkar edə bilməz. Elə faktlarla üz -üzə qalırsan ki, müəllim adından utanırsan. Amma fərqliləri də var. Bizim direktor fəaliyyətinin ilk günündən belə hallarla mübarizə aparır. Və belə məktəb rəhbərləri də, müəllimlər də çoxdur. Bəs niyə rüşvət dayanmır? Çünki əsas günahkar heç vaxt özünü görmür. O ümumi danışan, rüşvət verdiyi(və ya istəyən) məktəbin, müəllimin adını müxtəlif mənasız bəhanələrlə çəkməyən valideynlərdədi günah. Əgər sən övladını belə çirkabdan qoruya bilmirsənsə, qorumursansa, müəllimin ovcuna pul basırsansa niyə və nəyi müzakirə edirsən? Özü də bu rüşvəti "uşağımı incitməsin, güzəşt etsin, qiymətini yüksək yazsın, yəni nöqsanlarına göz yumsun" deyə verirsən. Bir özünə də bax ay VALİDEYN! Hansı müəllimin yanına qaçırsan? Şəxsiyyət yetişdirməyə can atanın, yoxsa mənəvi şikəst edənin? Təbiiki ikincilərin yanına qaranəfəs gedənlər qat - qat çoxdu. Bunun illərdi çanlı şahidiyəm, öz şəxsi təcrübəmdən bilirəm. Təbrik etmək könüllü məsələdir və ürək məsələsidir. Bu da ürəyindən keçməlidir, arzulamalısan. Uşaq böyüdükcə həmişə nəsə uman müəllimini, yəni rüşvətxoru tanıyır və onu təbrik - filan etmək istəmir. O sevdiyi müəllimini təbrik etmək istəyir. Bunu edən valideyndir. Uşağını rüşvətlə iş görməyi öyrədən valideyndir. Qəribə təzaddır: müəllimləri qınaq obyektinə çevirən də həmin o valideynlərdir. Hər kəsə, xüsusən də müəllimə ürəyindəki çirkli niyyətlə, təmənnayla deyil, gözəl hisslərlə bayram yaşatmalısan. Müəllim günündən iki gün öncə şagirdlərimdən biri sinif yoldaşının verdiyi çiçək dəstəsinə baxaraq "Müəllimə, ad gününüzdü?" - deyə sordu. "Yox, müəllim günü təbrikidir. Mən axı həmin gün məktəbdə olmuram."- dedim. Balaca titrək əliylə əlimdən tutdu: "Təbrik edirəm" - pıçıldadı. Səsindəki titrəyişi də hiss etdim. Özümə sıxdım. Onun sevgisini də, təbrik etmək arzusunu da yaşadım. İmkanlı, ya imkansız ailədən olması haqda təsəvvürüm yoxdu. Sadəcə bu tərtəmiz hiss şahanə idi. Pıçıltısı ən möhtəşəm hədiyyə idi mənim üçün. Kövrəldim azca: Bu tərtəmiz duyğular, bu təmənnasız sevgilər nə vaxt çirklənir? Niyə bu möhtəşəm saflığı qoruya bilmirik? Qorumuruq? Və hamıya demək istədim:
Ürəyinizi çirklənməyə qoymayın. Qoymayın ki, sevgi dolu tərtəmiz pıçıltıları eşidək. Sağlam mühitdə, gözəl cəmiyyətdə yaşaya bilək. Ürəyini qoruya bilənlər, BAYRAMINIZ mübarək.
Yaddaşımdan: Tələbə olarkən Müəllim günündə sevdiyim müəllimimə İ. Şıxlının seçilmiş əsərlərini almışdım. Onda kitab gözəl hədiyyələrdən idi. Tələbə yoldaşlarımdan "o rüşfətxordur, kitabı neynir?Qaytaracaq." deyənlər oldu. Mən imtahanlarda heç vaxt pul vermədiyimdən onun rüşvətxor olması haqda dəqiq bir söz deyə bilmərəm, amma kitab hədiyyəmə çox sevindi. Üzündəki məmnun ifadə, gözlərindəki təbəssüm indiyə kimi yadımdadır. Əminəmki, istənilən adam, hətta rüşvətxor olsa belə, rüşvəti yox, hədiyyəni sevir.

KAMALƏ ABİYEVA


İmza:
SON XƏBƏRLƏR
2018-10-23
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK