Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aydın BAĞIROV: Maltadan Bakıya qayıdanda... Adalet.az | Aydın BAĞIROV: Maltadan Bakıya qayıdanda... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aydın BAĞIROV: Maltadan Bakıya qayıdanda...

26660    |   2018-09-11 20:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya çempionu Fransadan xal alıblar. Nəticədən xeyli məmnun göründüyünü bir neçə dəfə qeyd etdi. Bəli, Maltanın düşərgəsində bayram idi. Bizdə isə matəm fason bir şey.

Diqqətimi ilk çəkən oyundan sonra stadionda Qara Qarayev oldu. Yaxınlaşıb görüşsə də, danışmaq halında deyildi. Gözünün də içi qıpqırmızı. Mənə elə gəldi ki, o, bu xal itkisinə görə ağlayıb. Bəlkə də yanılıram. Amma yüz faiz bildiyim odu ki, dünən axşam Maltada havada gözə təsir edə biləcək hər hansı virus yox idi. Sonra aeroportda acı bir etirafda bulundu mənə:

-Kənardan baxan elə bilər ki, qəsdən oynamamışıq. Adama möhkəm təsir edir.

Gücüm ona yalançı təsəlli verməyə çatır:

-Keçib gedər, futbolda olur belə şeylər.

Çarəsizcəsinə, "bilmirəm” deyib gözləmə zalına üz tutur.

***

Əslində hamı pis durumda idi. Bütün futbolçular, eləcə də AFFA-nın baş katibi Elxan Məmmədov. Qurban Qurbanova isə gələcəyəm. Bir sözlə, bıçaq vursan, heç birindən qan çıxmazdı. Yadıma Berti Foqtsun dönəmində milli komandamızın Portuqaliyaya səfər oyunundan sonrası düşdü. O zaman da aeroportdaydıq. Amma onda futbolçuların hamısı olmasa da, əksəriyyəti elə şən ab-havada idilər, elə deyib gülürdülər ki, sanki 2-3 saat əvvəl 0:3 uduzan biz yox, elə Ronaldonun komandası olub.

Amma Malta əlbəttə ki, Portuqaliya deyil. Bu komanda ilə matçdakı xal itkisi bizimçün faciə olmasa da, hər halda ciddi bir siqnaldı. Bəli, Qurban Qurbanov millini qəbul etməklə ağır yükün altına girib, nəticəyə, oyuna görə birbaşa cavabdeh də odur. Kosovo, ardınca Maltayla 6 xal deyil, 2 xal qazanmağımızın, daha dəqiqi 4 xal itirməyimizin birbaşa məsuliyyəti Qurban müəllimin üzərindədi. Amma bugün elliklə onun üzərinə necə gediriksə, başqa problemlərə də toxunmalıyıq. Millinin əksər futbolçuları oyun təcrübəsi baxımından pis vəziyyətdədir. Səbəb onsuz da hamıya bəllidi: ölkədə futbol batıb gedir, çempionatda rəqabət demək olar qalmayıb. Bu gün bu ölkənin futbolunun simasını qoruyan, az da olsa ayaqüstə saxlayan "Qarabağ”dı, yəni həm də Qurban Qurbanovdu. Millinin matçlarında da çox yox, müəyyən dərəcədə "Qarabağ”ın oyunçuları fərqlənir. Çünki Avroliqada mübarizəni davam etdirirlər, səviyyəli rəqiblərlə oyun təcrübələri var. Amma onların da son iki qarşılaşmada milliyə ciddi köməkləri dəymədi. Çünki problem fərdlərdə yox, ümumi komandadadı. Qurban Qurbanov, əlbəttə ki, bunu qısa zamanda həll etməlidi. Hələ heç nə itirilməyib. Qrup lideri Kosovo ilə aramızda cəmi 2 xal fərq var. Lakin vaxtımız çox azdı. Tariximizdə ilk dəfə Avropa çempionatının final mərhələsinə düşmək kimi möcüzəvi bir şans əldə etmişik. Ondan mütləq yararlanmalıyıq.

Bəli, Qurban Qurbanov aparmalıdı millini irəli. Amma təkbaşına deyil. Hamının, ən çox da klubların köməyi ilə. Necə? Sadəcə, əsas komandaya hazır futbolçu göndərməklə. Qurban Qurbanov millidəki 5-10 günlük məşqlərlə "ölmüş” futbolçunu "dirildəcək” qədər sehrbaz biri deyil.

***

Gecə Bakı vaxtıyla saat 4, ya 5-di. Təyyarədə çoxusu yuxuya gedib. Amma o, əlində noutbuk 1-2 əsas futbolçusunu yanına çağırır. Malta ilə oyunu təhlil edəcəklər. Gecənin bu saatında...

Berti Foqtsla Robert Prosineçki isə belə vəziyyətlərdə adətən yeddinci yuxuda olardılar.

... Deməli, çox yox, bir balaca ədalətli olmaq lazımdı.

Bir balaca...




İmza:Qol.az

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK