deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Aqil ABBAS: MƏSULİYYƏTSİZLİK Adalet.az | Aqil ABBAS: MƏSULİYYƏTSİZLİK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: MƏSULİYYƏTSİZLİK

17461    |   2018-08-08 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalqımızın çoxsaylı xahişlərindən sonra Tarif Şurası metroda və şəhərdaxili nəqliyyatda qiymətləri 50 faiz artırdı. Eləcə də kilometrə 2,4 qəpik hesablamaqla şəhərlərarası məsafələrdə də qiymət artımı oldu. Çox gözəl, çox pakizə. Allah Tarif Şuramızın işini avand eləsin, xalqımızın arzu və xahişlərinə belə tez-tez əməl etsin.

Bizi maraqlandıran başqa bir məsələdi. Mətbuatda işğal altda olan rayonlarımıza gediş haqqının nə qədər müəyyənləşməsi ilə bağlı məlumata rast gəldim. Bakıdan rayonlara kaç kilometr olduğunu göstərən cədvəli görəndə çaşıb qaldım ki, bu cədvəli kim tutub?

İndi bilmirəm, rayonlarası məsafə nə ilə ölçülür, bütün dünyada, eləcə də keçmiş Sovet İttifaqında bu məsafə bir nömrəli poçtlararası ölçülürdü.

Gələk rəqəmlərə…

… 70-ci illərdə mübahisə sevən bir dostumuz vardı Hacı adında, hörmətli, sayılıb-seçilən oğlanlardan biri idi. Azərbaycan Dövlət Universitetində də müəllimlərin, bəlkə də rektordan sonra ən çox sayıb hörmət etdiyi bir şəxs idi. İndi cənnətdədi. Heç kəsin maşını olmayanda onun maşını vardı. Bir də gördün mübahisə edir ki, Bakıdan Ağdama 352 kilometr 35 metr 12 santimetrdi. Biz də deyirdik ki, Hacı, ağ eləmə də, heç olmasa metrlə santimetri demə də. Gülüb deyirdi ki, kim inanmır, dursun otursun maşına, ölçək…

… İndi Hacının sözü olmasın, burdan Ağdama 355 kilometr 43 metr 36 santimetrdi, amma cədvəldə göstərilib ki: Bakı-Ağdam – 378 kilometr. Bu rəqəmi hardan alıblar? İkincisi, Bakı-Xankəndi – 387 kilometr.

Belə çıxır ki, Ağdamdan Xankəndinə 9 kilometrdi, amma əslində isə Ağdam-Xankəndi 25 kilometrdi,

Bakı-Şuşa – 404 kilometr. Yenə səhv rəqəmdi. Ağdamdan Şuşaya 37 kilometrdi, cədvəldən isə belə məlum olur ki, 26 kilometr. Dostlar, Bakıdan Şuşaya 392 kilometrdi.

Yazıblar, Bakı-Füzuli – 437 kilometr. Bilmirəm, bəlkə «çerez» Laçın hesablayıblar? Bakıdan Füzuliyə 337 kilometrdi, yüz kilometri hardan tapıb qoymusuz üstünə?

Bakı-Qubadlı- 514 kilometr, Bakı-Zəngilan – 540 kilometr.

Bakıdan Qubadlıya yol Cəbrayıldan keçib gedir, Böyük Mərcanlıdan və məsafə 390 kilometrdi. Bakıdan Zəngilana da təxminən 400 kilometr.

Bəlkə, yollar uzanıb xəbərimiz yoxdu? Bəlkə, ermənilər işğal altda olan ərazilərin genişləndirməyin yeni yollarını tapıblar?

Bu rayonlara da avtobus işləmir, deyək ki, sərnişinlərdən hökumət 2-3 manat artıq qoparsın.

Bəli, işğal altında olan rayonların cədvəli çap olunub. Amma nə Xocavəndin, nə Xocalının, nə Ağdərənin, nə də Əsgəranın adı var. Mən bilmirəm, bəlkə bu rayonlar azad olunub?

Bu cədvəli tutan əlaqədar təşkilatlar, bir qədər məsuliyyətli olun.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK