Adalet.az | BAĞIŞLA, MUSA YAQUB Adalet.az | BAĞIŞLA, MUSA YAQUB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAĞIŞLA, MUSA YAQUB

12159    |   2018-07-28 09:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Deyir, möcüzə gözləmək əvəzinə ətrafinizdaki möcüzələrin fərqinə varın. Doğrudan, ətrafımızda o qədər gözəlliklər var ki, lazımsız səbələrin onları ört-basdır etməsinə, üstələməsinə izn veririk, görməzdən gəlirik, lazımi qiymətini vermirik, varlığına şükür etmirik və itirəndən sonra qədrini bilirik ki, o zaman da çox gec olur...

...Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə,
Bir də görəcəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var,amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatirəm uzaq...
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq...

"Ədalət"çilər yenə ad günlərini qeyd etmək üçün təbiət qoynuna səyahət etdilər. Bu dəfə yurdumuzun ecazkar guşələrindən biri olan İsmayıllıya. 28 ildir ki, bu ənənə davam edir və nə qədər bu kollektivin başında Aqil Abbas var, yəqin ki, belə də davam edəcək. Amma mənə heç cür qismət olmur sevdiyim kollektivimlə birgə səyahət. Əvvəlki illərdə bu, o qədər də təsir etməmişdi. Amma bu il...
İsmayıllı deyəndə ilk yadıma düşən Buynuz kəndi və Musa Yaqub olur həmişə. Orda bir doğmam, əzizim var sanıram. Orda bir müqəddəs yurd və o yurdun dayağı bir müqəddəs insan yaşayır mənim üçün. Adətən ilk baxışdan insanın xarici görkəmi nəzəri cəlb edər. Gözəl xarici görkəm sevdirsə də tanıdıqca "o" deyilsə uzaqlaşırsan, yanıldığına təəssüf edirsən. Amma elə insanlar var ki, içinin nuru, şöləsi üzünə elə yansıyır ki, daxili aləminin sehri elə möcüzələrə aparır ki, insan o sehrli aləmə necə düşdüyünün fərqində olmur və o nurun sahibi də qarşısındakına mələk timsalında görünür. Musa Yaqub da həmin insanlardan biridir.
Onu çoxdan görmürdüm. Görmürdüm deyəndə ki, bircə dəfə yaxından canlı-canlı özünü, şeir oxuduğunu, gözəl, səmimi nitqini Əbülfət Mədətoğlunun 50 illik yubileyində izləmişdim. Amma televiziyada, radioda, mətbuat səhifələrində onun şeirlərini oxuduqca, ifasını izlədikcə təkrar-təkrar istedadına, səmimiyyətinə məftun olurdum. Şeirlərini elə gözəl oxuyur ki, heç bir qiraətçi o şeirləri onun özü kimi oxumaq bacarığına malik deyil. Həmin yubileydə unutmayacağım bir özəllik də o idi ki, Bakıda görünməmiş şaxta, qar vardı. Hər tərəf buz bağlamışdı. Avtobus marşrutları belə, doğru-düzgün işləmirdi. Heç kim isti ocağından çıxmaq istəmədiyi elə bir havada Musa Yaqub İsmayıllıdan şairin dəvətini qəbul edib, onun qəlbini sevindirmək, təbrik etmək üçün gəlmişdi. Bu, insanlığın ən gözəl nümunəsi idi. İçiylə çölü bir olan insanlar həmişə sevilirlər.
Gümrah idi o zaman, həm də çox gözəl əhvalda idi. O, ayağa qalxar-qalxmaz qonaqlar ümumi fikir birliyi ilə şeir istədilər. Heç kəsi incitmək istəməyən bu səmimi insanın şeirlərini öz ifasında dinləmək elə zövq verdi ki mənə, hələ də unuda bilmirəm. O yubiley diskini həm də Musa Yaqub şeirinə, ifasına görə dəfələrlə izləmək istəmişəm. Hərəkətləri də gözümün önündədir:

Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə!

Sevgiyə bax, sevgiliyə münasibətin ölçüsüzlüyünə, sadəliyinə bax! İçində qıvrıldığı əzabın sevdiyinin çəkməməsi istəyinin səmimiliyinə bax! Şeiri söylərkən özü də əyilib suala döndü, o sevgi əzabını sanki bir də yaşadı şair, bunu hiss etməmək mümkün deyildi...
Bu xatırlamalar "Ədalət"çilərin neçə gündü sıx-sıx paylaşdıqları İsmayıllılı, Musa Yaqublu şəkillərdən sonra daha da sıxlaşdı. Onların bu istirahətinə baxıb fərəhlənsəm də, içimə elə bir təəssüf da çökdü ki, anlatmaq çox çətindi. Dağ adamı, poeziyamızın dağ boyda güvənci, palıdı, çinarı, daşı, meşəsi, çeşməsi... Musa Yaqubun xəstə halı içimi sızlatdı. Təbii ki, insan da elə təbiət kimidir baharı, yayı, payızı, qışı var. Bir də var həmişəbahar - yaddaşlarda, xatirələrdə həmişəcavan, həmişəyaşar olan insanlar ki, Musa Yaqub onlardandı. Amma onun zəifləmiş cüssəsini görüncə özümü çox qınadım. Nə problemim olursa olsun, onu ziyarət üçün getməyə dəyərdi... Çox da uzaqda deyil, amma ziyarətini hər dəfə yubadıram.
Şamanı xatırladır mənə həmişə bu müdrik insan. Həm xarici görkəmi, həm də yurd sevgisi, ocaq mühafizəkarlığı ilə. Sanki Şaman duasıyla yurdunun, el-obasının dayağıdır, onu buraxıb bir yerə gedərsə, məhv olar bu yurd onsuz. Alışdığımız ənənələri dəyişdi Musa Yaqub - tanınmışları görmək üçün Bakıya can atan şeir, poeziya sevərlərin yönlərini İsmayıllıya doğru döndərməyi bacardı. Göstərdi ki, kənddə də böyük ədəbiyyatın böyük yaradıcısı olmaq mümkündür. İndi Buynuz deyəndə Musa Yaqub, Musa Yaqub deyəndə Buynuz xatırlanır.
Bağışla Musa Yaqub, gözəl insan, müdrik ağsaqqal, dəyərli şair, səni ziyarət üçün hər şeydən imtina etmək olardı. Bəzən qiymətlilərimizin qədrini bilmirik, bugün-sabaha salırıq. Sonra da siz dediyiniz kimi, onda da çox gec olur...
Dünya onsuz da etibarsızdı, bir gün aparacaq hər birimizi sonsuzluğa. Özün demisən axı,
Vəfasız, dünyadan vəfa umanda,
Dünyaya adamın yazığı gəlir.

Amma o günə qədər çox yaşa, sağlam yaşa, əbədi həyata tələsmə, bizə belə səmimiyyət hələ çox lazımdı, ona çox ehtiyacımız var. Ruhumuzun qidalandığı əvəzsiz şeirlərinizdən məhrum etmə bizi!




YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK