deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Faiq Qismətoğlu: NURLU ADAM... Adalet.az | Faiq Qismətoğlu: NURLU ADAM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq Qismətoğlu: NURLU ADAM...

14301    |   2018-07-20 14:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... İnsan yaşa dolduqca onun əməlləri zaman-zaman çöhrəsinə, üzünə çıxır. Yaxşı insandırsa, o çöhrədə nur görünür. Əgər ömrü-günü pisliyə, şərə sərf olunubsa, o sifətdə ancaq şeytani hisslər, duyğular görmək mümkündür. Və bir də insanda heç vaxt özbaşına nur yarana bilməz. O nuru insanlara Allah-Təala əməli saleh və savab işlərinə görə qismət eləyir. Haqqında söhbət açmaq istədiyim tanınmış və istedadlı yazıçı-jurnalist Müzəffər Məlikməmmədov da məhz belə işıqlı və nurlu ziyalılardan sayıla bilər.

Mən bu fikri heç də təsadüfən işlətmədim. Hardasa Müzəffər müəllimi ötən əsrin 70-ci illərindən tanıyıram. Onda Müzəffər Məlikməmmədov "Sovet kəndi" qəzetində şöbə müdiri işləyirdi. Daha doğrusu, onunla məni istedadlı şair və əmim oğlu Vaqif Bəhmənli tanış eləmişdi. Bir gün Vaqif məndən soruşdu ki, SSRİ Jurnalistlər İttifaqına niyə keçmirsən? Gəl, kömək eləyim o ittifaqın üzvü ol. Guya o ittifaqın üzvü olanlar səndən savadlı, istedadlı adamlardı? Məni götürüb getdi Müzəfər Məlikməmmdovun otağına. Dedi ki, Faiq qohumum olmasına baxmayaraq, yaxşı jurnalistdir. Ona bir zəmanət yazarsan, ittifaqa keçəndə lazım olar. Həmin zəmanətin birini Müzəffət Məlikməmmdov yazdı, birini qəzetin şöbə müdiri Əkbər Rəhimov hazırladı, birini də Vaqif Bəhmənli özü yazdı. Bir aydan sonra onların köməkliyi ilə məni SSRİ Jurnalistlər İttifaqına üzv qəbul elədilər. Və o vaxt da bu mötəbər quruma hər jurnalisti qəbul etmirdilər. Ən azından üç tanınmış jurnalist sənin barəndə zəmanət yazmalı idi. Bəlkə də Vaqif Bəhmənli olmasaydı, mən o zəmanəti çox çətinliklə əldə eləyə bilərdim.

Müzəffər Məlikməmmədovun mənim barəmdə yazdığı zəmanətin bir neçə cümləsi indiyə kimi yadımdadır: "Faiq Hüseynov çox istedadlı və savadlı bir oğlandır. Onun gələcəyinə inanıram və zəmanət verirəm ki, o, müəyyən zaman kəsiyindən sonra bizim etimadımızı doğruldacaq, böyük mətuatda öz sözünü deyəcək". Hələ mən onda Faiq Hüseynov imzasıyla yazılar qələmə alırdım və imzam da bir o qədər populyar, tanınmış deyildi. Məni Faiq Qismətoğlu eləyən Aqil Abbas oldu, mənə böyük meydan verdi və bu 28 ildə Azərbaycan oxucusuna tanıtdırdı. Mətbuatda nə uğur qazanmışamsa, buna görə böyük istedad sahibləri Aqil Abbasa, Vaqif Bəhmənliyə, Müzəffər Məlikməmmədova, Əkbər Rəhimova... minnətdaram. Minntədarlığa qalsa çoxlarının mənim boynumda halal haqqı var. Adlarını yazsam uzun bir siyahıya alınar. Çünki bu yazı mənim haqqımda deyil, qələminə, özünə və şəxsiyyətinə böyük hörmət elədiyim Müzəffər Məlikməmmədov barəsindədi. O Müzəffər Məlikməmmədov ki, mənim kimi onlarla gənc jurnalistə düz yol göstərib, arxa durub. 

Bir neçə gün bundan əvvəl onun çalışdığı "Samur" qəzeti redaksiyasına getmişdim. Qapını açanda gördüm ki, otaqda yoxdu. Və bu vaxt qəzetin baş redaktoru Sədaqət xanımla görüşdüm. O Sədaqət xanım ki, Azərbaycan jurnalistikasının barmaqla sayılan istedadlı yazarlarındandır. Çünki sözün açığı, bu gün mətbuatımızda bu cür xanım yazarlar çox azdır. Onlar zamanında öz istedadları, peşəkarlıqları, savadları və əxlaqi dəyərlərilə Azərbaycan jurnalistikasında böyük iz qoyublar və nümunə göstəriliblər. Mən həmişə Sədaqət Kərimovaya çox böyük hörmət bəsləmişəm. Ən azından ona görə ki, o bizim fakültənin məzunudu, çalışdığı 50 ilə yaxın müddətdə bu peşənin, bu sənətin şərəfini qoruyub saxlayıb. Eşq olsun belə namuslu, istedadlı və şərəfli xanım jurnalistə!

Sədaqət xanımla söhbət zamanı yazacağım yazının sərlövhəsini dedim. Çox xoşuna gəldi. Elə üstəlik də bu yazını yazamağa mənə Sədaqət Kərimova məsləhət bilmişdi. Bir neçə gün əvvəl Müzəfər müəllimin yanında olanda dedi ki, xəbərin var, iyul ayının 25-də Müzəffər müəllimin 70 yaşı tamam olur. Bəlkə siz də bir neçə kəlmə söz deyəsiniz. Onsuz da mənim ürəyimdə nə vaxtdan idi ki, Müzəffər Məlikməmmədov ilə bağlı bir yazı dolaşırdı. Ancaq o yazı hələ yetişməmişdi. İstetadlı jurnalist Sədaqət xanımın fikirlərindən sonra bu yazı yarandı və gəlib bilgisayara ürəyim istədiyi formada yekunlaşdırdım.

Bayaq mən nurlu adam dedim. Çox vaxt elə fikirləşirəm ki, bu nur Müzəffər müəllimə hardandır? Yəqin həcc ziyarətində olub, ordan yaranıb. Amma insan var ki, bir əməli işi elə həcc ziyarətinə dəyər. Məsələn, Müzəffər müəllim "Hacı Davud" əsərini qələmə almaqla elə həccə getmiş sayılar. Çünki bu xalq qəhrəmanı uzun müddət xalq düşməni kimi tarixdə qalıb. Çünki o, rus və fars imperiyasına qarşı öz xalqının azadlığı yolunda mübarizə aparıb. Bu kitabı araya-ərsəyə gətirmək üçün Müzəffər Məlikməmmədov 27 il arxivlərdə işləyib, 764 mənbədən 840 arxiv sənədindən istifadə eləyib. O qədər məzmunsuz, mənasız tarixi kitablar işıq üzü görüb. Və bu tarixi kitablara görə, kimlərsə tarix elmləri namizədi, tarix elmlər doktoru adı alıb. Müzəffər müəllimin bu kitabı ən yüksək elmi ada layiqdir. Orda həm bir xalqın tarixi var, həm onun mədəniyyəti əks olunub, həm də qəhrəmanlıq salnaməsi qələmə alınıb. O kitabdan, bu kitabdan köçürülüb elmi dərəcə alan alimlərin kitabları vallah, bir müddətdən sonra heç bir qəpiyə də dəymir.

Müzəffər Məlikməmmədovun indiyə kimi 15-dən çox kitabı işıq üzü görüb. Bu kitabın siyahısına "İgid ömrü", "Gecə işığı", "Xaçmaz zəfər gözləyir", "Polkovnikin andı", "Qanlı dərə" kitabları əlavə edilə bilər. Hər bir kitab Müzəffər müəllimin yuxusuz gecələrinin, alın tərinin, narahat günlərinin bəhrəsidir. Və hər bir kitabı araya-ərsəyə gətirənə qədər o, ömrünü bu yolda şam kimi əridib. Şam kimi əridib, qaranlıqların üstünə əbədi sönməz bir işıq salıb...

Müzəffər Məlikməmmədovun ömür yolundan: "Müzəffər Nizami oğlu Məlikməmmədov 1948-ci il iyul ayının 25-də Quba rayonunun Digah kəndində müəllim ailəsində anadan olub. 1970-ci ildə Leninqrad Hərbi Müxbirlər məktəbini, 1975-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Müxtəlif dövrlərdə "Qızıl Qusar", "Sovetskiy moryak" "Sovet kəndi", "Həyat", "Bərəkət", "Alpan" qəzetlərində müxbir, baş müxbir, şöbə müdiri, redaktor müavini, redaktor vəzifələrində çalışıb. Hazırda "Samur" qəzeti redaksiyasında baş redaktorun müavinidir. SSRİ dövründə 70-dən çox mətbu orqanı ilə əməkdaşlıq edib, son 45 il ərzində mətbuatda postsovet məkanında yaşayan xalqların 24 dilində 800-dək məqalələri, oçerkləri, esseləri, reportajları, korrespondesiyaları, felyetonları, zarisovkaları, reydləri və informasiyaları dərc olunub. Jurnalistika sahəsində qazandığı uğurlara görə o, SSRİ dövründə "Əməkdə fərqlənməyə görə" və "Əmək igidliyinə görə" medallarına, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına, SSRİ və Azərbaycan SSRİ Xalq nəzarəti Komitələrinin, Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinin və digər nazirliklərin Fəxri Fərmanlarına layiq görülüb.

Bu cür istedadlı və peşəkar jurnalistin bu yaxınlarda, yəni konkret olaraq iyul ayının 25-də 70 yaşı tamam olur. Müzəffər Məlikməmmədov bu 70 yaşı çox şərəflə, namusla, qürurla yaşayıb. Və Allah-Təaladan ona verilən ən böyük bir mükafat var: çöhrəsindəki nur! Allah-Təala hər adama, hər insana bu nuru vermir. Hər dəfə onunla görüşəndə o çöhrəyə baxıram, o nuru hiss edirəm və düşünürəm ki, Müzəffər Məlikməmmədov elə dünyanın ən varlı adamıdır.

Paşa Qəlbinurun bir şeirini oxumuşam, təəssüf ki, şeir əzbər yadımda qalmayıb. Məzmunu bundan ibarətdir ki, Paşa Qəlbinur çox qürurla və sevinclə bildirir: bir gün mən ölsəm, kəfən tapmasanız məni abrıma büküb dənf edərsiniz. Çox möhtəşəm və unikal bir poetik deyim!

İndiki zamanda abrını, həyasını, ismətini qoruyub saxlamaq hər insana qismət olmur. Bax, mən deyərdim ki, Müzəffər Məlikməmmədov da öz abrını, tərbiyəsini, qürurunu qoruyub saxlamış nurlu kişilərdən biridir. 70 yaşın mübarək olsun, Nurlu Kişi!!!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK