ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: VƏTƏNİ ŞƏHİD OLMAQDAN QORUYAN POLİSLƏR

18820    |   2018-07-12 11:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Polis! Səni, məni, bizi, milləti və dövləti qoruyan polis! Sənin, mənim, bizim, millətin, dövlətin uğrunda sinəsini cinayətkar gülləsinə sipər edib şirin canından keçən polis. Yüz illik şərəfli bir ömür yolu keçmiş, bu millətin, bu Vətənin, bu dövlətin uğrunda yüzlərlə şəhid vermiş polis.

İyulun 10-da Gəncədə iki polis zabiti – polkovnik İlqar Balakişiyev və polkovnik-leytenant Səməd Abbasov namərdcəsinə qətlə yetirildilər. Hər iki zabitin öldürülməsi heç də təsadüfi deyil. Məhz onların seçilib öldürülməsi əvvəlcədən planlaşdırılmışdı. İki yüksək rütbəli zabitin aradan götürülməsi gərginliyin daha da artmasına xidmət edir.

Xoşbəxtlikdən istədiklərinə nail ola bilmədilər. Üsyan təəssüratı yaratmaq istəsələr də alınmadı. Xaricdəki və daxildiəki şərəfsizlərin şərəfsiz çağırışlarına Gəncə camaatı qoşulmadı. Meydana 150-200 adam toplaya bildilər ki, bunun da əksəriyyəti başqa bölgələrdən göndərilmiş cinayətkarlar idi. Xalq dövlətinin yanında oldu və cinayətkarlara dəstək vermədi, əksinə!

Meydandan canlı yayım yapan hansısa saytın müxbiri olan qadın bu iğtişaşı şişirtməyə çalışırdı. Bibər qazı istifadə olunmadığı halda, türk televiziyalarından eşitdiyi «bibər qazı» ifadəsini tez-tez işlədir və bibər qazından boğulduğunu deyirdi. Kadrlardan göründüyü kimi, yanındakıların heç biri bibər qazından etkilənməmişdi. Həmin qadın da yalan məlumat, şişirdilmiş məlumat yaydığı və xalqı təhrik elədiyi üçün Cinayət Məsuliyyətinə cəlb olunmalıdır.

Din faktoru açıq-aydın görünür. Amma istintaq araşdırmalarından sonra məlum olacaq ki, baş verən hadisələrin səbəbi, polis zabitlərinin qətlə yetirilməsi daha dərin qatlara gedib çıxır.


Azərbaycanla İranın və Rusiyanın arasını vurmağa çalışan qüvvələr də ortaya çıxa bilər.

Dərhal həm Rusiya, həm də İran Gəncədə baş verən bu iğtişaşla bağlı rəsmi açıqlamalarını verməlidir. Əks halda, bizim belə bir şübhəyə düşməyimizə haqqımız çatır.

Polis zabitlərini qətlə yetirənlər məlumdur və axtarışa verilib. Xalq da bu axtarışda hüquq-mühafizə orqanlarına yardımçı olmalıdı. Onların təcili tapılması təkcə cinayətkarların cəzalanması deyil, həm də bu cinayətin arxasında duranların ifşası deməkdi. Və bu cinayətkarlar arxalarında duran qüvvələrin onları aradan götürməməsindən əvvəl yaxalanmalıdırlar. Heç kəsə sirr deyil ki, onlar birdəfəlik istifadə üçün ora göndərilib.

Çox maraqlıdır ki, öldürülmək üçün seçilən polislərdən biri Gəncənin axundu Hacı Tahirin qardaşıdı. Seyiddilər və dindar ailədəndilər. Bu, həm də şiələri bir qədər qəzəbləndirmək üçün seçilib.

Polkovnik İlqar Balakişiyev isə bir neçə gün əvvəl vəzifəsini ləyaqətlə yerinə yetirdiyinə və cəsarətli polis əməkdaşı olduğuna görə Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mükafatlandırılmışdı.

Birincisi, həmkarlarımdan xahiş edirəm ki, hər dezinformasiyanı Əli dedi, Vəli dedi, Pirvəli dedi- deyə mətbuata çıxarmasınlar. İkincisi, qəzet və sayt rəhbərlərindən ümdə xahişim odur ki, qatillərin şəkillərini onlar yaxalananadək hər gün öz birinci səhifələrində yerləşdirsinlər. Eləcə də televiziya kanallarımız, bütün sivil ölkələrdə olduğu kimi, bu qatillərin şəkillərini xəbərlər proqramlarında onlar yaxalananadək yayımlasınlar.

ABŞ-da həm yazılmış, həm də yazılmamış qanunlar var. Ölkənin bir çox ştatlarında edam cəzası ləğv olunsa da polisi qətlə yetirənlər mütləq qeyd-şərtsiz edam edilir. İkincisi yazılmamış qanunda isə polisi qətlə yetirən mütləq onun həmkarları tərəfindən öldürülür. Çünki ola bilər elə vəkil tapılar ki, onu edam cəzasından xilas edər. Yəni bir rütbə qardaşlığı var, bir məslək qardaşlığı var. Bunu filmlərdə dəfələrlə görmüsünüz:

- Los-Anceles polisi onu parça-parça edəcək.

Onu da görmüsünüz, öldürülən çiyindaşının intiqamını alacaq polisi əməliyyatdan kənarlaşdırırlar. Bu vaxt həmin polis nişanını və tabel silahını çıxarıb stolun üstünə qoyur, istefa etdiyini bildirir və gedir intiqamını almağa.

Dediklərim başqa cür yozulmasın, kimisə nəyəsə təhrik eləmirəm. Sadəcə olaraq, öz subyektiv fikirlərimi söyləyirəm.

Azərbaycan polisi! Başın sağ olsun! Mən, biz, bu xalq sizi sevir! Çünki siz olmasaz nə bu xalq rahat yaşaya bilər, nə də bu dövlət.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK