ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ...VƏ BİR HEKAYƏ

3019    |   2018-06-28 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Biz Qarabağ müharibəsinin hər üzünü görmüşük; öldürülən körpələri, dağıdılan və yerlə yeksan olan şəhərləri, kəndləri, qəsəbələri və bir də saysız-hesabsız güllələri… O güllələr düşmən tərəfindən atılıb. Heç bir «uf» demədən qocaya, uşağa, xəstəyə, körpəyə tuşlanıb. Müharibənin üzü çox sərt olur. Və müharibələr həmişə elə yetim-yesirə, kimsəsizlərə böyük dağ çəkir. Evi dağılan da, övladı ölən də çox vaxt kasıblar olurlar…

Yadıma böyük rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun «İnsanın taleyi» əsəri düşür. Bu əsərdə rus yazıçısı bir insanın mübarizəsindən, qarşılaşdığı çətinlikdən və ən nəhayət, bu çətinlikdən necə çıxmağı göstərir. Rus əsgəri Sokolov çox müsibətlər yaşayır: iki dəfə əsir düşür, almanların onların yaşadığı yeri bombalaması nəticəsində ailə üzvlərinin hamısı məhv olur. Yeganə ümidi Sokolovun oğluna qalır. Oğlunu da Berlin uğrunda gedən döyüşlərdə görə bilir. Ancaq bu xoşbəxtlik uzun çəkmir və snayperlə onun oğlunu vurub öldürürlər. Bu qədər faciələr görən, sarsıntılar yaşayan Sokolov yenə həyat eşqilə yaşayır və tanımadığı bir uşağı götürərək ona atalıq edir…

Müharibələr həmişə insanları gözüyaşlı qoyub. Qarabağ müharibəsilə bağlı da çox maraqlı əsərlər, romanlar, povestlər qələmə alınıb. Amma onlardan ikisi bizim həm kino tarixində, həm də bədii ədəbiyyatda hadisə kimi qiymətləndirilməlidir. Biri Ceyhun Mirzəyevin «Fəryad» filmi, biri də istedadlı yazıçı və millət vəkili Aqil Abbasın «Dolu» romanı əsasında lentə alınmış «Dolu» filmi. Hər iki filimdə insanın mübarizliyi, vətənpərvərliyi ön plana çəkilib. Və deyərdim ki, bu filmlərdə təsvir olunan obrazlar xalqını, millətini sevən və onun yolunda ölümə getməyə hazır olan qəhrəmanlardılar. Onlar ölümdən qətiyyən qorxmurlar. Çünki onlar cəbhəyə ölməyə yox, düşməni öldürməyə gedirlər. Məhz bu ruhda da filmin sonluğu başa çatır. Və hər bir azərbaycanlıda vətənpərvərlik hissini bir az da gücləndirir, qüvvətləndirir.

Bu gün bizim daha çox Qarabağ mövzusuyla bağlı qələmə alınan hekayələrə, povestlərə, bədii əsərlərə ehtiyacımız var. Onsuz da ailə-məişət və eləcə də digər mövzularda yazılan hər hansı bədii əsəri istənilən vaxt oxumaq olar. Ancaq bu gün vətənpərvərlik ruhunda, Qarabağ uğrunda yazılan bədii əsərlərə daha çox ehtiyac duyulur. Çünki bu mövzuda qələmə alınmış hər hansı bir kiçik hekayə də insanın qəlbində vətən eşqini alovlandırır, onu mübarizliyə, döyüşə səsləyir.

Yaxın vaxtlarda əlimə bir jurnal keçmişdi – «Xəzan» jurnalı. Jurnalı vərəqləyəndə çox maraqlı bir Qarabağ müharibəsindən bəhs edən hekayəyə rast gəldim. Hekayənin müəllifi Əli bəy Azəridir. Sözün düzü, hər bədii yazını oxumağa nə həvəsim olur, nə də səbrim çatır. Ancaq bu hekayənin birinci sətrini oxuyan kimi məni özünə çəkdi və götürüb apardı Qarabağ müharibəsinin ən ağır günlərinə.Ona görə ki, müharibə özü çox maraqlı bir filmə bənzəyir. Elə ki, müharibənin içinə düşürsən, istəyirsən ki, bir az da qabağa gedəsən, bir az da irəliyə addımlayıb daha maraqlı anları görəsən. Bu anlarda adamı ölüm də gözləyə bilər. Çünki güllə baxmır ki, sən yazıçısan, jurnalistsən, yoxsa döyüşçü. O hər an sənə dəyə bilər. Ona görə də müharibələrdə döyüşən əsgərlərin əksəriyyəti ya həlak olur, ya yaralanır, ya da hər hansı mərmi partlayışından huşunu itirir.

Bu hekayə həm də ona görə maraqlı idi ki, cərəyan edən hadisələr mənim üçün doğma olan yerlərdə baş verir. Hadisələr Haramı düzündə, aşağı Veysəlli kəndinin yaxınlığında və Daşburun qəsəbəsində cərəyan edir. Və çox maraqlıdır ki, əsərin qəhrəmanı Umud heç nədən, heç bir düşmən gülləsindən qorxmur. Ermənilərin mövqeyinə növbəti hücum zamanı özünü səngərə atır və elə bilir ki, qarşısındakı erməni əsgəridir. Amma həmin an erməni əsgərləri ordan qaçıb gedirlər və səngərə mina basdırırlar. Elə Umud da səngərə tullanarkən minaya düşür, hər iki ayağını itirir. Çətinliklə də olsa mayor Orduxanov və silahdaşları onu həmin yerdən çıxarıb hospitala aparırlar və müalicə olunmaq üçün hətta İrana göndərirlər. Ancaq İrandan da o geri qayıdanda ağır vəziyyətdə əlil arabasında dönür. İki ayağını itirmiş əsgərin vəziyyəti necə olacaq? Amma Umud iki ayayğını itirsə də, heç vaxt qələbəmizə ümidini itirmir. Düşünürük ki, günlərin birində dostları onun qisasını alacaq.

Qayıdanda onu ən yaxın silahdaşları – briqada komandiri, polkovnik Ceyhun Əliyev, mayor Orduxanov və digər silahdaşları qarşılayır. Onun iki ayağı olmasa da, iki əlləri və döyünən ürəyi çox güclüdür. Bu ürək heç vaxt onu ümidsiz qoymur. Hətta xəstəxanada olanda, anasının yanına qayıdanda da düşünür ki, o hər an, hər dəqiqə silahdaşlarına arxa ola bilər. Xüsusən də ona sədaqətli olan sevdiyi qız Yuliya onu bu ağır vəziyyətdə tək qoymaq istəmir. Fikirləşir ki, iki ayağını itirmiş Umuda ana sevgisiylə yanaşı, sədaqətli bir həyat yoldaşı da lazımdır. Amma nədənsə Umud bu barədə düşünmək istəmir.

Bir müddət evlərində qalır, yenidən hərbi hissədən gələn hərbi polislər bir-bir cəbhədən qayıdan adamları sorğu-suala tuturlar. Gəlib onlar Umudun da qapısını döyürlər. Elə bilirlər ki, o da başqaları kimi döyüşdən qaçıb. Amma onunla görüşəndə tamamilə başqa bir səhnənin şahidi olurlar. Yəni iki ayağını itirmiş Umudu görürlər. Umud deyir ki, mən iki ayağımı itirsəm də, yenə cəbhəyə getməyə hazıram. Çünki mən tankçıyam, tankda atıcıyam. Atıcıya isə ayaqdan əvvəl göz və əl lazımdır. Mənim ayaqlarım olmasa da, gözlərim və əllərim yerindədi və döyüşə bilərəm.

Umudun mübarizəliyi, vətənpərvərliyi və həyat eşqi mənə bir daha Şoloxovun qəhrəmanı Sokolovu xatırladır. Düzdür, Sokolovun əlləri, ayaqları yerindəydi. Ancaq onun ruhu, qəlbi məhv olmuşdu. Və o da dözümü, mübarizliyi nəticəsində bərpa edilirdi. Bəlkə Umud Sokolovdan da iradəli, dözümlü əsgərdi. Onun iki ayağı olmasa da, çox böyük qəlbi, ürəyi və vətən sevgisi var. Və bu vətən sevgisi ona iki ayağı əvəz eləyir. Bax, budur vətəni, milləti sevməyin yolu!..

Sadəcə olaraq, mən bu hekayəni oxuyandan sonra bir daha dərk etdim ki, bu gün biz Qarabağ qazilərinə qarşı bir o qədər də diqqətli deyilik. Ən azından ona görə ki, sağlamlıqlarını, ayaqlarını itirən bu insanların heç də hamısı öz halal haqlarını ala bilmirlər. Bir də görürsən ki, hansısa Qarabağ qazisi ev tikib, evin sənədi olmadığına görə, icra hakimiyyətindən gəlib o evi uçururlar. Bəs bunu Allah götürər? Əlbəttə, götürməz! Bu yaxınlarda Abşeron rayonunda bir Qarabağ qazisini yerli icra hakimiyyəti əməkdaşları o qədər incitdilər ki, axırda o bezib min bir əzab-əziyyətlə tikdiyi evi odu vurub yandırdı.
Çox təəssüf ki, biz onları çox vaxt qoruya bilmirik. Amma inanın, bizim qoruya bilmədiyimiz ayağı olmayan, qollarını müharibədə itirən, gözlərini döyüşlərdə qurban verən oğlanlar müharibə başlasa, yenə vəzifədə oturan çoxlarından öncə döyüşə gedəcəklər. O döyüşə gedən Qarabağ qazilərini biz hamımız sevməli və qorumalıyıq. Yazıçı Əli bəy Azərinin təsvir etdiyi Umudunsa demək olar ki, ümidi çox böyükdür. Ondan gənclərimiz, sabaha addım atan cavanlarımız örnək götürməlidir. Yəni onun kimi bu vətəni, bu torpağı sevmək, qorumaq lazımdır. Yoxsa bəzi dil pələvanları kimi sözdə «vətən» deyib, əməldə başqa işlər görənlər kimi yox. Allah bu cür vətənpərvər, xalqını sevən oğulları qorusun! O oğulları bizim hər an, hər dəqiqə ehtiyacımız var…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK