ANA SƏHİFƏ / YAZARLAR

ÜMİD

Fəridə RƏHİMLİ

14287    |   2018-06-22 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ana, hardasan? Niyə gəlmirsən? Mən bilirəm, sən məni çox sevirsən. Lap çox! İstəyərək buraxmazsan məni. Doqquz ay birlikdə, sənə bağlı yaşadım. Hey mənimlə söhbət edib gözəl xəyallar qurdun, dünyaya gələrsəm hər şeyin daha gözəl olacağını, qardaşlarımla, səninlə, atamla xoşbəxt bir ailə tablosu yaradacağımızı deyirdin. Nooldu bizə, ana? Ayrı düşməmizin səbəbi kimdir? Sən yalan danışmazdın, niyə bu qədər əziyyət çəkirəm bu dünyaya gələr-gəlməz?

Hər şey mən dünyaya gəlməmişdən dörd gün öncə başladı, bunu hiss edirdim. Mənimlə həkiminə getdin, baxdı, hər şey yaxşıdı, - dedi. Mən etiraz etdim, səsimi duymadınız. Mən getmə, ana, o düz demir, burda qalaq, məni xilas edin, - demək istədim. Doktorun, hər şey yaxşıdı - deyincə məni eşitmədin, evə döndün və bu hala gəldik. Kaş ki, məni duysaydın, dinləsəydin, ana! Kaş ki, özünü də, məni də savadsız, vicdansızların ümidinə buraxmasaydın!

Dünyaya gəlişimlə əzabımız başladı. Sənin qan içindəki halın gözlərim önündədi hələ. Mən sənin üçün qorxdum, mənim üzümdən həyatını itirməndən qorxdum. Amma sən də qan içində ikən məni düşünürdün, onu xilas edin, deyə həkimlərə yalvarırdın. Həkiminin mənə baxan tibb işçisinə: onu burax, ona uje eks, deyincə sən göz yaşlarıyla - buraxmayın, - dedin və tibb işçisi həkimin sözünə əhəmiyyət verməyib mənimlə məşğul oldu. Nəfəsim kəsilmişdi, çapalayırdım. Sonra taqətsiz qaldım, amma təslim olmadım ana, sənə görə, mənsiz havalanarsan deyə, mənimlə bağlı xəyalların puç olmasın deyə dirəndim. Amma mən çox balacayam axı, gücüm bu qədərinə çatdı. Məni xilas etmək istəyən xalanın sənə də, mənə də yazığı gəldi, bir də vicdanının səsini dinlədi. Hələ o əmi! Qorxma, xilas edəcəyik qızını, kəlməsiylə sənin sapdan asılı qalmış ümidini göyərtdi. Sağ olsun.

Nəfəs ala bilmirdim. Qardaşımın yuxusu çin çıxmışdı, ağzım qanla dolmuşdu. Nəfəs aldıqca ağciyərlərimə qədər qan və su dolmuşdu. Həkim xalanın laqeydcəsinə bizdə küvez yoxdur, – deməsi səni dəhşətə gətirdi. Küvez nədir ilk dəfə orda eşitmişdim. Amma məni səndən ayırıb başqa xəstəxanaya aparanda onun nə olduğunu anladım. Müstəqil şəkildə nəfəs ala bilməyən uşaqları dərhal xüsusi küvezə yerləşdirirmişlər. Küvez ağciyərlərin süni ventilyasiya sistemi ilə təchiz olunur və apparat müəyyən müddət ərzində (müstəqil nəfəsalması mümkün olana kimi) uşağın əvəzinə "nəfəs alır". Küvezdə daimi temperatur və rütubət saxlanılır, ana, sənin bətninə yaxın olan şərait yaradılsa da səndəki kimi rahat deyil burda mənə!

Çoxsaylı cihazlar orqanizmimizdə olan bütün proseslərə (nəbz, nəfəsalma tezliyi, qanda oksigenin səviyyəsi və s.) nəzarət edir və lazım olduqda həkimlərə həyacan siqnalı verir. Amma sənin zümzümən kimi deyil o apparatların səsi, bezdirib məni. Mən səni dinləmək istəyirəm, ana! Hər yerimi insafsızcasına deşik-deşik ediblər – qolum, ayağım, dabanım iynə yerindən göyərib. Görsən dözə bilməzsən. Yaxşı ki, səni hələ buraxmırlar xəstəxanadan. Yaxşılaşım, sonra gəl, o vaxta qədər sən də yaxşılaşarsan. Amma burdakı xalalar mənim üçün "öləcək” deyirlər, "şikəst olacaq”, "gözləri kor olacaq”, "beyin ölür”deyirlər. İnanma, ana, yaxşımı! Mən bir tək sənə inanıram. Bir də bizi yaradana! Dua elə, qorxma,mən səni tərk etməyəcəm! Burdakı xalaları mən, ya da yanımdakı köməksiz uşaqlar maraqlandırmır. Onlar qazanc mənbəyi kimi görürlər bizi. Sağalmamızı arzuladıqları da muştuluq almaları üçündür. Məni qızdırma içində yanan bir uşaqla yan-yana qoymuşdular. O qədər istiliyi vardı ki, hətta üstümə atılmış bezdən belə hiss edirdim atəşini. Amma bunların böyüklərinə tapşırıldığım üçün - baş həkim başqa xəstəxanalardan həkim göndərəndə, o gələnə qədər yanımdan götürdülər o uşağı. İndi tək yatıram yerim genişdi. Bir tək sən gəlsən, hər şey yaxşı olacaq. Sən yaxşı ol, ümidini üzmə ki, mən də sənə güvənib sağalım, yoxsa bu bədxəbərlərin içində ümidim üzüləcək.

Sənə ehtiyacım var, ana, bu dünyada məni qoruyan tək mələk!




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK