Adalet.az | Aqil ABBAS: «ÇALMALARINA «YA HÜSEYN» YAZDIRAN ŞƏHİDLƏR» Adalet.az | Aqil ABBAS: «ÇALMALARINA «YA HÜSEYN» YAZDIRAN ŞƏHİDLƏR» Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: «ÇALMALARINA «YA HÜSEYN» YAZDIRAN ŞƏHİDLƏR»

12738    |   2018-06-06 09:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağ savaşında mən çalmalarına «Ya Əli», «Ya Hüseyn» yazılmış və bu millətin, bu torpağın, ana-bacılarımızın uğrunda özünü tankın altına atan, sinəsini düşmən gülləsinə sipər edən, «uf» demədən canını bu Vətənə qurban edən yüzlərlə gənc görmüşəm. Elələri vardı ki, 16-17 yaşları vardı. «Dolu» romanında da qeyd eləmişəm, səngərdən qovurdular, bir də görürdülər yenə səngərdədilər.

Ən nifrət etdiyim bir şey varsa, o da məzhəb davasıdı. Və baxıram, zaman-zaman bu məzhəb davasını ortalığa atıb milləti parçalayırlar. Və çox zaman da şiəliyi aşağılayırlar. Qardaşım, nəyə inanırsan inan da, amma day başqasının inancını aşağılama. Sən öz inancını təbliğ elə, amma bunu başqasının inancını aşağılamaqla yox. İnsanları maarifləndir, amma yenə bu maarifləndirməni məzhəb davasına çevirmə və kimlərisə aşağılama.

Baxıram, iki-üç gündü saytlar, sosial şəbəkələr yenə bu məzhəb savaşını qabardır.

Təxminən bir il bundan əvvəl yazdığım bir köşəmi belələrinə cavab olaraq yenidən çap eləmək qərarına gəldim. Bugünki nömrəmizdə oxuya bilərsiz.

Mən Qarabağ savaşında çalmalarına «Ya Əli», «Ya Hüseyn» yazdırıb özünü düşmən tankının altına atan yüzlərlə gənc görmüşəm.

Sizlər necə, çalmalarına «Ya Müəviyyə», «Ya Yezid» yazdırıb özünü düşmən tankının altına atan bir kimsə gördünüzmü?!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-08-19
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK