ANA SƏHİFƏ / AVTOMOBİL

Qaradağ rayonu Səngəçal-Çeyildağ avtomobil yolu yenidən qurulur

25522    |   2018-05-19 15:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən qəsəbəlrarası avtomobil yollarının yenidənqurulması layihələri sırasında Qaradağ rayonu Səngəçal-Çeyildağ avtomobil yolu layihəsi də var.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Adalet.az-a verilən məlumata görə, 24 km uzunluğa malik Səngəçal-Çeyildağ avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Üstəlik sözügedən yolla ağır tonnajlı yük maşınların hərəkəti yolun əsasında və qara örtüyündə dağılmalara, çökmə və qabarmalara gətirib çıxarıb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlərə gətirib çıxarırdı. Məhx bu problemlərin aradan qaldırılması ilə yol boyu 2 qəsəbənin 6 minə yaxın əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlərə start verilib.

Səngəçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işlərinə uyğun olaraq yol yataının yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu işləri aparılaraq 52 min kub.m həcmdə yeni yol yatağı inşa olunur. Artıq yolun 4 km-lik hissəsində yeni yatağın inşası yekunlaşdırılıb.

Yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr qaldırılır, hündür hissələr isə aşağı salınır. Bundan başqa yolun normativ eninin alınması məqsədi ilə torpaq yatağının genişləndirməsi və dağ yamaclarının kəsilməsi işləri də aparılır. Sadalanan işlərə paralel olaraq 20 sm hündürlükdə yol əsasının alt layı da tikilir. 2 km-lik hissədə bu işlər artıq bitib. Bunun ardınca is 15 sm hündürlükdə əsasın üst layının tiintisinə başlanılacaq. Əsasın alt və üst layının tikintisi 100 min kub.m-dən artıq həcmdə icra olunacaq.

Layihə boyu 38 ədəd müxtəlif diametrli suötürücü boru yerləşir. Lakin borular köhnəldiyindən bəzilərinin sökülərək yenidən tikilməsinə, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətinə salınmasına zərurət yaranıb. Artıq bu çərçivədə 3 boru təmir olunub, 700 mm diametrli 1 köhnə boru isə sökülərək, yerində 1250 mm diametrli yeni dəmir-beton boru tikilib. Bundan başqa yol boyu yeraltı kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün keçid boruların inşası da aparılır.

Torpaq işləri tam olaraq bitəndən sonra texnoloji ardıcıllığa uyğun olaraq yolun asfaltlanması işlərinə başlanılacaq. Əlaqələndirici bitum səpilməklə yola alt və üst lay olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. Asfalt-beton örtüyün eni 7 m nəzərə alınmaqla bu işlər yolun 150 min kv.m-dən çox sahəsinndə aparılacaq.

Bütün işlər mövcud tikinti və norma qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Layihə işlərini sonuncu mərhələsində yol boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlanma xətləri çəkiləcək. Yolun yenidən qurularaq payız aylarında vətəndaşların istifadsinə verilməsi planlaşdırılır.




İmza:
SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK