Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əzrayılın növbəsi Adalet.az | Əzrayılın növbəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əzrayılın növbəsi

Nicat Novruzoğlu

27384    |   2018-05-18 10:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizdə mədəniyyət var. Ən azından bunu adında mədəniyyət olan nazirliyimizin mövcudluğu ilə bəyan edə bilərik. Deyilənlərə görə əvvəllər lap mədəni olmuşuq. Əvvəllər dediyim dövr müstəqillikdən öncəki zamanı əhatə edir. Bu mədəniyyətliliyimizlik həm də mentalitetdən güc alırmış. Baxmayaraq ki, əsarətdə olmuşuq, amma mentalitet öz sözünü deyirmiş. Gücünü ortaya qoya bilirmiş. Sonra bala-bala mentaliteti əridəndən sonra mədəniyyətimiz də, demək olar ki, büdrəməyə başladı. Hətta mədəniyyətin elə hissələri oldu ki, mədəniyyətsizlik adlandırıb iflic vəziyyətinə saldıq.

Biz mədəniyyətlilərə mədəni deyirik. Onlar hər zaman sıradan biri olanlardan fərqlənirlər. Danışıqları, yerişləri, duruşları fərqli olur. Bu fərqli insanları indiki zəmanədə tapmaq çətindi. Çünki mədəni oldun işin getmir. Tapdalayıb keçirlər. Nə qədər düz və ya səhvəm bilmirəm. Amma bir onu bilirəm ki, bu gün hər kəs bir-birini tapdalayıb önə keçmək istəyir. Kimsə kiməsə hörmət qoymur, bir-birinin haqqını tapdalayır və s. Və ən dəhşətlisi budur ki, bununla da özlərini fərasətli sayırlar.

Naxoşlayırsan. Üz tutursan həkimə. Sözsüz ki, qapıda növbədi. Həkim qapısında növbə olması acı gerçəklikdi. Hamımız xəstəyik. Generalımız saxta dərmanı bizə yedizdirirsə, sağlam olası deyilik ki. Sözsüz ki, həkim qapısında növbə çəkənlər də xəstələrdi. Yaşından, cinsindən asılı olmayaraq. Bir də görürsən ki, bazburutlunun birisi (sözsüz ki, kilo çəkisinə görə yox, tutduğu vəzifə çəkisinə görə) yanında bir tibb bacısı alıb o növbədə dayanan insanların növbəsini tapdalayıb keçir içəri. Nədi-nədi hansısa dövlət qurumunun işçisidir. Bir az da pulu var. Bu da bizim ali təhsillimiz. Yəni ki, mədənilik oxumaqla deyil.

Bu yaxınlarda bir dostum "urset"dən vətəninə dönüb. Danışır ki, hava limanında təyyarəyə giriş başlayan kimi yerlilərimiz necə qapıya hücuma keçdilərsə limanın işçisi qorxdu. Səs-küydən qulaq tutulurdu. Limanın işçisi nə qədər qışqırdı ki, növbə ilə yaxınlaşın, xeyri olmadı ki, olmadı. Sanki birinci keçən Bakıya tez çatacaqdı. Dostum deyir ki, bizdən 4-5 metr aralıda Ermənistana uçan təyyarənin sərnişinləri isə növbəlik sistemi ilə düzülüb qeydiyyatdan keçirdilər. Bu mənzərəni görüb utanıb.

Tıxacdı. Qarşı tərəfin hərəkət istiqaməti boş olsa da ora keçmək olmaz. O daha böyük tıxacın yaranmasına səbəb olar. Əlavə narahatçılıq yaradar. Bir da görürsən ki, qoşa nömrəlilərdən biri qiymətini bilmədiyimiz maşını ilə özünü vurur bu yola. Nədi-nədi, pulu çoxdu. Arxasında duranı var. Bir də ki, söyülməyi xoşlayır-meyillidi.

...Elə bu an səfərbərlik başlayır. İlahi, necə də mədəniymişik biz. Düz xətt üzrə bir növbə var ki, gəl görəsən. O buna can deyir, bu da ona can deyir. O birisi qayıdır ki, qardaş, sən tələsənə oxşayırsan, gəl keç qabağa. O xəstəxanada növbəni tapdalayan yoxa çıxır. Əlində bir sənəd tutub özünü verir yorğanın altına. Qarşı tərəfin yoluna çıxansa elə o sürətlə də girir qarajına. Növbədə də qalır həmin o utancaq dostum.

Əzrayılın qapısında növbə olmur. Yeganə onun qapısıdır ki, orda növbə yoxdur. Daha doğrusu növbəyə duran yoxdu. Hər kəs çalışıb vuruşur ki, onun qapısına gedib çıxmasın. Bu səbəbdən də məcbur olub Əzrayıl özü növbə yaradır. Bizi növbəyə qoyur. Səssiz-səmirsiz. İcazəsiz-filansız. Tam da ədalətli. Ağına-qarasına baxmadan, varına-dövlətinə baxmadan. Qibtə edirəm onun növbəsinə. Noolsun ki, can növbəsidir. Canı da gərək növbə ilə alasan. Yoxsa, dünya boş qalar.

Növbənizi qoruyun.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK