Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Nağıllara inamı itirməmək Adalet.az | Nağıllara inamı itirməmək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nağıllara inamı itirməmək

17846    |   2018-04-14 09:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gənc rejissor Anar Məmmədov hansı Xalq artisti ilə birgə çalışmaq istəmir?

Rejissor Anar Məmmədov Əməkdar incəsənət xadimi Bəhram Osmanovun istedadlı yetirmələrindən biridir. Quruluşçu rejissor kimi A.Şaiq adına Dövlət Kukla Teatrında çalışsa da tez-tez ölkənin müxtəlif teatrlarından da dəvət alır. Anarın bu günlərdə hazırladığı daha bir tamaşanın premyerası oldu. Gənc rejissorun quruluş verdiyi "Şəngülüm, Məngülüm" bir neçə məsələyə görə diqqət çəkdi, tamaşaçılar bu məşhur əsəri ilk dəfə monotamaşa kimi izləyə bildilər. Üstəlik, Dövlət Musiqili Teatrının tanınmış aktrisalarından sayılan Ülviyyə Əliyeva Kukla Teatrının səhnəsində debüt etdi.
Həmsöhbətim bu müsahibədə balaca tamaşaçılar üçün səhnə əsərləri hazırlamağın özəlliyindən, gələcək yaradıcılıq planlarından danışır.
- Anar, Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevanın iştirakı ilə Kukla Teatrının səhnəsində monotamaşa hazırlamaq ideyası birdən-birə yaranmayıb yəqin ki...
- Sözün açığı, təklif elə Ülviyyə xanımın özündən gəldi. O, bizim teatrın yaxın dostlarından biri kimi xeyriyyə tədbirlərimizdə iştirak edir, tamaşalarımızı izləyir, necə deyərlər, kollektivin yaradıcılıq potensialına və texniki imkanlarımıza bələddir. Ülviyyə xanımın təklifini teatrın rəhbərliyi maraqla qarşıladı və müsbət dəyərləndirdi. Ümumiyyətlə direktorumuz Rəşad Əhmədzadə maraqlı ideyalara həmişə həssas yanaşır və qiymətləndirməyi bacarır. Məhz Rəşad müəllimin də yaxından iştirakı ilə Ülviyyə xanımla müzakirələr apardıq və sonda Mikayıl Müşfiqin xalq nağılları əsasında yazdığı "Şəngülüm, Şüngülüm, Məngülüm" pyesi üzərində dayandıq. Bu əsər müxtəlif vaxtlarda teatrımızda səhnəyə qoyulub, lakin biz tamam fərqli bir iş ortaya qoymaq istəyirdik. Ona görə də pyesdə müxtəlif ixtisarlar apardım, onu monotamaşa üçün uyğunlaşdırdım. İşin ən məsuliyyətli tərəfi məhz Ülviyyə xanımın üzərinə düşmüşdü, çünki monotamaşada 6 obrazın hamısını - Nağılçını, Dəmirçini, Ana keçini, Şəngülümü, Məngülümü və Canavarı bir aktrisa oynamalı idi. Səhnədə kuklalarla ilk dəfə oynamasına baxmayaraq, Ülviyyə Əliyeva çətinliklərin öhdəsindən gəlməyi bacardı.
Teatrımızla sıx əməkdaşlıq edən Əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahanı da bu layihəmizə cəlb etdik və Elza xanım tamaşa üçün maraqlı musiqi yazdı. Səhnə tərtibatı isə İqbal Əliyevə həvalə olundu. Hesab edirəm ki, birgə səyimiz öz nəticəsini verdi və sonda balacalar üçün maraqlı tamaşa hazırlaya bildik.
- Balacalardan söhbət düşmüşkən, Kukla Teatrında çalışanlar deyir ki, uşaqlar üçün tamaşa hazırlamaq daha çətindir və fikirlərini əsaslandırmaq üçün arqumentlər də gətirirlər. Bir rejissor kimi sənin də yəqin bu məsələyə öz baxışın var...
- İşimiz təkcə çətin deyil, həm də məsuliyyətlidir. Məhz məsuliyyət məsələsini daha çox qabardardım, çünki bizim teatrlarımız üçün gələcəyin tamaşaçılarını hazırlamaq kimi bir vacib missiyamız da var. Və bu missiyanı daşımaq həqiqətən də məsuliyyətli bir işdir.
Etiraf edək ki, bu gün istər valideynlər, istərsə də bağça və məktəblərdə çalışan pedaqoqlar müxtəlif səbəblər üzündən uşaqların tərbiyəsinə o qədər də vaxt ayıra bilmirlər. Biz hazırladığımız tamaşalarla valideynlərə və müəllimlərə bir növ yardımçı oluruq, uşaqların vətənpərvərlik ruhunda böyümələrinə, dürüst olmalarına, yaxşını pisdən ayıra bilmələrinə çalışırıq.
İşimizin çətinliyinə gəlincə, XXI əsrdə yaşayan balaca tamaşaçıların internetə çıxışı var, mobil telefon və planşetlərdən sərbəst istifadə edə bilirlər. İndi səhnədən onları təəccübləndirmək elə də asan deyil. Şəxsən mən çalışaram ki, uşaqlar nağıllara inamı itirməsinlər. Fikrimcə, insanların formalaşmasında nağılların böyük rolu var.
- Bu məsələdə səninlə mübahisə etmək fikrində deyiləm, amma nağıllarımızda qardaş qardaşını quyuya salıb ipini kəsir, bir içim suya görə gözünü çıxarır...
- Dünya xalqlarının nağıl və əfsanələrində də belə məsələlər yetərincədir. Balaca qardaş böyüklərdən həmişə ağıllı olur və s. Mən balaca tamaşaçılarımıza həmişə yaxşı nümunələrin təqdim olunmasının tərəfdarıyam. Ona görə də uşaqlar üçün tamaşa hazırlayanda bu məsələlərə xüsusi fikir verməyə çalışıram.
- Müxtəlif teatrlarda tamaşa hazırlamağa dəvət olunursan. "Kukla Teatrının rejissoru gəlib bizə səhnədə necə gəzməyi, danışmağı öyrədir" kimi replikalar eşitdiyin anlar olubmu?
- Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında Anarın "Qaravəlli", Xeyrəddin Qocanın "Vəzifə dəlisi", Elçin Hüseynbəylinin "Qaçaq qocalar" pyeslərinə quruluş vermişəm. Başqa kollektivlərlə çalışanda heç vaxt ironiya-filan hiss etməmişəm. Hər halda üzümə bir söz deyən olmayıb, bəlkə arxamca nəsə danışıblar... Mədəniyyət və İncəsənət Universitetində təhsil alanda müəllimimiz Bəhram Osmanov bizi hərtərəfli rejissor kimi hazırlamağa çalışırdı, istəyirdi ki, Musiqili Teatrda da, televiziyada da tamaşalara quruluş verməyi bacaraq, kütləvi tədbirləri də qura bilək.
- Digər teatrlarımızla birgə əməkdaşlığın davamını gözləyəkmi?
- Təklif gəlsə dəyərləndirmək olar. Musiqili Teatrın rus truppasında Fransis Veberin "Dəlilərlə şam yeməyi" adlı vəziyyət komediyasını hazırlamaq istəyirəm. Sözün açığı, teatrın rəhbərliyi ilə bu barədə heç söhbətimiz olmayıb. Başım "Şəngülüm, Məngülüm" tamaşasının hazırlığına qarışmışdı, onu təhvil verəndən dərhal sonra da "Min bir gecə" nağılları əsasında səhnələşdirdiyim "Əlibaba və 40 quldur" tamaşasının məşqlərinə başlamışam. Yeni səhnə əsərində görkəmli bəstəkar Fikrət Əmirovun musiqilərindən istifadə olunacaq, quruluşçu rəssam İqbal Əliyev maraqlı tərtibat hazırlayır.
- Xalq artisti Ramiz Məmmədovun ailəsində dünyaya gəlmisən. Ramiz müəllimlə söhbətlərimizin birində dedi ki, Anar Mədəniyyət və İncəsənət Universitetində oxuduğu dövrdə ayağım bir dəfə də olsun həmin ali məktəbə dəyməyib, oğluma görə heç vaxt heç kimdən heç nə xahiş etməmişəm...
- Atam düz deyir, tələbəlik dövründə tanınmış aktyorun oğlu olduğumu büruzə verməmişəm, yalnız üçüncü kursun sonunda dekanımız Ötkəm İsgəndərov bildi ki, mən Ramiz Məmmədovun övladıyam.
- Amma bildiyim qədəri ilə quruluş verdiyin tamaşalara gəlib baxır...
- Desəm ki, sənət barədə heç söhbət eləmirik, yalan olar. Bütün premyeralarımda iştirak edir əlbəttə. Öz aramızda müzakirələr aparırıq, öz tövsiyələrini verir. Atamın məsləhətlərinə çox ehtiyacım var. İllərini bu sənətə verib, müxtəlif obrazlar yaradıb, korifey sənətkarlarımızla çiyin-çiynə çalışıb. Belə bir sənət adamının fikirləri, irad və təklifləri mənim üçün çox önəmlidir.
- Ramiz müəllimi hazırladığın hansısa tamaşada aktyor kimi görə biləcəyikmi?
- Gələcəkdə ola bilər, amma bu gün atamla bir tamaşa üzərində çalışmaq çətindir.
- Niyə?
- Özümü buna hələ ki, hazır bilmirəm.




YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-09
2018-12-08
11:24 ZƏRURƏT
00:53 KƏMALƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (61.54%)
Qaynana (38.46%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ata uşağı yatırtmaq üçün uşaqla bir yerdə uzanır. Müəyyən qədər vaxt keçəndən sonra ana başını qapıdan içəri salıb yavaş səslə atadan soruşur:
- Nə oldu, yatdı?
Uşaq:
- Hə ana, yatdı...




digər lətifələr
ARXİV
FACEBOOK