Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | ÜMİD QAPISI Adalet.az | ÜMİD QAPISI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÜMİD QAPISI

Fəridə RƏHİMLİ

16808    |   2018-04-13 18:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uzun illərdən bəri "bəlkə bu savadlı olar?" inamıyla respublikamızın bütün klinikalarını, xəstəxanalarını dolaşdım və sonda, həkimlər - Əlimizdən bir şey gəlmir, sənin xəstəliyinin müalicəsi İsraildə və Almaniyada mümkündür deyib, yaxalarını kənara çəkdilər, üstəlik məni xərçəng diaqnozu ilə müjdələdilər.

Səhiyyə nazirimiz: "Səhiyyəmiz bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır", - deyir, amma nədən xəstələrin xarici ölkələrə üz tutduqlarını çözə bilmirlər. Soruşa bilərsiniz ki, bizdə bacarıqlı həkim yoxdumu? Və nədən səhiyyəmizin hər sahəsini savadsız həkimlər zəbt eləyib. Bir cavabım var: - Hamısı eyni məktəbin yetirmələridirlər. Ola bilərmi ki, iyirmi beş ildə mən yalnız savadsızlarla qarşılaşdım, savadlılara tuş gəlmədim? Bu boyda təsadüf olurmu? Çəkdiklərim imkan verir ki, rahat vicdanla söyləyim ki: Səhiyyəmiz nəinki beynəlxalq, heç yerli standartlara da çatmayıb. Mənim üçün səhiyyəmizin gözü kor, qulağı kar, bədəni iflicdir. Bunu, həkimlərin səriştəsizliyi üzündən başıma gələnlərdən sonra tam əminliklə söyləyə bilirəm. İllərlə maddi və mənəvi əzablarıma görə səhiyyəmiz mənə borcludur! İyirmi beş il əvvəl qarın boşluğumda kəskin ağrılar başladı. Əvvəllər həkimlərimiz "soyuqdəymə"diaqnozu (?) ilə evə yolladılar. Türkəçarə üsuluyla ötüşdürmək istədim, olmadı. Gecəyarısı ağrının şiddətindən təcili yardım çağırmalı olduq. Appendisit diaqnozu qoyuldu və "partlama təhlükəsi olduğu üçün" təcili əməliyyata götürdülər. Kəsdiklərini mənə göstərib: Bax, səni incidən bu idi, - dedilər. Orta məktəb anatomiya dərslərində öyrəndiklərimə əsasən: O göstərdiyiniz iltihablı olmalı deyildimi, partlayacaq halda olan appendisit o rəngdə olmamalıdı axı, - deməm xoşlarına gəlmədi. Həkimə ağrılarımda fərq olmadığını, nədən qalxa bilmədiyimi soruşdum. Tənbəlsən, ondan dedilər. Acizanə razılaşdım və tənbəl olduğum üçün özümü qınadım da. Amma ağrılar getdikcə şiddətlənirdi. Bir neçə il ayrı-ayrı həkimlərə müraciət etdim. Hər biri də öncəkinin düzgün müalicə etmədiyini deyərək torba-torba dərmanla evə yolladılar. Torbaların sayı artdıqca ağrılarım da kəskinləşirdi. Sonra fərqli həkim, eyni nəticə. Növbəti sancılarda miomalar "kəşf etdilər" və onu bir daxili orqanımla birgə kəsdilər, amma ağrı yenə eyni qaldı, qazandığım bədənimdəki dissfunksiya problemi oldu. Artıq "yaxşı" bir həkim haqqında eşidən yaxınlarım, tanışlarım məni onun yanına yollamaq üstündə sanki yarışırdılar və həkimlərimiz get-gedə məni dərdimin əlacsız olduğuna inandırmağa başlamışdılar. Biri bağırsağını kəsməliyik dedi, biri kəssən də bu ağrı keçməyəcək dedi, biri səhv müalicə ediblər, əvvəl gəlsəydin həll edərdim dedi. Beləliklə, iyirmi ildən çox keçdi. Ağrıların dözülməzliyini ifadə etməkdə acizəm. Bu illər ərzində bədənim ağrıkəsicilərə öyrəşdiyindən onlar da təsirsiz idi. Məşhur xəstəxanalarımızın birinin qastrentologiya şöbəsinin müdirinə müraciət etdim. O da "məşhur" kolonoskopiya aparatının bilicisini çağırdı, təhlil sonucunu müzakirə etmək üçün daha "iki məşhuru" çağırdılar və nəticə belə oldu ki, sən demə bağırsaqlarım dolaşıb və kəskin şəkildə xəbərdarlıq etdilər ki, "bir dəfə də dolaşırsa olduğun yerdə qalacaqsan", ona görə də təcili kəsilməlidir. Sabah gəl kəsək (!). İyirmi il müddətində necə olub da dolaşmayıb, bu bir gündə dolaşacağını düşünmədən razılaşmaq istədim, çünki ağrıdan qurtulmaq istəyirdim. Amma son sual haqqımı istifadə edərək bu dəfə nəyi kəsəcəklərini soruşdum. Bir metr yarım yoğun bağırsağı kəsib ataraq onikibarmaq bağırsağı düz bağırsağa birləşdirəcəklərini söylədilər. Əks təqdirdə xərçəngə çevrilmə risqinin qaçılmaz olduğunu dedilər. Beləliklə, iyirmi ildən artıq zaman keçməsinə, qarın boşluğumdakı bir neçə orqanım "çujoy paxmel" kəsilməsinə baxmayaraq xəstəliyimin nə olduğunu öyrənə bilmədim. Əlim reallıqlardan üzüldüyündən virtual aləmdə həkim axtarışına çıxdım. Və ailə dostumuz Ahmet Varolun tövsiyəsiylə İnternet səhifəsində professor doktor Orhan Özgür haqqında maraqlandım. Onun qastrentoloji xəstəliklər haqqında bilgi verən yazılarını, özü haqda məlumatları oxuyarkən içimdə bir ümid közərdi. Yazıda xəstəliyimi elə izah edirdi ki, doktorumu tapdığıma şübhəm qalmadı və az sonra Türkiyənin Trabzon şəhərində yerləşən Farabi adına KTU-ya (Karadeniz Teknik Universitesi) üz tutdum. İlk tanışlıqdan həkimin peşəkar, işinin uzmanı olduğuna əmin oldum. Xərçəng diaqnozunu biopsi etmədən söyləyən həkimlərimizdən fərqli olaraq ciddi şəkildə bütün analizlərin cavabını aldıqdan sonra xəstəliyimin diaqnozunu qoydu, yaranma səbəbini, xərçəng əlaməti olmadığını və həkimin "zamanın xəstəliyi" adlandırdığı , son dövrlərin ən çox yayılan və müalicəsinin tam olmasa da (həkimlərimizin xroniki hala gətirdikləri üçün), qismən mümkün olduğunu söylədi. Orhan bəyin fikrincə, müalicədə həkimlə xəstənin münasibəti çox önəmlidir. Yəni, həkim xəstənin güvənini qazanmalı, onun ruh halını bilməli, mütləq xəstəliyi haqda məlumat verməli, asan müalicə oluna biləcəyi, yaxud ciddiliyi haqda bilgi verməlidir. Məni ilk qane edən xəstəliyimin adı, yaranma səbəbi, ağrıdan xilas yolu və doktora olan güvənim oldu. İki kursdan sonra ağrısız yaşamanın sevincini duymağa başladım. Həkimin bacarığı, istedadı, təcrübəsi və mənim kimi yüzlərlə insana bu sevinci daddırdığının şahidi oldum. Həm də cəmi üç-dörd dərmanla. Səhiyyəmizin beynimə həkk elədiyi "torba təfəkkürü"ü orda puç oldu.

Orhan Özgür kimdir? Əvvəlcə onu söyləyim: Artıq mənə, ailəmə yaxın hiss etdiyimiz, çox sevdiyimiz bir insan! Amma onun haqqında mənim kimi əziyyət çəkən insanların da məlumatı olmasını istəyirəm. Onun ölkədaxili və xaricdə olan, qastrentologiya sahəsindəki fəaliyyəti, keçirdiyi saysız-hesabsız uğurlu əməliyyatlar, tibbin bu sahəsindəki araşdırmaları, elmi yazıları haqqında məlumatı bir yazıya sığışdırmaq mümkünsüzdü.

Orhan Özgür 11.04.1957-ci ildə Muğla-Bafa'da doğuldu. 1974-cü ildə Hacettepe Tibb fakültesinə qəbul oldu. Bütün təhsil müddətində məktəb birincisi oldu. 1982-1983-cü illərdə Hacettepe Tibb Fakültesi daxili xəstəliklər şöbəsində, 1983-1986-cı illərdə Qaradəniz Texniki Universitetinin daxili xəstəliklər fakültəsində ixtisasını tamamladı. 1994-1996-cı illərdə Başkənt Universitetinin tibb fakültəsində gastrentologiya ixtisasını mənimsədi. 1998-ci ildə dosent, 2004-cü ildə professor oldu. 1999-2001-ci illərdə Kocaeli Universitetinin tibb fakültəsi gastrentorologiya şöbəsində müəllim kimi çalışdı. 2001-ci ildə Qaradəniz Texniki Universitetinin tibb fakültəsinin gastrentologiya şöbəsinə dəyişdi. 2005-ci ildən o şöbənin rəhbəridir. Bu, onun haqqında çox qısa bir məlumatdı. Burada yanlış diaqnoz qoyulmuş yaxınlarımı Orhan bəydən başqa, digər həkimlərə də rahatlıqla etibar etdim və peşman olmadım. Artıq gözəl nəticə ortadadır. Professor doktor Orhan Özgür, prof. doktor ümumi cərrah Adnan Çalık, nevrologiya üzrə prof. doktor Zekeriye Alioğlu, beyin cərrahı prof. doktor Kayhan Kuzeyli, kardiologiya üzrə prof.doktor Mustafa Gökçe və urologiya üzrə dosent, doktor İlke Onur Kazazın xəstələrimizə verdikləri ümidi heç bir dünya malıyla əvəz etmək mümkün deyil. Sokratın bu ifadəsini çox sevirəm: Sağlamlıq hər şey deyil, amma o olmayanda hər şey heç nədir. Can sağlığı olmayınca dünya malı nəyə yarayar ki!

Bu yazını reklam olaraq qiymətləndirənlərə bəri başdan deyim ki, Orhan bəyin reklama heç ehtiyacı yoxdur. O, işinin uzmanı olaraq kifayət qədər tanınır, sevilir. Məqsədim, sadəcə, mənim kimi əziyyət çəkib, əli hər yerdən üzülərək pessimizmə uğrayan, hətta intihar düşünən xəstələrə bir ümid qapısı açmaqdır. Bu ümid qapısından çox xəstələr ağrı, üzüntü içində girdi, sevinclə, həyata inamla çıxdı. Ümid qapınız bağlanmasın, Hocam! Bir də, insana müsbət aura bəxş edən gümrah gülüşünüz üzünüzdən əskik olmasın!

P.S. Bu yazını Orhan bəyin doğum gününə hədiyyə olaraq yazdım.




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2018-12-12
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK