ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: NƏZAKƏTİN TƏZƏ SÖZÜ

Mətbəə qoxulu kitabla atüstü söhbət

8873    |   2018-04-12 18:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sizə təqdim etdiyim bu kitab, yəni "Yurd dediym bu torpaq" barəsində bir oxucu sözünü kağıza köçürmək və yaxud da bilgisayara diktə etmək mənim üçün bir az çətindi. Ona görə ki, kitabın müəllifi mənə doğma olduğundan onun barəsində yazacağım hər sözün arxasında öncə onun özünü görürəm. Elə bilirəm ki, həmişəki kimi masa arxasında üz-üzə oturub fikirlərimizi bölüşürük. Bax, bu səbəbdən neçə gündür gözdən keçirdiyim mətbəə qoxulu kitabı oxuya-oxuya, vərəqləyə-vərəqləyə düşünür... düşünür və nəhayət, yazmağa qərar verirəm. Necə deyərlər, düşüncələrimi onunla və sizinlə bölüşürəm...

Bu kitab bir poemadan və bir də şeirlərdən ibarətdir. Kitabın ön sözünün müəllifi çox hörmətli Sona Vəliyevadır. İkinci, yəni müəllif barəsində fikir söyləyən, onun yaradıcılığına münasibət bildirən Barat Vüsaldı. Təbii ki, hər iki ön sözün və hər iki müəllifin cəmiyyətdəki nüfuzu, yeri və hər ikisinin də söz dünyasındakı imzası kifayət qədər məlumdur. Ona görə də hər iki müəllifin fikirləriylə də tanış olandan sonra birmənalı şəkildə razılaşdım ki, Nəzakətin şeirləri, ümumiyyətlə, ədəbi yaradıcılığı təkcə gerçəkliyə, reallığa deyil, həm də özünüifadəyə söykənir. Yəni müəllif daha çox öz sözünün şəklini çəkir, öz sözünü göstərir. Və bu da onun həyata iç dünyasından vurğunluqla baxmasından irəli gəlir. Dəfələrlə şahidi olmuşam ki, ən kiçik bir hadisə də, ən diqqəti çəkməyən bir gözəlik də, hətta sızıltı da Nəzakətdən yan keçmir. Və bu xanım dərhal ona öz sifət ifadəsində, hətta baxışlarının dibində belə yaşayır. Bunu gizlədə bilmir. Və sonda da həmin o yaşantı onun kağıza köçürdüyü sözə çevirir. Həmin söz də şeir olur.

Bax, barəsində danışdığım kitabdakı poema ən böyük dərdlərimizdən birinə, bütün insanlığın nifrətini ayağa qaldıran və düşmənə həm də bir lənət damğası olan Xocalı qətliamına həsr olunub. "Şəhid zirvəsi" adlanan bu poema Xocalı faciəmizin 25 illiyinə, şairənin sanki bir qom qərənfil hədiyyəsidir. O, həmin qərənfilləri söz formasında şəhidlərin məzarı üstünə gətirib və yazıb:

Elə bil səngər tək qazılıb sinəm,

Qəlbimdə duyğular barıt qoxulu.

Uğrunda ölməyə hazıram, Vətən,

Hər misran döyüşən bir əsgər yolu.

Zənnimcə, hər misrasını bir əsgərə, bir əsgərin səngərə doğru uzanıb oradan düşmənə tərəf davam etməyə hazır olan əsgər yolu hesab edən şairə özünün bu fərqli yanaşması ilə həm də yolun bitmədiyini, yəni hələ qələbəyə gedib çatmadığını işarə edir. Ona görə də vurğulayır ki:

Boylanır yaddaşın binələrindən

Bir ovuc bayatı, bir yarpaq ağı.

Vəğən ağrısını duymayan ömrü

Heç vədə istəməz Vətən torpağı.

Bəli, mən bu poemanı oxuyub başa çıxana qədər təkcə sözün kədər yükünü deyil, onun həm də bir güllə, bir xəncər olduğunu da yaşadım. Yəni onsuz da taleyimdən gəlib keçən Qarabağ dərdimin Xocalı səhifəsini bütünlüklə yaşamış oldum. Və şairənin söylədiyi gerçəkliyə də içimdə təkrar bir əminlik yarandı. Çünki Nəzakət xanım qəti bir şəkildə ifadə edib ki:

Bir gün mütləq uçulacaq

Bu dərdin, qəmin hasarı.

Çiçəkləyər bu millətin

Ümid dolu arzuları.

Bax, bu cür inam və bu inamın da oxucuya şeir formasında, poetik üsulda təqdim ediləndə öz kəsərini daha da artırır. Və onda əmin olursan ki:

Yurd dediyin bu torpaq

Döyüş qərargahımdı.

Hər çınqılı, hər daşı

Ulu səcdəgahımdı.

Nəzakət xanımın kitabda oxuculara təqdim etdiyi şeirlərdən birinin adı "Göz"dü. Mən həmin şeiri bir neçə dəfə oxudum. Çünki söhbət gözdən gedirdi. Və deməli, göz də şeirə gələndə, yəni sözə çevriləndə şair qələmində şeirdi, yazıçı qələmində nəsr əsəri, jurnalist qələmində publisistika, informasiya, danışanın dilində isə özünü və istəyini ifadə etmək. Bax, bu mənada Nəzakət xanımın "Göz" şeiri sözlə poetik hisslərin ifadəsi olmaqla bərabər həm də sözün gücüylə duyğuları nizamlamaqdı. Nəzakət yazır ki:

Dağlarımın başında buludlarım ağlayır,

Dili batmış o yetim bulaqlarım ağlayır.

İçimdə qəzəb, nifrət çaylar kimi çağlayır,

Məni bu intiqama, bu qisasa səsləyən

Zabit anasıyam mən.

Və yaxud:

O başqa bir məqamda sözü bu cür dirildir:

Dözməkdən bezmişəm, ruhum ağlayır

Həzrəti İsa tək sanki dardayam.

Bəxtim yatan yeri tapdım, oturdum,

O vaxtdan bu vaxta hələ ordayam.

Ayrı-ayrı şeirlərdən nümunələr olan o parçalar da yəqin ki, sözün kəsərini siz də tuta bildiniz. Ümumiyyətlə, bir məqamı da vurğulayım ki, Nəzakət xanım vətənə, torpağa, şəhidə və əsgərə daha çox diqqət yetirən, bu söylədiyim mövzularla daha çox "dil tapan, anlaşan" şairədi. Onun dostlarına, rəfiqələrinə ünvanladığı misralar da Vətən, torpaq sevgisi, yurd nisgili, şəhid acısı həmişə bu və ya digər formada diqqətə çatdırılır. Hətta ana itgisiylə, ana yoxluğuyla həmsöhbət olan, onu şeirə gətirən Nəzakət xanım dediyim bu məqamın özündə də həmin o fərdi yanaşma imkanlarını yaddan çıxarmır. Və yaxud dərdi fərdiləşdirəndə belə o dərdin özəlliyinə yenə əvvəldə söylədiyim çalarları qatır. Məsələn:

Gör neçə illərdi gör-gör göynəyir,

Qaçqının yurd dərdi, Vətən dərdi var.

Yüz il əkilməyən torpağımızın

Köksündə sızlayan kotan dərdi var.

Və yaxud:

O tayın da, bu tayın da adı Vətən,

Qanqalların arasında gül bitirən,

Bülbülləri ağı üstə dil-dil ötən,

O da Vətən, bu da Vətən -

Ərdəbilim.

Və yaxud:

Ölümün gözünün içinə baxdım,

Ölümü hər anın özündə daddım...

Necə qəribədi, ölümdən qaçıb,

Ölümə gedirəm hər an bir addım.

Zənnimcə, bu şeir nümunələrinin hər birinin içərisində yeriyən, yəni hərəkətdə olan, danışan və bir də şəkil kimi, rəsm kimi özünü göstərən fikir yüklü sözü görmək çox asandı. Amma bu asan olanı şairə öz istedadının, öz ürəyinin gücüylə Söz dünyasına gətiribdi, oxucu qarşısına çıxarıbdı. Mən də bacım Nəzakətin "Yurd dediyim bu torpaq" kitabı barəsində söylədiyim beş-altı cümləylə bildirmək istəyirəm ki, Söz dünyasını tər, öz qoxusu, öz nəfəsi və öz görüntüsü olan Söz gəlib, Nəzakətin Sözü! Mübarək olsun!




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK