ANA SƏHİFƏ / AVTOMOBİL

"Neftçalada istehsal edilən maşınlar ucuzlaşmaya səbəb olacaq" - Ekspert

17186    |   2018-04-06 16:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Xəzər” avtomobillərinin istehsalı bazardakı ekonom avtomobillərin qiymətinə təsir göstərəcək”.

Bunu AzVision.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, "Xəzər” bazara sırf ucuz qiymətə olan avtomobillərin daxil olması deməkdir.
"İlk illərdə olmasa da, tədricən sonrakı illərdə xaricdən idxal olunan, ili köhnə avtomobillərin qiymətlərinin azalmasına gətirib çıxara bilər. Amma 2018-ci il üçün ekonom avtomobillərdə qiymət azalması gözlənilmir. Nəticə etibarı ilə istehsalın gücləndirilməsi və bazara yerli məhsulların daxil olması ili köhnə olan və 2000-ci illər ətrafında istehsal olunan avtomobillərin qiymətlərində azalmalara gətirib çıxaracaq”.

Qeyd edək ki, "Azərmaş” MMC və "İran Khodro” şirkətinin birgə istehsalı olan "Xəzər” avtomabil zavodunun açılı olub. Zavodun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında "Runna”, "Samand”, "Soren”, "Dena”, "Peugeot-206”, "Peugeot-207”, "Renault-Tondar”, "Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunur. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.


İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK